Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə68/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

ödənilmiş nizamnamə kapitalı; 


Maliyyə hesabatı
76 

emissiya gəliri; 

 geri alınmış kapital (səhmlər); 

 bölüşdürülməmiş mənfəət 
Müəssisənin buraxılmış nizamnamə kapitalı bu müəssisə qeydiyyata 
alınanadək təsisçi tərəfindən tam ödənilməlidir. Müəssisə yaradıldıqdan 
sonra yeni səhmlər buraxıldıqda, müəssisənin əlavə buraxılmış nizamnamə 
kapitalı müəyyən zaman kəsiyində ödənilməmiş qala bilər. Bu zaman 
kapitalın ödənilməmiş hissəsi ödənilməmiş nizamnamə kapitalı kimi qeydə 
alınmalıdır. Hesabat tarixinə ödənilmiş nizamnamə kapitalının məbləği 
hesablandıqda, ödənilməmiş nizamnamə kapitalının məbləği kapitalda uçota 
alınmış buraxılmış nizamnamə kapitalının məbləğindən çıxılmalıdır. He-
sabat tarixinə yalnız ödənilmiş nizamnamə kapitalı Mühasibat Balansında 
tanınır və «Kapitalda dəyişikliklər haqqında hesabat»da təqdim edilir. Qalan 
ödənilməmiş nizamnamə kapitalı həmin hesabatın qeydlərində ayrıca 
göstərilməlidir.
Qeyri-pul aktivləri
formasında mülkiyyətçilərin kapital qoyuluşları 
bu aktivlərin ədalətli dəyəri ilə qiymətləndirilir. Əgər həmin aktivlərin 
ədalətli dəyəri səhmlərin nominal dəyərindən yüksəkdirsə, hər iki dəyər 
arasındakı fərq 
emissiya gəliri 
kimi, əks halda (yalnız qanunvericiliklə 
qadağan olunmadığı hallarda) 
emissiya güzəşti 
kimi uçota alınmalıdır. 
Ödənilmiş nizamnamə kapitalı 
müəssisə tərəfindən buraxılmış 
səhmlərin nominal dəyərinin azaldılması, yaxud onların geri alınması nəti-
cəsində azala bilər. 
Buraxılan səhmlər nominal dəyərindən artıq məbləğə satılqıqda 
müəssisə 
emissiya gəliri 
əldə edir. Emissiya gəliri səhmlərin faktik qiyməti 
ilə nominal dəyəri arasındakı fərq kimi hesablanır və müəssisə kapitalının 
ayrıca hissəsi kimi əks etdirilməlidir. 
Qanunvericilikdə müəyyən edilmiş hallarda buraxılmış səhmlər no-
minal dəyərindən aşağı qiymətə satıla bilər. Bu hal səhmlərin emissiya gü-
zəşti vasitəsilə buraxılması kimi nəzərdə tutulur. 
Həmin güzəştin məbləği aşağıdakı qaydada uçota alınır: 

bölüşdürülməmiş mənfəətdən ödənilmiş nizamnamə kapitalına kö-
çürülməklə; 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin