Səhmlərin ləğv edilməsi
dedikdə, müəssisə kapitalının azalması başa
düşülür. Səhmlər geri alındıqdan sonra dərhal ləğv edildikdə bu əməliyyatın
tanınması anı müəssisə tərəfindən geri alınmış səhmlərə görə sabiq
səhmdarlara ödəniş tarixi hesab olunur. Səhmlərin ləğv edilməsi onların
geri alınmasından sonrakı tarixdə baş verdikdə, həmin əməliyyatın tanınma
anı müəssisənin qərar qəbul etdiyi tarix sayılır.
Geri alınmış səhmlər ləğv edildikdə bu məqsəd üçün ödənilən məbləğ
ödənilmiş nizamnamə kapitalından və ya emissiya gəlirindən, bəzi hallarda
isə bölüşdürülməmiş mənfəətdən çıxılır.
Sifariz Səbzəliyev
79
Ödənilmiş nizamnamə kapitalının azalması ləğv edilən geri alınmış
səhmlərin ümumi nominal dəyərinin məbləği ilə qiymətləndirilir.
Emissiya gəlirinin azaldılması geri alınmış səhmlərə aid edilən
«emissiya gəliri» hesabındakı qalıq məbləği ilə qiymətləndirilir.
Ləğv edilmiş səhmlərin geri alınması üçün ödənilmiş məbləğ həmin
səhmlərin nominal dəyərinin və onlara aid edilən «emissiya gəliri» hesa-
bındakı qalıq məbləğinin cəmindən fərqli olduqda, bu fərq cari ilin bölüş-
dürülməmiş mənfəətində dəyişikliklər kimi tanınmalıdır. Həmin fərq müsbət
olduqda bölüşdürülməmiş mənfəətin azalması kimi tanınır. Əks halda
alınan fərq bölüşdürülməmiş mənfəətin qalığı kifayət etmədikdə, hesabat
dövrü üzrə ödənilməmiş zərər kimi tanınmalıdır.
Maliyyə hesabatı
80
“
A
”
müəssisəsi üzrə 31 dekabr 20X3 il tarixinə
Kapitalda dəyişikliklər haqqında hesabatı
manatla
Q
eyd
lə
r
Dostları ilə paylaş: |