X MÖVZU
TƏLİM NƏZƏRİYYƏSİ YENİLƏŞƏN,
İNKİŞAF EDƏN ELMDİR
PLAN:
1. Pedaqoji islahatların (terminin) yaranması və işlək
hala düşməsi, təhsilin elmin məzmununun zənginləş-
məsi ilə sıx bağlı olması
2. Pedaqoji prosesin həyata keçirilməsində bir-birini
tamamlayan iki vacib şərtin nəzərə alınması
3. Pedaqogika həmişə yeniləşən, inkişaf edən bir elm
kimi
4. XX
əsrin 60-cı illərindən başlayaraq təlim
prosesinə müxtəlif yanaşmalar
Pedaqoji islahatların (terminlərin) yaranması və işlək hala
düşməsi təhsilin elmi məzmunu ilə sıx bağlıdır. XIX əsrin
sonlarında rusiyada pedaqogika elmində “pedaqoji proses”
anlayışı sıx işlənməyə başlamışdır. P.F.Karteryev tərəfindən
əsaslandırılan pedaqoji proses ifadəsi sonralar işləməkdən qaldı.
Təlim və tərbiyə proseslərinə ayrı-ayrı yanaşılaraq təlim-tərbiyə
prosesini aktuallaşdı. XX əsrin 70-80-cı illərində təlim və tərbiyə
proseslərinin vəhdəti problemi işləndi və pedaqoj proses problemi
doğurdu. Eləcə də “pedaqoji sistem” anlayışı. Məlumdur ki,
“pedaqoji sistem” pedaqoji prosesdə baş verən və şəxsiyyətin
təhsilləndiriciliyi, tərbiyələndiriciliyi, inkişafı məqsədilə çoxlu
qarşılıqlı əlaqələr, struktur komponentlərin birləşməsidir. Deməli,
“təhsil sistemi”, “tam” “pedaqoji proses” anlayışları bütövlük,
problemə tam sistemli yanaşma mənasını ehtiva edir və bu günkü
kurikulum anlayışlarının mayasını təşkil edir. Deyilənlərdən belə
bir nəticə hasil olur ki, təhsil işindəki müasirliyi, yeniliyi daha
düzgün, elmi əsasda qavraya bilmək üçün, pedaqogika elminin
(onun anlayışlarını) inkişafını öyrənmək lazımdır. Beləliklə də,
ondakı müasirlik və yenilik daha konkret və mahiyyətcə düzgün
64
qavranılır. Əgər belə olmasa, bu sahədə yazılanlar mücərrədlik
nümunəsinə çevrilə bilər.
Pedaqoji prosesin həyata keçirilməsi və pedaqoji elmin
məqalələri və digər əsərlərində bir-birini tamamlayan 2 vacib şərt
nəzərə alınmalıdır. Onun birincisi, tədris, təlim, tərbiyə işinə –
pedaqoji prosesə bələdlilik, daha doğrusu bu təcrübənin yüksək
səviyyədə daşıyıcısı, ustası olmaq. İkincisi, bu məsələlər üzrə
elmi-nəzəri fikrə, ideyalara, pedaqoji elminə dərindən yiyə-
lənirlər. Bunlar təkcə görünən tərəflərdir. Pedaqoji işdə, intuisiya
ilə duyulan ləyaqət və mənəviyyat saflığı tələb edən, müəllim-
şagird, yaxud rəddar-icraçı əməkdaşlıq şəraitində meydana çıxa
bilən münasibətlər ola bilər ki, bunları hər iki tərəfin pedaqoji
duyum, etika, taktika yanaşma ilə şəxsi qabiliyyətləri, mədəniy-
yəti səviyyəsində həll edir. Ona görə də təhsildə, pedaqoji işdə bu
sahənin bütün incəliklərinə bələd olan şəxslərə mütəxəssis sözü
deyilə bilər.
Pedaqogika – zəngin, çoxsahəli, çoxfunksiyalı, prosesləei
təsvirə gəlməyən mürəkkəb bir işi – pedaqoji fəaliyyət sahələrini
əhatə edir. Kim ki bu işin mahiyyyətinə, məzmununa bələd deyil,
yəni onu bəsit şəkildə qavrayır, elə düşünür ki, adi bir işdir, çox
sadə bir prosesdir. Pedaqoji elm və pedaqoji fəaliyyət o qədər
mürəkkəbdir ki, o sahədə mütəxəssislər belə həmişə çevik,
informasiyalı olmasalar, yenilikləri nəzərə almasalar köhnə bilik
və təcrübələr ilə gərəksiz ola bilərlər.
Pedaqogika həmişə yeniləşən, inkişaf edən bir elmdir. O,
həm nəzəri cəhətdən, həm də praktik yönümdən yeniləşir. Bu
yeniləşmələr də səmərəli və səmərəsiz ola bilər. Ona görə də istər
tədqiqatçı pedaqoq, istərsə də praktik müəllim, təhsil işçisi gərək
milli təhsil siyasətinə, təhsilin dövlət standartlarına, təhsilin
inkişaf proqramına, vətəndaşların milli konsepsiyasına bələd
olsun, yeniliklərin milli təhsil qaydalarını görə bilsin. Deməli,
istər tədqiqatçı-pedaqoq, istərsə də praktik müəllim, təhsil işçisi
çox yüksək intellektə, peşəkarlığa, müstəqil düşüncəyə, yaradıcı,
məntiqi fikrə sahib olsun ki, nəyin gərəkli, nəyin gərəksiz, yaxud
nəyin xeyirli, nəyin ziyanlı olduğunu kəsdirə bilsin.
downloaded from KitabYurdu.org
65
XX əsrin 60-cı illərindən başlayaraq təlim prosesinə
müxtəlif yanaşmalar formalaşmağa başlamışdır. Bunlar aşağı-
dakılardır:
1. Problemli təlim və ya təlim prosesində problemli
vəziyyətin yaradılması
2. Proqramlaşdırılmış təlim
3. Alqoritmləşdirilmiş təlim
4. Differensial təlim
Problemli təlim, yəni təlim prosesində problemin vəziyyət
yaradıb şagirdlərin təfəkkürünü, düşüncə tərzini inkişaf etdirmək
ideyasının kökləri çox qədimdir. Problemli təlim prosesində
şagirdlər müstəqil olaraq fikri fəallıq priyomlarından istifadə edir,
eksperiment qoyur, müşahidələr aparır, onların nəticələrini təhlil
edir, düşünür, fikir mübadiləsi edir, qaydaları, qanunları,
teoremləri özləri üçün kəşf edirlər. Problemli təlim şagirdlərdə
dərsə maraq oyadır, şagirdlərin təşəbbüskarlığını inkişaf etdirir,
hadisələrin daxili mahiyyətini, onların arasındakı qarşılıqlı
əlaqələri başa düşməyə kömək edir, hadisə və proseslərin qiymət-
ləndirilməsinə dialektik yanaşmağı öyrədir, prosesi həll etmək
yollarını tapmaq bacarığını formalaşdırır, elmi idrak metodlarına
alışdırır.
Proqramlaşdırılmış təlim kibernetika elminin təsiri
nəticəsində yaranmışdır. Bu təlimin əsasını tədris materiallarının
məzmununun seçilməsi təşkil edir. Proqramlaşdırılmış təlimin
xüsusiyyətləri bunlardır:
1. Tədris materialları konkret paylara bölünür.
2. Tədris prosesi ardıcıl olaraq addımlara bölünür və
şagird həmin addımlar üzrə fikri fəaliyyət priyomlarından
istifadə edir.
3. Hər bir şagird nəzarətlə tapşırığı tamamlayır.
Alqoritmləşdirilmiş təlim məktəb həyatında yeni bir
məsələ deyildir. Onun indi aktuallaşmasına səbəb həyatımızın hər
sahəsinə daxil olan elektron-hesablayıcı maşınların tətbiqidir.
Alqoritm düzgün nəticələrə aparan ardıcıl hərəkətlərin sistemidir,
şagirdlərə tədris fəaliyyətində ardıcıllığı yerinə yetirməyə kömək
66
edir. Öyrədici proqram tətbiq etməzdən əvvəl fikri fəallıq
hərəkətləri və tədris əməliyyatlarının alqoritmini müəyyənləş-
dirmək lazımdır ki, EHM-in tədris prosesini əhatə edə bilsin.
Differensial təlim şagirdlərin inkişafını və fərdi xüsu-
siyyətlərini nəzərə almağa əsaslanır. Dərsdə şagirdlərin qarşısına
müəyyən idrak vəzifələri qoyulur və müəllim həmin vəzifələrin
icra edilməsinə, dərk olunmasına nəzarət edir. Differensial təlim
şagirdlərin biliyini dərinləşdirib genişləndirir, onların fərdi
qabiliyyətlərini, fərdi öyrənmə üslubunu formalaşdırır, müxtəlif
tələbatlarının öyrənilməsinə şərait yaradır.
Dostları ilə paylaş: |