Maliyyə hesabatı 74
5.2. Hesabatda istifadə edilən əsas anlayışlar Kapital dedikdə, bütün öhdəliklər çıxıldıqdan sonra müəssisə aktiv-
lərinin dəyəri başa düşülür.
Kapital aləti özlüyündə bütün öhdəliklər
çıxıldıqdan sonra müəssisənin aktivlərində olan qalıq payını əks etdirən mü-
qavilə deməkdir.
Müəssisənin nizamnamə kapitalı – qanunvericilikdə nəzərdə tutulan
qaydalara uyğun olaraq qeydiyyata alınan təsis sənədlərində müəssisənin
müəyyən edilmiş kapitalını xarakterizə edir. Səhmdar cəmiyyətinın nizam-
namə kapitalı bütün səhmlərin nominal dəyərlərinin cəmi kimi başa düşülür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən
müəssisənin nizamnamə kapitalı bu müəssisə qeydiyyata alınanadək tam
buraxılmalı və ödənilməlidir.
Ödənilmiş nizmnamə kapitalı dedikdə, müəssisənin nizamnamə
kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsi başa
düşülür.
Emissiya gəliri – buraxılmış səhmlərin nominal dəyərindən artıq
ödənilən məbləği deməkdir.
Emissiya güzəşti - səhmlərin buraxılış qiyməti nominal dəyərdən
aşağı olduğu hallarda həmin məbləğlər arasındakı fərqi göstərir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1077.2-ci bəndinin
tələblərinə əsasən səhmlər nominal dəyərdən aşağı qiymətlə yerləşdirilə
bilməz.
Geri alınmış kapital (səhmlər) – sonrakı dövrlərdə yenidən bura-
xılması üçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən geri alınan
səhmləri deməkdir.
Ödənilmiş kapital –
mülkiyyətçinin (səhmdarın) öz səlahiyyətləri
çərçivəsində apardıqları köçürmələr nəticəsində kapitalda yaranan artım
məbləğini göstərir. Səhmdar cəmiyyətlərində ödənilmiş kapitalı hesablamaq
üçün nizamnamə kapitalının və emissiya gəlirinin cəmindən geri alınmış
kapitalın məbləğini çıxmaq lazımdır.