Erməni cinayətləri (sənədlər əsasında) I cild



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə1/11
tarix06.09.2017
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   10   11


 
 
 
 
 
Erməni cinayətləri 
 
(sənədlər əsasında) 
 
I cild 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Milli Təhlükəsizlik Nazirliyi 
Bakı - Vətən – 2004 
 
 


 
 
Ön  sözün müəllifi tarix elmləri doktoru, 
Professor Yaqub Mahmudov 
 
İdeyanın müəllifi və elmi redaktoru 
Tarix elmləri namizədi  Məmməd Cəfərli 
 
Redaksiya  heyəti: 
Lətif Babayev 
Fuad Babayev 
Taleh Sadıqov 
Rəşad İbrahimov 
 
 
Erməni cinayətləri (sənədlər əsasında) - Bakı,  
“Vətən”, 2004. – 164 səh. 
 
Kitabda  Ermənistan    Respublikası  tərəfindən  Azərbaycan  Respublikasına  
qarşı həyata keçirilən təcavüzkar  separatçılıq  və dövlət terrorizmi siyasəti, erməni 
quldur  birləşmələrinin  həmsərhəd  ərazilərdə,Vətənimizin  işğal  olunmuş  Dağlıq  
Qarabağ bölgəsində  və ətraf rayonlarda  törətdiyi qanlı cinayətlər, dinc sakinlərin 
başına  gətirilən olmazın fəlakətlər konkret faktlar  və istintaq  materialları əsasında  
öz    əksini tapmışdır. İki  yüz   illik tarixə  malik olan erməni cinayətkarlığının tam 
məğzinin  bir    kitabla  əhatə  olunması  qeyri-mümkündür.  Təqdim  olunan    kitabda 
(1-ci cild) erməni  millətçiləri tərəfindən  yalnız  son 15-20 ildə törədilən cinayətin 
faktoloji mənzərəsi əks  olunmuşdur. Bu mənada kitabın sonrakı cildində sənəd və 
materiallarda  illərdən bəri öz   məqamını  gözləyən   faktların təqdimatı ilə erməni 
cinayətlərinin  təfərrüatları  ilə  işıqlandırılması  nəzərdə  tutulur.  Kitab    Dağlıq 
Qarabağ münaqişəsini araşdıran tədqiqatçılar və geniş oxucu kütləsi üçün  maraq  
doğura  bilər. 
 
Milli Təhlükəsizlik Nazirliyi, 2004 
 
 
 
 
 
 
 


 
Erməni terrorçularının çirkin anatomiyası 
(“Erməni cinayətləri (sənədlər əsasında)”kitabına 
ön söz 
 
Bu  bir    həqiqətdir    ki,  yaşadığımız  son  dərəcə  mürəkkəb  bir    keçid 
dövründə, özü də Azərbaycan kimi Qərbi Şərqlə, Şimalı Cənubla əlaqələndirən və 
hamının  göz    dikdiyi  strateji  əhəmiyyətli  bir    məkanda  Vətənin  keşiyində  duran 
Milli  Təhlükəsizlik  Nazirliyi  əməkdaşlarının  üzərinə  çox  ağır,  ağır    olduğu  qədər 
də şərəfli məsuliyyət  yükü  düşür. 
Son illərdə Milli Təhlükəsizlik Nazirliyimizin  fəaliyyətinin  əsaslı  surətdə 
yenidən  qurulması,  bu  şərəfli  xidmət  sahəsində  Vətənin  ən  qeyrətli  övladlarının, 
özü  də  ziyalı  potensialının    cəlb  olunması  hamıda,  o  cümlədən    bir    ziyalı  kimi 
məndə, böyük qürur və razılıq  hissi doğurur. 
Məlumdur  ki,  hər    bir    millət  öz  təhlükəsizliyinin  keşiyində  özü 
durmalıdır.  Bu  baxımdan  xalq  öz  tarixinə,  o  cümlədən  ona    qarşı  müxtəlif 
yönlərdən  yürüdülmüş  təcavüzkar  xarici  siyasətlərin,  terror  və  kütləvi 
soyqırımların  tarixinə  dərindən-dərinə  bələd    olmalıdır.  Həmin  sahədə  isə,  min 
təəssüflər  olsun  ki,  son  vaxtlara  qədər    lazımi  tədqiqat    işləri  aparılmamışdır. 
Göstərilən çatışmazlıq, əlbəttə, milli təhlükəsizliyin qorunması sahəsində də ciddi 
çətinliklər yaradır. Məhz buna  görə də son bir  neçə il ərzində Milli Təhlükəsizlik 
Nazirliyin  əməkdaşları  tərəfindən  aparılmış  qiymətli  araşdırmalar  tarix  elmimizin 
çox  mühüm nailiyyəti hesab oluna  bilər. 
Bu  baxımdan,  haqqında  bəhs  etdiyimiz  “Erməni  cinayətləri  (sənədlər 
əsasında)” kitabı erməni-daşnak quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri 
vəhşiliklərin geniş ictimaiyyətə çatdırılması sahəsində növbəti, həm də çox uğurlu 
addımdır.  Çox  böyük  zəhmətin,  humanizm  duyğularının,  eyni  zamanda,  qeyrət  
ruhunun  nəticəsi  olanda    bu  əsərdə  erməni  terrorçuluğunun  çirkin  anatomiyası 
bütün  çılpaqlığı ilə ortalığa  qoyulur. 
“Erməni  cinayətləri  (sənədlər  əsasında)”  kitabı  erməni  separatçıları  və 
terrorçularının  qondarma  “Dağlıq  Qarabağ  problemi”ni  necə  yaratdıqlarını  sübut 
edən  faktlar  toplusudur,  cinayətkarın  anatomiyasını  olduğu  kimi  əks  etdirən 
aynadır.  Kitabda    tarixi  ardıcıllıqla,  adı-ünvanı  verilən  real  faktlarla,  silahla 
quldurların həyata keçirdikləri qəddar cinayət hadisələri ilə, azərbaycanlılara qarşı 
törədilən  amansız  soyqırımlarının  dünyanın  terrorçuluq    mərkəzlərindən  biri  olan 
İrəvandan  idarə  olunması  ilə,  bu  terror  əməllərinin  beynəlxalq    terrorla    bağlılığı 
ilə,  dinc  əhaliyə  qarşı  həyata    keçirilən  və  tarixdə  misli  görünməmiş  işgəncə  
“metodları” ilə tanış olduqca oxucuda  bir qənaət hasil olur: “Erməni cinayətləri”  
əsəri  gələcək  nəsillər  üçün  çox  qiymətli  ilk  mənbə,  əvəzolunmaz  tarix 
salnaməsidir. 
“Erməni  cinayətləri”    kitabı,  eyni  zamanda,  təkzib  olunmaz  ittiham 
aktıdır. Əsərdə verilən faktlar öz xarakterinə görə, eyni ilə daşnakların tarixi boyu 


