Dərs vəsaitində elektrik stansiyaların və yarımstansiyaların əsas avadanlıqları: güc transformatorları, cərəyan və gərginlik transformatorları, açarlar, reaktorlar, ayırıcılar, ayıranlar vəqısaqapayanlar nəzərdən keçirilir



Yüklə 0,94 Mb.
səhifə1/19
tarix27.12.2023
ölçüsü0,94 Mb.
#198996
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   19
Avadanlıqlar


MÜHAZİRƏ 1

GİRİŞ
Elektrik enerjisi sənayenin bütün sahələrində və məişətdə geniş tətbiq olunur. Buna səbəb onun universallığı və istifadəsinin sadəliyi, istehsalının həcminin artırılmasının mümkünlüyü və onun uzaq məsafələrə ötürülə bilinməsidir.
Elektrik stansiyaların və yarımstansiyaların etibarlı işini təmin etmək üçün elektrik aparatlarının yeni növləri, o cümlədən yüksək gərginlikli açarların, ayırıcıların, cərəyan və gərginlik ölçü transformatorlarının və s. yeni növləri tələb olunur.
Dərs vəsaitində elektrik stansiyaların və yarımstansiyaların əsas avadanlıqları: güc transformatorları, cərəyan və gərginlik transformatorları, açarlar, reaktorlar, ayırıcılar, ayıranlar vəqısaqapayanlar nəzərdən keçirilir. Köhnə və yeni tip elektrik aparatları, onların fərqli xüsusiyyətləri göstərilir.
Yüksək gərginlik (YG) avadanlıqları kateqoriyasına gərginliyi 1000 V (1 kV) -dan çox olan istənilən qurğular aiddir.
YG aparatlarının sinifləri

Kommutasiya aparatları



Bu qrupa YG açarları, qoruyucular, yük açarları, ayırıcılar, ayıranlar və qısaqapayanlar daxildir.


YG açarı istənilən rejimdə: nominal, qısaqapanma (QQ), güc transformatorlarının yüksüz işində, xətt və kabellərin yüksüz işində, cərəyanı qoşmaq və açmaq üçündür. Bu aparatın xarakterik cəhəti onda, YG dovrəsndə açılmada yaranan qovsü sondürən qövssöndürücü qurğunun olmasıdır.
Ayırıcı cərəyan olmadığı halda YG dövrəsini açmaq və bağlamaq üçündür. Bu aparatlar enerji sisteminin sxemlərini dəyişmək, YG aparatları və güc avadanlıqlarının (transformatorlar, generatorlar və s.) təmirində və yoxlanışında təhlükəsizlik şəraiti yaratmaq üçündür. Ayırıcıların fərqli süsusiyyəti kontaktlar arasında “açılma” vəziyyətin görünməsidir. Ayırıcıda qövssöndürücü qurğu olmur. Avadanlıqdan gərginliyi götürdükdən sonra cərəyandaışyıcı hissələr totpaqlanmalıdır. Bunun üçün ayırıcılar çox vaxt torpaqlayıcı qurğularla təmin edilir.
YG qoruyucusu – QQ-da və artıq yüklənmədə, mühafizə olunan dövrəni kiçik en kəsili naqılin əriməsi və qövssöndürücü qurğuda YG-li qövsü söndürməsi ilə, açan aparatdır.
Yüklənmə açarı – bu aparat qurğunun nominal cərəyanını qoşmaq və açmaq üçündür. QQ və artıqyüklənmə cərəyanlarını yüklənmə açarı ilə ardıcıl qoşulmuş YG qoruyucusu icra edir. Ayırıcıdan fərqli olaraq yüklənmə açarı qövssöndürücü qurğuya malikdir. Bu qurğu transformatorların və elektrik xətlərinin nominal cərəyanlarının və yüksüz iş cərəyanlarının kommutasiyasına hesablanıb.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin