Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə74/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
85 

 pul vəsaitləri
nağd pul vəsaitlərini, eləcə də bank hesablarında 
saxlanılan və tələblər üzrə verilən pul vəsaitlərini əks etdirir; 

 pul vəsaitlərinin ekvivalentləri
qısa ödəniş müddətinə, yəni əldə 
olunduğu tarixdən 3 ay, yaxud daha az ödəniş müddətinə malik olan yüksək 
likvidli qoyuluşlar deməkdir

 pul vəsaitlərinin hərəkəti
dedikdə, pul vəsaitlərinin və onların 
ekvivalentlərinin daxil olması və ya xaric olması başa düşülür; 

 əməliyyat fəaliyyəti
müəssisənin əsas gəlir gətirən, habelə inves-
tisiya fəaliyyətindən və maliyyələşdirmə üzrə fəaliyyətindən başqa, digər 
fəaliyyəti kimi nəzərdə tutulur; 

 investisiya fəaliyyəti
kreditlərin və faiz xərcləri yaradan digər 
borcların verilməsi və geri alınması, uzunmüddətli aktivlərin və pul vəsait-
lərinin ekvivalentlərinə aid olmayan investisiyaların əldə edilməsi və xaric 
olmasıdır; 

 maliyyələşdirmə üzrə fəaliyyət
müəssisənin mülkiyyətçilərinin 
qoyuluşları və mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi, habelə 
üçüncü tərəfdən borcların alınması və onların geri ödənilməsidir; 

 təsərrüfat vahidi -
hüquqi şəxs statusuna malik olmayan, müəssi-
sənin funksiyalarını tam və ya qismən həyata keçirən ayrıca struktur 
bölməsidir; 

 bank overdraftı
- müəssisə ilə kredit təşkilatı arasında xüsusi mü-
qavilənin mövcud olduğu halda, müəssisənin həmin kredit təşkilatı 
qarşısında yaranan qısamüddətli öhdəliyidir. Bu müqaviləyə əsasən: 
a)
müəyyən vaxt anında müəssisənin cari hesabında üçüncü tərəf 
qarşısında olan öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər pul 
vəsaitlərinin mövcud olmadığı halda, bu öhdəliklər kredit təşkilatının vəsaiti 
hesabına ödənilir; 
b)
alınmış kreditlər və onlara hesablanılan faiz məbləğləri üzrə müəs-
sisənin kredit təşkilatı qarşısında yaranmış öhdəlikləri bu müəssisənin cari 
hesabına mədaxil edilmiş hər hansı pul vəsaitlərinin müəyyən olunmuş 
qaydada ödənilməsi ilə həyata keçirilir; 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin