Təhlükəli yüklərin beynəlxalq yol daşımaları haqqında Avropa Sazişi
Bu Saziş – 30 sentyabr 1957-ci ildə Cenevrədə qəbul edilmişdir.
Sazişin əsas missiyası – beynəlxalq daşımaların təhlükəsizliyinin təmin olunmasıdır. Bu məqsədlərlə təhlükəli yüklərin daşınması şərtləri, təhlükəsizlik standartları, xüsusi hallar, bu kimi təhlükəli yüklərin siyahıları və sairlər müəyyənləşdirilərək adekvat tədbirlər həyata keçırməkdir.
Təhlükəli yüklər dedikdə, ilk növbədə bu kimi yüklərin iki razılaşmış tərəflərin ərazilərindən keçən və müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq yol daşımaları nəzərədə tutulur. Daşımalar zamanı təhlükəli yüklərin qablaşdırılması və markalaşdırılması xüsusi şərtlər əsasında həyata keçirilir. Bundan əlavə, nəqliyyat vasitələrin konstruksiyalarına və onların müəyyən edilmiş beynəlxalq marşrut üzrə yol hərəkəti rejiminə də xüsusi tələblər mövcuddur.
Sazişin 4-cü maddəsinin birinci bəndinə əsasən tərəflərdən hər hansı birinin öz ərazilərindən keçən təhlükəli yüklərin reqlamentləşdirilməsinə və ya onların daşımalarının qadağan edilməsinə hüququ vardır.
Dostları ilə paylaş: |