Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Xarici-iqtisadi fəaliyyətin və beynəlxalq ticarətin tənzimlənməsində Ümumdünya Ticarət Təşkilatının rolu



Yüklə 175,75 Kb.
səhifə42/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   170
SDU nəqliyyat

4.2. Xarici-iqtisadi fəaliyyətin və beynəlxalq ticarətin tənzimlənməsində Ümumdünya Ticarət Təşkilatının rolu

Xarici iqtisadi fəaliyyətin, Beynəlxalq ticarətin nizamlanmasında və beynəlxalq ticarət siyasətinin formalaşmasında ÜTT-nın mühüm rolu vardır. Bu təşkilat dünya səviyyəsində ticarət əməliyyatlarının liberallaşdırılması, sərbətləşdirilməsi və bu əməliyyatların sürətləndirilməsi üçün ortaya çıxan baryerlərin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.

ÜTT ilk dəfə 23 sentyabr 1947-ci ildə Tarif və Ticarət üzrə Baş Saziş bağlandıqdan sonra, eyni adla 1948-ci ildən fəaliyyətə başlamışdır. Dünya ölkələrinin inkişaf proseslərinin artması, ticarət əməliyyatlarının genişlənməsi və yeni dövlətlərin yaranması ilə əlaqədar olaraq bu təşkilatın fəaliyyəti transformasiyalara məruz qalmış, təkmilləşdirilmələr aparılmış və nəhayət, bu təşkilat 1995-ci il 31 dekabrdan etibarən yeni adda, yəni indiki ÜTT formatında fəaliyyətini davam etdirmişdir.

Bu təşkilatın fəaliyyətinin əsasında beynəlxalq ticarətin forma və prinsipləri, çoxtərəfli sazişləri, qarşılıqlı ticarət əlaqələrinin aparılması və nizamlanması qaydaları və ticarət üzrə digər əməliyyatların normativ əsaslarının işlənib hazırlanması və razılaşdırılması durur.

Dünya ticarət siyasətində müxtəlif məhdudiyyətlər qoyulması da ticarət diplomatiyasının siyasiləşdırılməsinə rəvac verir. Məsələn, İraq Küveyti zəbt edəndən sonra BMT İraq neftinin satışına qadağa qoymuşdur. Digər bir misal, Yaponiya özünün ticarət siyasətində ABŞ-a avtomobil ixracını könüllü olaraq məhdudlaşdırmaqla, ABŞ tərəfindən antidempinq tədbirlərinin görülməməsinə çalışmışdır. Bundan əlavə, Avropa Birliyi ölkələri bir çox mallar üzrə müxtəlif məhdudlaşdırıcı qərarlar qəbul etmişlər.

Qeyd etmək lazımdır ki, ÜTT-nın Uruqvay raundundan sonra (1994), onun ən mühüm prioritet vəzifələrinə beynəlxalq ticarətin liberallaşdırılması, sərhədyanı mal, xidmət və kapital axınının genişləndirilməsi, ticarət əməliyyatlarında süni baryerlərin aradan qaldırılması, idxal və ixrac əməliyyatları üzrə ticarət rejimlərinin iştirakçı ölkələr üçün qarşılıqlı sərfəli olması, iştirakçı ölkələr üzrə milli ticarət və beynəlxalq siyasətlərin uyğunlaşdırılması, beynəlxalq ticarətin artımının təmin edilməsi və bu ticarət üzrə normativ hüquqi bazaların təkmilləşdirilməsi, ticarət məsələləri üzrə beynəlxalq mübahisələrin baxılması və həll edilməsi, iştirakçı dövlətlərin ticarət üzrə milli qanunlarının, normativ aktların və xarici ticarət siyasətinin yaxınlaşdırılması və, nəhayət, qlobal ticarət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsidir.

Bir çox ölkələr ÜTT-ə daxil olmaq üçün uzun illər danışıqlar aparırlar və hazırlıq görürlər. Bu isə təsadüfi deyildir. Hazırda mal və xidmətlər üzrə dünya ticarətinin 95%-dən çoxu ÜTT-nın norma və qaydaları əsasında aparılır. Çin ÜTT-a daxil olmaq üçün 15 il güclü ixrac siyasəti aparmışdır və çoxlu güzəştlərə getməli olmuşdur. Məsələn, kənd təsərrüfatına ayrılan subsidiyaların azaldılması və s. Bu tip təcrübə keçmiş SSRİ ölkələrinin ÜTT-ə daxil olması zamanı da tətbiq edilmişdir (Qırğızıstan, Gürcüstan, Moldova).

Gözlənilir ki, Azərbaycanın da ÜTT-ə daxil olması bir çox hazırkı ticarət siyasəti üzrə prioritet istiqamətlərdə güzəştlərə gedilməsi qaçılmazdır. Xüsusilə, ölkədə daxili ticarət əməliyyatları, bir çox iqtisadi sahələrə, xüsusilə kənd təsərrüfatı sahəsinə ayrılan subsidiyaların azaldılması, məhdudiyyətləşdirilməsi qaçılmazdır.

Hazırda ÜTT-nın 157 tam hüquqlu üzvü vardır. 27 ölkə isə ÜTT-ə daxil olmaq üçün müşahidəçi statusundadırlar. Azərbaycan da bu ölkələrin sırasındadır.

Azərbaycanın Ümumdunya Ticarət Təşkilatına üzv daxil olmasına hazırlıq prosesləri isə 1997-ci ilin iyun ayından hökümətin bu təşkilata üzv olması niyyətinin rəsmi bildirməsi ilə başlanmışdır və həmin dövrdən Azərbaycan ÜTT-in işində müşahidəçi kimi iştirak edir. Bundan əlavə, hökümətin qərarı ilə (23.07.1999, №160), ölkədə ticarətin tənzimlənməsi və ÜTT-ə qəbul proseslərinin sürətləndirilməsi üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulmuş, bu məqsədlə əlaqələndirmə qrupu yaradılmışdır.

Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanın ÜTT-ə daxil olması istiqamətində bir sıra hadisələr yadda qalmışdır. Belə ki, 2009-cu ilin 24 iyulunda Cenevrədə (İsveçrə) ÜTT-nın işçi qrupunda ÜTT-nın bir çox ölkələri Azərbaycanın bu quruma daxil olmasının sürətləndirilməsini müdafiə etmişlər. Bu ölkələr sırasında Türkiyə, ABŞ, Avropa Birliyi ölkələri, Kanada, Avstraliya, Cənubi Koreya, Afrika ölkələri, Braziliya, Çin, Pakistan və digərləri olmuşdur. Azərbaycan bir çox ölkələrlə ikitərəfli ticarət danışıqlarını başa vurmuş, bir sıra ölkələrlə isə bu danışıqlar intensivləşməkdədir. ÜTT-ın üzvləri olan ölkələrlə ikitərəfli danışıqlar uzun bir proses olduğundan bu məsələlərin intensivləşdirilməsi, Azərbaycanın bu quruma üzvlüyünün tezləşdirilməsinə ümid verir.

Hazırda, Azərbaycanda bu istiqamətdə geniş tədbirlər görülür və Azərbaycanın əsas tələbi ÜTT-ə daxil olduğu halda, inkişaf etməkdə olan ölkələrin statusuna bərabər status alması və ölkəmizin kənd təsərrüfatı sektorunun inkişafının

sürətləndirilməsinin təmin edilməsidir


Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin