Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 175,75 Kb.
səhifə5/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   170
SDU nəqliyyat

Nəqliyyat termininin mahiyyəti – latınca trasporto sözündən formalaşmışdır, gətirirəm, aparıram, yerini dəyişirəm mənasını ifadə edir. Başlıca mahiyyəti hər hansı bir yüku və insanı- sərnişini bir yerdən digər yerə çatdırmaqdan ibarətdir. Nəqliyyat, hər hansı bir məhsul istehsal etmir, bununla belə təyinat funksiyasından asılı olaraq vətəndaşlar, cəmiyyət, bütövlükdə dövlətə isə mühüm və zəruri xidmət göstərir.

Nəqliyyat maddi istehsal yaratmasa belə, o bu proseslərdə bir xərc subyekti kimi iştirak edir və bu baximdan hər hansı bir məhsulun son qiymətinin formalaşmasında ciddi faktor kimi çıxış edir. İqtisadiyyatın müxtəlif sahələrində optimal təsərrüfat nəticələrinin əldə olunmasında nəqliyyatın təsiri güclüdür. Bu meyarlar nəzərə alınmaqla, nəqliyyat iqtisadi amillə yanaşı, həm də sosial və siyasi əhəmiyyət kəsb edir.

Nəqliyyat maddi istehsal prossesinin mühüm tsikllərindən biri kimi də xarakterizə edilə bilər. Çünki nəqliyyat daim hərəkətdədir və bununla da o, maddi istehsal prossesinin bir çox tsikllərində iştirak edir. Nəqliyyat xərcləri təkcə yükün həcmindən deyil, həm də hansı məsafəyə daşınacagından asılı oldugundan onun son nəticəyə təsiri bir çox hallarda həlledici rola malik ola bilər.


Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin