Dərs vəsaitində elektrik stansiyaların və yarımstansiyaların əsas avadanlıqları: güc transformatorları, cərəyan və gərginlik transformatorları, açarlar, reaktorlar, ayırıcılar, ayıranlar vəqısaqapayanlar nəzərdən keçirilir


MÜHAZİRƏ 3 2.AYIRANLAR VƏ QISAQAPAYANLAR



Yüklə 0,94 Mb.
səhifə4/19
tarix27.12.2023
ölçüsü0,94 Mb.
#198996
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19
Avadanlıqlar

MÜHAZİRƏ 3

2.AYIRANLAR VƏ QISAQAPAYANLAR
Ayıran adi üçqütblü ayırıcı olub avtomatik idarə üçün yaylı intiqalla təmin edilir və müvafiq avtomatik qurğunun əmri ilə dövrə hissəsini, qabaqcadan acarla açılmış olan dövrə hissələrinin bağlama və açma əməliyyatını icra edə bilər, yəni onların əsas vəzifəsi elektrik şəbəkəsinin zədələnmiş hissəsini bitişik hissələrdən ayırmaqdır. Ayıranların (OD seriyalı – ikikolonkal ayıran) ayırıcılardan (PHД seriyalı) yalnız intiqalının quruluşu ilə fərqlənir. Onlar açılma üçün müvafiq komanda ilə işləyən yaylı intiqallarla təmin edilir. Açılma müddəti 0,5-1 saniyədir.

Şəkil 2.1. Ayıranların və qısaqapayanların qoşulma sxemi:


a) 110 kV və daha yüksək qurğularda; b) 35 kV qurğularda
Ayıranların və qısaqapayanların işini məsələ ilə aydınlaşdıraq. 25-220 kV tək xəttə (şəkil 2.2) ayırıcılar P və ya yük açarları ilə, lakin dövrədə ləvazimatların qənaətinə görə güc açarları olmadan, iki alçaldıcı transformator birləşmişdir. Transformatorlardan biri zədələnərsə o uzaqda yerləşən xətt ilə birlikdə xətt açarı ilə açılmalıdır. Xəttin başlanğıcında olan rele mühafizəsi transformatorun daxili zədələnməsi səbəbindən cərəyanın qiyməti az olarsa işə düşməyə bilər. Transformatorun daha həssas mühafizəsi (diferensial, qaz) işə düşür. O qısaqapayıcının (KЗ) qoşulmasına komanda verir. Effektiv torpaqlanmış şəbəkələrdə bir qısaqapayıcının olması kifayətdir (şəkil 2.1,a); torpaqlanmamış və kompensasiya edilmiş şəbəkələrdə ikiqütblü qısaqapayıcının olması vacibdir (şəkil 2.1,b). Qısaqapayıcını işə düşdükdə cərəyan kəskin artır və xətt mühafizəsi xətti transformatorla birgə açır. Xətt açıldıqdan sonra ayıran O zədələnmiş transformatoru şəbəkədən izolə edir. Xətt təkrar qoşulur (avtomatik) və digər transformatorlara qoşulmuş olan işlədicilərin elektrik təchizatı bərpa olunur. Zədələnmiş transformator təmirə çıxarılır.

Şəkil 2.2. Ayıranların və qısaqapayıcıların işinin izahına dair


Qısaqapayıcının (şəkil 2.3) bir dayaq izolyatoru 3 vardır, onun baş hissəsində tərpənməz kontakt 2 və naqilin birləşməsi üçün sıxac vardır. Torpaqlayıcı bıçaq 1 val üzərinə 5 bərkidilir və qoşulduqda 60 bucaq altında dönür. Qısaqapayıcı qoşulmaya işləyən yaylı intiqalla təmin edilir. Açılma isə əl ilə icra edilir.
35 kV üçün qısaqapayıcılar üçün ikiqütblü, 220 kV şəbəkələr üçün birqütblü buraxılır.
Açıq tipli 110 və 220 kV üçün ayıranlar və qısaqapayıcılar əvəzinə hazırda müvafiq aparatlar buraxılır ki, onlarda kontakt sistemi eleqazla dolmuş kameralarda yerləşir.
Ayıranların tipinin sinifləri aşağıdakı kimi işarələnir: O – ayıran, Д – ikikolonkalı, З – torpaqlayıcı bıçaqların olması; 1 və 2 (defisdən sonra) - torpaqlayıcı bıçaqların sayı; kəsirdə: sürətdə - nominal gərginlik, kV, Б – izolyasiyanın kateqoriyası; məxrəcdə - nominal cərəyan, A; У – mülayim rayonda, XЛ – soyuq iqlimdə, T – tropik iqlimdə işləmə; 1 rəqəmi (sonda) açıq havada işləmə. Torpaqlayıcı və qısaqapyıcının tipinin işarəsi: З – torpaqlayıcı; КЗ və ya К – qısaqapayıcı, O – birqütblü, P – kəsici (doğrayıcı) tipli, H – xarici quraşdşrılma, M – modernləşdirilmiş, У və ya Б – gücləndirilmiş izolyasiya, defisdən sonrakı rəqəm – nominal gərginlik, kV; 1 və 2 – icra vatiantları, У – mülayim iqlimli rayonlarda işləmək üçün, ХЛ – soyuq rayonlarda, T – tropik iqlimdə; 1 və 3 (sonda) – yerləşmə kateqoriyası (1 – açıq havada işləmək üçün, 3 – təbii ventilyasiyalı bağlı otaqlarda işləmək üçün).


Şəkil 2.3. Qısaqapayıcı (KЗ-35): 1 – bıçaq; 2 – tərpənməz kontakt;


3 – izolyator; 4 – torpaqlayıcı şinka; 5 – çərçivə.
10 – 35 kV nominal gərginlikli ЗР seriyalı torpaqlayıcılar qida enerjisindən açılmış olan cərəyandaşıyıcıları torpaqlamaq üçündür, 330 – 750 kV nominal gərginlikli isə asma ayırıcıları torpaqlamaq üçündür, ЗОН seriyalı torpaqlayıcılar güc transformatorlarının neytalını torpaqlamaq üçündür.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin