Avropa Sazişi. 3.7. Avrasiya İqtisadi Cəmiyyətinin Vahid nəqliyyat məkanı
Konsepsiyası.
3.8. Nəqliyyat Nazirlərinin Avropa Konfransı.
3.1. Beynəlxalq yüklərin qarışıq daşınması üzrə
Konvensiya
Konvensiyanın yaranma tarixi – BMT-in səyləri ilə bilavasitə bağlıdır. Bu Konvensiya 12-30 noyabr 1979-cu ildə Cenevrədə qəbul edilmişdir (I hissə) və bu Konvensiya üzrə əsas müddəalar 8-24 may 1980-ci il sessiyasında qəbul olunmuşdur.
Beynəlxalq yüklərin qarışıq daşınması üzrə
Konvensiyanın əsas missiyası – dünya ticarətinin inkişafına əlavə köməklik göstərməkdir. Konvensiyada nəzərdə tutulan tədbirlərin reallaşdırılması və qaydaların qorunması yüklərin qarışıq daşınmasının maneəsiz hərəkətinə, yükdaşımaların səmərəli və effektivli təşkilinə, iştirakçı ölkələrin beynəlxalq yükdaşıma dövriyyəsinin artırılmasına, tranzitivlik amilindən faydalanmasına, beynəlxalq nəqliyyat əməliyyatlarının intensivləşdirilməsinə, gömrük prosedurlarının sadələşdirilməsinə, informasiya mübadiləsinin aparılmasına, adekvat və operativ tədbirlərin görülməsinə imkan verir.
3.2. Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında Beynəlxalq Konvensiya
Konvensiya 21 oktyabr 1982-ci ildə Cenevrədə qəbul olunmuşdur.
Dostları ilə paylaş: |