Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Dənizlə beynəlxalq yükdaşımalar üzrə Haaqa-Visbi qaydaları



Yüklə 175,75 Kb.
səhifə50/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   170
SDU nəqliyyat

Dənizlə beynəlxalq yükdaşımalar üzrə Haaqa-Visbi qaydaları

XX əsrin əvvəllərindən başlayaraq, beynəlxalq dəniz daşımalarının artması, bir sıra müharibə ocaqlarının yaranması, I dünya müharibəsinin fəsadları, müharibədən sonrakı dünya iqtisadiyyatının inkişaf etdirilməsi problemlərinin çoxalması və bunlarla bağlı dənizlə beynəlxalq yükdaşımaların əhəmiyyətinin artması bu sahədə beynəlxalq qaydaların nizamlanmasını tələb edirdi.

Belə bir şəraitdə 1921-ci il sentyabr ayında Haaqa şəhərində Beynəlxalq Hüquq Assosiyasının sessiyasında qəbul edilən konosament əsasında yüklərin daşınması haqqında qaydalar qəbul olunmuş və bu qaydalar Haaqa qaydaları adlandırılmışdır. 1924cü il avqustun 25-də isə bu qaydalar daha da təkmilləşdirilmiş və nəhayət 60-dan çox dövlətin iştirakı ilə Brüssel konvensiyası qəbul edilmiş, konosament barədə beynəlxalq konvensiya imzalanmışdır.

Bu konvensiyaya əsasən dənizlə yükdaşıma müqaviləsinin məzmunu üzrə əməliyyatların tənzimlənməsi mexanizmlərini özündə əks etdirmişdir. Ilk növbədə yük göndərənin və yük alanın hüquq və vəzifələrinin müəyyən edilməsi barədə maddələr razılaşdırılmışdır. Bundan əlavə, konvensiya konosamentin verilməsi qaydasını da tənzimləmiş və həmin dövrdən başlayaraq, beynəlxalq dəniz daşımalarında Konosament əsas hüquqi sənəd kimi istifadə edilir.

XX əsrin II yarısından başlayaraq, beynəlxalq dəniz daşımalarının hüquqi nizamlanmasının daha da təkmilləşdirilməsinə zərurət yaranmışdır. Buna görə də, 23 fevral 1968-ci il dənizlə yük daşınmasını tənzimləyən əsas beynəlxalq hüquqi sənəd kimi Brüssel protokolu qəbul olunmuşdur. Həmin protokola əsasən, 1924-cü ildə qəbul olunmuş Brüssel konvensiyasına dəyişiklik və əlavələr edilmiş və bu protokol başqa cür “Visbi qaydaları” da adlandırılır. Sonradan bu sənəd üzərində xeyli iş aparılmış, beynəlxalq yükdaşımalar üzrə prosedurlar və normativ tənzimləmə mexanizmləri təkmilləşdirilmiş, nəhayət, Brüssel protokolu 1977-ci ildə qüvvəyə minmiş, hər iki sənəd birlikdə Haaqa-Visbi qaydaları adlandırılmışdır.


Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin