SOSİAL ƏMƏKDAŞLIĞIN BEYNƏLXALQ ASPEKTLƏRİ
Son illər dünyanın bir çox inkişaf etmiş ölkələrində sosial əməkdaşlıq mərkəzləri yaradılmışdır. Ölkələr bu mərkəzlərin köməyi ilə özlərinin milli və sosial siyasətini təyin edir, əhalinin marjinal qruplarının sosial vəziyyətinin yaxşılıaşdırılması üzrə tədbirlər həyata keçirir, təcrübə mübadiləsi aparır və sosial kadrların vəziyyəti və hazırlığı ilə bağlı məsələləri həll edir. Dünya ölkələri bu mərkəzlərin kanalları ilə daimi əlaqələr saxlamaq hesabına insanların sosial hüquqlarını tənzimləyir, qarşılıqlı əməkdaşlıq proqramlarını tərtib edir, əhalinin uşaq, gənclər, yaşlılar, əlillər, ailələr və s. kimi qrupları ilə bağlı sosial yardım layihələrini hazırlamaq imkanına malik olurlar. Bir neçə nüfuzlu beynəlxalq sosial təşkilatlar yaradılmışdır ki, onların da vasitəsilə müxtəlif sosial məsələlərin həllndə əməkdaşlıqlar həyata keçirilir.
Dostları ilə paylaş: |