4.4. Kontrakt – beynəlxalq yük daşımaların və nəqliyyat əməliyyatlarının hüquqi razılaşma sənədi kimi
Dünya iqtisadi prosesləri genişlədikcə və qloballaşdıqca, xarici ticarətin təşkili üzrə mexanizmlərin və hüquqi sənədlərin daha da təkmilləşdirilməsi zərurəti artır. 1998-ci ildən qüvvəyə minən və 101 maddədən ibarət olan Vyana konvensiyasına müvafiq olaraq, xarici ticarət fəaliyyəti üçün tələb kimi qəbul olunan sənəd – kontrakt və ya müqavilənin əhəmiyyəti xüsusi diqqət cəlb edir. Alqı-satqı və beynəlxalq ticarət əməliyyatları zamanı kontraktın bağlanması məcburi şərt kimi çıxış edir.
Kontrakt dedikdə (lat. contractus) müəyyən miqdarda və qiymətdə əmtəələrin sövdələşməsi, alqı-satqısı poroseslərini özündə əks etdirən müəyyən sivil qaydaları və tərəflərin iddialarının müdafiəsi üçün hüquqi əsasları razılaşdıran müqavilə başa düşülür.
Müqavilə isə iki və daha çox şəxslərin, o cümlədən, fiziki və hüquqi şəxslərin vətəndaşlıq hüquqlarını, vəzifələrini və ya fəaliyyət subyekti kimi onların hüquq və vəzifələrini özündə əks etdirən sənəd kimi xarakterizə olunur.
Kontrakt və müqavilələrin təsnifatlaşdırılması zamanı onları bir neçə formalara bölürlər. Bunlara əsas, ilkin, birtərəfli, ikitərəfli, ictimai və s. təsnifatlara ayırırlar. Dünya təcrübəsində kontraktın tərtib edilməsi və sənədləşdirilməsi formalarının əksəriyyəti baza şərtlərinə görə oxşarlığı ilə seçilir.
Dostları ilə paylaş: |