VII MÖVZU
PEDAQOJİ İNNOVASİYALAR
PLAN:
1. İnnovasiyanın mahiyyəti
2. Pedaqoji sistemin optimallaşdırılması
3. İnnovasiyaların
obyektini
müəyyənləşdirən
problemlər
4. Hazırda pedaqoji sistemdə
gedən innovasiya
prosesinin növləri
İnnovasiya
sözü
ingiliscə,
“innovation”
sözündən
götürülmüşdür. Mənası “yenilik” deməkdir. Pedaqoji innovasiya
dedikdə, təlim, tərbiyə, təhsil prosesinin gedişini və nəticələrini
yaxşılaşdırmaq məqsədilə pedaqoji sistemdə həyata keçirilən
yenilik başa düşülür. İnnovasiya pedaqoji sistemin daxili
ehtiyatları hesabına baş verir. İnnovasiya sözünün əvvəlindəki
“in” hissəsinin mənası da daxili deməkdir.
Pedaqoji sistemin yeniləşməsi çox vacib və aktual
ideyadır. Çünki təhsil cəmiyyətin simasıdır. Cəmiyyətin inkişafı
təhsildə də öz əksini tapmışdır. Ölkədə siyasi sistemin dəyiş-
məsindən sonra cəmiyyətdə olduğu kimi təhsildə də yeniliklər baş
vermişdir. İndi yeni tip məktəblər yaranmışdır. Alternativ təhsil
planları, dərslikləri, dərs vəsaitləri yaranmışdır. Təhsilə inves-
tisiyalar qoyulur.
Pedaqoji sistem zəncirvari şəkildə bir-birinə bağlıdır.
Sistemdəki komponentlərdən biri pozulduqda sistem dağılır və
onun əvəzinə yeni xassələri olan başqa bir sistem yaranır.
Pedaqoji sistemin elementləri aşağıdakılardır:
1. Şagirdlər;
2. müəllimlər;
3. təlim və tərbiyənin ümumi və xüsusi məqsədləri;
4. təlim və tərbiyənin məzmunu;
5. təlimin texniki vasitələri;
6. təlim-tərbiyə və təhsil işinin təşkili formaları;
46
7. təlim-tərbiyə və təhsil prosesinin idarə olunması;
8. təlim-tərbiyə və təhsil prosesinin texnologiyası;
9. təlim-tərbiyə və təhsil prosesinin nəticələri.
Pedaqoji sistemin səmərəsi 100%-dən artıq ola bilməz. Bu
göstəricinin 50%-i müəllimin, 50%-i isə şagirdin payına düşür.
Buradan belə çıxır ki, ən pis pedaqoji prosesin nəticəsi 50%-dən
aşağı ola bilməz. Həmin 50%-i bünövrə götürməklə hər zaman
daha 50%, yəni 100%-ə çatmaq uğrunda mübarizə gedir. Lakin
indiyədək tam 100%-lik qələbə əldə edilməmişdir. Ənənəvi
pedaqoji sistemli iş əmsalı 60%-dir. Bu o deməkdir ki, məktəb
yetirmələrinin yarıdan bir az çoxu proqram materiallarını
mənimsəyə bilir. Odur ki, daha yüksək mənimsəmənin yolları
axtarılır.
Pedaqoji sistemin təkmilləşdirilməsinin iki yolu var: 1)
İntensiv (fransızca – gücləndirmək, məhsuldarlığı artırma); 2)
Ekstensiv (latınca – genişləndirmək, uzatmaq).
İntensiv yol – pedaqoji sistemin inkişafını daxili ehtiyatlar
hesabına həyata keçirməyi nəzərdə tutur. Ekstensiv yol isə peda-
qoji sistemin inkişafı üçün əlavə qüvvələrin (investisiyaların),
yeni vasitələrin, avadanlıqların, texnologiyaların, kapital qoyu-
luşunun cəlb edilməsidir.
Hazırda qərb məktəbi ekstensiv yolla inkişaf edir. Hazırda
müstəqil yolla pedaqoji məhsulun keyfiyyətinin artmasına şübhə
edirlər və nəzəriyyəçilər belə fikir söyləyirlər ki, yaxın vaxtlarda
pedaqogikada innovasiyalar keçmişə qayıtmağı aparıb çıxa-
racaqdır. Odur ki, indi intensiv və ekstensiv yolların inteqrasiyası
yolu ilə
pedaqoji sistemin səmərəliliyini yaxşılaşdırmağın
mümkünlüyünü iddia edirlər.
İnnovasiyaların obyekti aşağıdakı problemlərdir:
a. təlim-tərbiyə fəaliyyətinin motivasiyasını (öyrənməyə,
oxumağa olan marağı) necə yüksəltmək;
b. dərsdə öyrənilən materialın həcmini necə artırmaq;
c. təlimin sürətini artırmaq;
d. vaxt itkisini necə aradan qaldırmaq və s.
downloaded from KitabYurdu.org
47
Hazırda bu problemləri həll etməyin yolları müəyyən-
ləşməlidir. Bu səbəbdən bəzi mütəxəssislər ənənəvi pedaqogikanı
tənqid edir, yeni bir elmin yaranması fikrini irəli sürürlər ki,
həmin elm təhsili kökündən yeniləşdirsin. Bu, olduqca çətindir.
