Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə73/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
84 
həmin hesabatın dəstinə mühasibat balansı, mənfəət və zərərlər haqqında 
hesabat, kapitalda dəyişikliklər haqqında hesabat, uçot siyasəti və izahlı 
qeydlər də daxildir. Sadalanan bütün hesabat formaları biri-birilə qarşılıqlı 
əlaqədar olub, biri-digərini tamamlayır. Lakin müxtəlif hesabat formaları 
müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif aspektlərini təsvir edir 
və bir məqsəd daşıyır: maliyyə hesabatlarının istifadəçilərinə iqtisadi 
qərarların qəbulu üçün daha dolğun informasiyalar vermək. 
Beləliklə, pul vəsaitlərinin hərəkəti haqqında hesabat həm daxili, həm 
də kənar istifadəçilər üçün maraq doğuran informasiyaların verilməsində 
çox böyük rol oynayır. Bilavasitə onun göstəricilərinin köməyilə aşağıdakı-
lara qiymət vermək mümkündür: 

müəssisə pul vəsaitlərini necə yaradır və istifadə edir? 

müəssisə kifayət qədər pul vəsaitlərini qazanmağa qabildirmi? 

müəssisə malik olduğu pul vəsaitləri ilə özünün öhdəliklərini ödəyə 
bilərmi? 

müəssisə səhmdarların dividendlərini verə bilərmi? 

müəssisə özünün malik olduğu pul vəsaitləri ilə ilbəil dəyişən 
şəraitə uyğunlaşa bilərmi və s.?
Qeyd olunanlardan başqa, hesabatda verilən informasiyalar müəssi-
səyə əlavə maliyyələşdirmələrin cəlb edilməsi və digər dividend siyasəti 
aparmağın zəruri olub-olmaması nöqteyi-nəzərindən də çox maraqlıdır. 
6.2. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın qurulmasının 
məntiqi ardıcıllığı 
 
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə kommersiya təşki-
latları üçün 5

-li Milli Mühasibat Uçotu Standartı Azərbaycan Respub-
likası Maliyyə Nazirliyyinin 18 aprel 2006-cı il tarixli əmri ilə təsdiq edil-
mişdir. Bu standart 7

-li Maliyyə Hesabatının Beynəlxalq Standartlarına 
əsaslanır. 
Hesabat, pul vəsaitləri və onların ekvivalentlərinin uçotu hesablarında 
əks etdirilən məlumatlar əsasında tərtib edilir. 
Bu standart ictimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq 
subyektləri istisna olmaqla, kommersiya təşkilatları tərəfindən tətbiq olunur. 
5

-li Standartda verilən əsas anlayışlara aşağıdakılar aiddir: 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin