Diaqnostika texnologiyası pedaqoqların və ya psixoloq-
ların uşağın məktəbə hazırlığını diaqnostlaşdırmasıdır
Pedaqoji texnologiyaların psixi materialı vardır. Məsələn,
təlim prosesində predmetlərin və hadisələrin psixi obrazları
biliklərin psixi materialı hesab olunur. 12 növ analizatorun beyinə
gətirdiyi informasiya orada 12 növ obraz yaradır. Deməli, biliklər
şagirdlərin psixikasında formalaşmış obrazlardır.
Əgər biliklərin psixi materialı obyektlərin və ya hadisə-
lərin obrazlarıdırsa, inkişafın psixi materialı psixi əməliyyatlardır.
Bu əməliyyatlar psixi proseslərdə həyata keçirilir. Şagirdlərin
psixi inkişafı psixi proseslərdə yeni psixi əməliyyatların for-
malaşdırılmasını nəzərdə tutur.
Münasibətlər təhsil-tərbiyənin psixi materialını təşkil edir.
Münasibətlərin tərbiyə prosesinin materialı olması üçün onlar
aşağıdakı göstəricilər üzrə ölçülməlidir: həcminə görə; anlaşılan
olmasına görə; sabit və müntəzəm olmasına görə; ümumiləşdirici
olmasına görə; oyadıcı qüvvə olmasına görə.
Münasibətlər insanın davranışında təzahür edəndə, o idarə
olunanda tərbiyə prosesinin nəticəsi hesab olunur.
Cəmiyyət inkişaf etdikcə hər sahədə olduğu kimi pedaqoji
sahədə də yeni-yeni tələblər irəli sürülür. Bu isə pedaqoji prosesin
təkmilləşməsi, yeni məzmun, forma və metodlar tətbiq etməyi
zəruri edir.
Pedaqoji sistemin təkmilləşməsi iki yolla həyata keçirilir:
1. İntensiv yol
2. Ekstensiv yol
20
İntensiv yol pedaqoji sistemin daxili ehtiyatlarını işə sal-
maqla bağlıdır. Məsələn, yeni metodlar tətbiq etməklə şagirdlərə
müstəqil iş bacarıqları aşılanmaqla onları özünütəhsilə cəlb etmək
intensiv yoldur.
Ekstensiv yol pedaqoji prosesə əlavə vaxt və vəsait cəlb
olunmasını nəzərdə tutur. Məsələn, gənc nəslə möhkəm bilik
vermək üçün təlim müddətini uzatmaq, proqramları genişlən-
dirmək olar. Bu ekstensiv yoldur. Halbuki bunsuz da məqsədə
nail olmaq mümkündür.
Pedaqoji prosesdə yeniliklərin miqyası müxtəlif ola bilər.
Müəyyən bir metodu, formanı təkmilləşdirmək, yeni iş texno-
logiyalarını tətbiq etmək, yaxud təhsil-tərbiyə sistemini yeniləş-
dirmək.
Respublikada hazırda islahatlar aparılır. Təhsilin maddi
bazası, təhsil və tərbiyə işinin məzmununda, metodikasında,
müəllim-şagird münasibətlərində, idarə etmədə böyük dəyişiklik
baş verir. Azərbaycanda milli dövlət quruculuğunun başlanması
ilə pedaqoji nəzəriyyə və praktikada əvvəllər bərqərar olmuş
stereotiplərin köhnəldiyi dərk edildi. Yeni pedaqoji konsepsiyalar,
nəzəriyyələr irəli sürüldü. Yeni pedaqoji təfəkkür, milli qaynaqlar
və ümumbəşəri dəyərlər zəmində yaranan məktəbin inkişafında
təsir edə biləcək konsepsiyalar, nəzəriyyələr meydana çıxdı.
Şagirdin bir şəxsiyyət kimi formalaşması təhsil sisteminin
əsas vəzifəsi hesab olunur. Bu köklü vəzifənin həyata keçirilməsi
üçün təhsilin, təlimin inkişafetdirici, tərbiyəedici, diaqnostik
funksiyaların genişlənməsi ön plana çəkildi.
Pedaqogikanın metodoloji problemlərinə, strukturlarına
dair yeni ideyalar, fikirlər, yanaşmalar formalaşdı. Bu dövrdə
təlim və tərbiyə nəzəriyyəsində ciddi dəyişiklik baş verdi. İde-
yalar dəyişdi. Elmi pedaqogikanın qarşısında duran ən aktual
problemlərdən biri ahəngdar şəxsiyyətin formalaşması məsə-
ləsidir.
Məlum olduğu kimi zaman-zaman bu barədə müxtəlif
fikirlər və fərqli nəzəriyyələr yaranmışdır. Təlimin əsas məqsədi
şagirdlərin şüurunda dünyanın düzgün mənzərəsini yaratmaq,
downloaded from KitabYurdu.org
21
onların intellektual inkişafını və tərbiyəsini təmin etməkdən
ibarətdir.
Təlim metodu bütövlükdə pedaqoji proseslərin ünsür-
lərindən olub, digər ünsürlərlə vəhdətdə çıxış edir. O təlimin məq-
səd və məzmununa xidmət edir. Məqsəd və məzmun dəyişdikcə
metod və texnologiyalar da dəyişir.
Qeyri səmərəli metodlarla yüksək təlim-tərbiyə nəticə-
lərinə nail olmaq olmaz.
Müasir dərs yalnız tədris vəzifələrinin deyil, təlim, tərbiyə
və inkişafın bir-biri ilə qarşılıqlı əlaqədə olduğu konpleks
vəzifələrinin planlaşdırılmasını tələb edir.
Dostları ilə paylaş: |