Yeni pedaqoji ədəbiyyatda belə bir elm şərti olaraq “inno-
vasiya pedaqogikası” adlanır. Təlim və tərbiyənin paradiqmalarını
(nəzəri və praktiki problemlərin həllinin əsasını təşkil edən hakim
nəzəriyyə) dəyişməyi tələb edir. İnnovatorlar belə hesa edirlər ki,
klassik pedaqoji nəzəriyyə köhnəlmişdir, indiki şəraitdə yeni
nəsillərə həmin nəzəriyyə əsasında təlim-tərbiyə vermək çətindir.
Ölkəmizdə
innovasiyalı təhsil müəssisələri hazırda
fəaliyyət göstərməkdədir. Müasir Təhsil Kompleksini, XXI əsrin
bir sıra başqa təhsil sahəsindəki yeniliklərini buna misal
göstərmək olar.
1. Humanist pedaqogikanın təşəkkülünə pedaqoji sistemdə
sözün əsl mənasında gedən innovasion prosesi nümunə kimi
göstərmək olar.
2. Təlim-tərbiyə prosesin optimallaşdırılması ümumilikdə
pedaqoji sistemə aid edilən ümumi innovasiyadır. Optimal-
laşdırma (optium – ən yaxşı) mümkün olan variantlardan ən
yaxşısını seçib götürmək prosesidir. Pedaqoji proses çox planlı,
mürəkkəb və dinamik olduğu üçün optimal variantlar da çoxdur.
Onların ən yaxşısını seçib işlətmək vacibdir. Bu zaman alternativ
variantları müqayisə etməyə, daha məqsədəmüvafiq varianta
önəm verməyə lüzum var. Çünki bu şərait (məsələn, sinif) üçün
yararlı olan optimallıq digər şəraitdə özünü doğrultmaya bilər.
Optimallaşdırma nəzəri və praktik baxımdan iki istiqa-
mətdə olur:
1)
nəzəri aspektdə
–
optimallaşdırmanın sinonim
variantlarını hesaba (uçota) alma, müqayisə, tutuşdurmadır;
2) praktiki aspektdə – bu pedaqoji sistemin innovasiyası,
yekun təşkili və qurulması, qarşıya qoyulmuş vəzifələri həll
etmək üçün onun ən yaxşı vəziyyətə gətirilməsidir. Təlim-tərbiyə
prosesi o zaman optimal hesab olunur ki, orada şagirdlər və
müəllimlər yüklənmir və maksimum nəticə əldə edirlər.
48
Təcürbə göstərir ki, şagirdlərin həddindən artıq yüklən-
məsi onların iş qabiliyyətini azaldır, sağlamlığına mənfi təsir
göstərir.
Optimallaşdırma pedaqoji prosesi mövcud vəziyyətə,
şəraitə uyğunlaşdırmağı nəzərdə tutur. Bununla belə o özü yeni
şərait yaradır və pedaqoji prosesin ona tabe olmasını tələb edir.
Təlim-tərbiyə prosesinin optimallaşdırılması o zaman
mümkündür ki, müəllim pedaqoji sistemin bütün parametrlərini
(göstəricilərini) yaxşı bilsin. Bu baxımdan müəllim aşağıdakı
keyfiyyətlərə malik olmalıdır.
1) yaradıcı təfəkkür üslubuna;
2) təfəkkür çevikliyinə;
3) təfəkkür konkretliyinə;
4) təfəkkür sistemliliyinə;
5) qərarlar qəbul edən və fəaliyyət göstərən zaman həddi
gözləmək qabiliyyətinə;
6) daha çox ünsiyyətə girmək və pedaqoji taktı gözləmək
bacarığına.
Ümumiyyətlə, hər bir müəllim təlimi optimallaşdırmağı
bacarmalıdır.
Müasir yeniləşmə prosesinin təhlili əsasında pedaqoji
sistemində gedən innovasiya prosesini üç növə ayırmaq olar:
1. Aşağı səviyyə: Burada yeni qeyri-adi adlar və ümumi
ifadələrdə dəyişikliklər aparılması güman edilir;
2. Orta səviyyə: Burada mahiyyətə
toxunulmadan
formalar dəyişir;
3. Yüksək səviyyə: Burada bütün sistemin və onun
başlıca komponentlərinin əsaslı dəyişilməsi baş verir.
Əslində üçüncü yüksək elmi və praktiki dəyərə malikdir.
Qalanlar keçici xarakter daşıyır və “innovasiya” xatirinə edilir.
Təhlil göstərir ki, üçüncü səviyyə innovasiyanın çox cüzi
hissəsini, ancaq 3 fəslini təşkil edir.
Humanist məktəblərin təcrübəsi artıq innovasion fəaliy-
yətin konkret forma və üsullarını müəyyən etmişdir. Onlardan
aşağıdakıları göstərmək olar.
downloaded from KitabYurdu.org
49
1. Təlim-tərbiyə fəaliyyətinin diferensiasiyası
2. Tərbiyə və təlim prosesinin fərdiləşdirilməsi
3. Hər bir tərbiyə olunanın meyl və qabiliyyətinin inkişafı
üçün əlverişli şəraitin yaradılması
4. Homogen (eyni mənşəli) siniflərin və paralellərin
formalaşdırılması
5. Təlim-tərbiyə üçün rahat şəraitin olması
6. Şagirdə və onun inkişafına inam
7. Şagirdi necə varsa elə qəbul etmək
8. məktəbin məqsəd istiqamətinin dəyişməsi
9. Qiyabi, ekstern təlimin aradan qaldırılması
10. Müəllimin şəxsi daxili yönümünün dəyişdirilməsi
11. Humanitar təhsilin gücləndirilməsi
Dostları ilə paylaş: |