Bilavasitə metod isə qərarların hazırlanması və qəbul edilməsinə müştərinin cəlb edilməsi məqsədi ilə təkliflər, məsləhətlər, eləcə də səmərəli müzakirələrin köməyi ilə müştərinin özünə təsir göstərir.
Müştəriyə dolayı və bilavasitə metodların təsiri sonradan sosial işin nəzəriyyəsində iki əsas istiqamətin – psixoloji və sosial istiqamətlərin inkişafını şərtləndirmişdir.
Riçmondun ideyaları nəinki yeni peşə sahəsinin elmi baxımdan işlənməsinə öz töhfəsini vermiş, həm də sosial işin nəzəri məktəbləri və konsepsiyalarının inkişafında öz əksini tapmışdır. Diaqnostik və funksional məktəblər tarixi baxımdan sosial işin ən məşhur məktəblərinə aiddir.
Dostları ilə paylaş: |