 
Cənubi  Qafqaz,  Şərqi  Anadolu  və  Cənubi  Azərbaycanın  türk-müsəlman  əhalisinə 
qarşı  törətdikləri  soyqırımlarının  təkrarıdır,  daha    doğrusu,  cinayətkar  həmin 
cinayətkardır.  Milli-etnik  mənşəyinə  və  dini  mənsubiyyətinə  görə  ana    bətnindəki 
körpədən  tutmuş,  əlsiz-ayaqsız  qocalara,  qadınlara,  əlillərə  qədər  bütün    türk-
müsəlman  əhalinin  məhv  edilməsi,  həm  də  bu  zaman  görünməmiş  cəza  
“metodları”  ilə  amansızlıqla  qətlə  yetirilməsi  erməni  terrorçuluğunun  səciyyəvi 
xüsusiyyətidir.  
Oxucu  mühakiməsinə  verilən  bu  qiymətli  əsər  yaşıdığımız  dünyanın 
çirkin  reallıqlarından  biri  olan  ikili  standartlar  siyasətinə  qarşı  da  tutarlı  bir 
ittihamnamədir. 
Şübhə  etmirik  ki,  bu  gün  öz  mənafeyinə  naminə  Azərbaycan  xalqının 
başına  gətirilmiş müsibətlərə göz  yumanlar  da  gec-tez erməni torunun “dadını” 
görəcəklər. Görəcəklər və ayılacaqlar, 11 sentyabrda  olduğu kimi! 
Bu baxımdan  “Erməni cinayətləri”  kitabı təkcə bizim üçün Azərbaycan 
və  Anadolu  türkləri  üçün  deyil,  dünyanın  taleyindən  narahat  olan  bütün  
insanlardan ötrü də, hətta  özünü  “karlığa”, “korluğa”, “bilməməzliyə  vuranlar”  - 
ikili standart oyunu oynayanlar  üçün də “fəlakət!” siqnalıdır! 
“Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsində  və  ətraf  rayonlarda  
ermənilərin  yürütdüyü  etnik  təmizləmə  siyasətinin  nəticələri”  ,  “Azərbaycanın 
həmsərhəd  rayonlarında  erməni  işğalçılarının  törətdiyi  cinayətlər”,  “Erməni 
separatçıları  tərəfindən  törədilmiş  terror  aktlarını  xronoloji  ardıcıllığı”  kimi  üç 
fəsildən, Giriş və Nəticədən (Son söz əvəzi) ibarət olan “Erməni cinayətləri” kitabı 
öz strukturuna görə də qarşıya  qoyulan  problemi bütünlüklə əhatə edir. 
Müasir  dünyanın  ən  ağır  və  ən  ağrılı  problemlərindən  biri  olan 
terrorçuluğa nifrət orada  bu qiymətli əsəri araya-ərsəyə gətirən Milli Təhlükəsizlik 
əməkdaşlarına  minnətdarlığımı  bildirirəm.  Bütün  oxucularla  birlikdə  bu  dəyərli 
kitabın 2-ci cildinin də işıq üzü görməsini arzulayıram. 
 
Yaqub Mahmudov 
Əməkdar elm xadimi,  
Tarix elmləri xadimi, tarix elmləri doktoru, professor.    
 
 


 
Giriş 
 
Bəşər  tarixi  bir  çox  sivilizasiyanın  meydana  gəlməsi  və  tarix 
səhifələrindən  silinməsinin  şahididir.  Tarixən  Avropa  və  Asiyanın  qovuşuğunda 
yerləşən  Azərbaycan  hər  iki  mədəniyyətin  nailiyyətlərinin  üzvü  surətdə 
çulğalaşdığı  bir  məkan  olaraq,  başqa    etnik  qruplara,  dini  konfessiyalara,  milli 
mentalitentlərə  və  müxtəlif  mədəni  dəyərlərə  dözümlülüyü    və  tolerantlığı  ilə 
seçilmişdir. Buna nümunə kimi Azərbaycan xalqının qenetik yaddaşını əks  etdirən 
“Kitabi Dədə Qorqud” eposunda  təcəssüm olunan  ilkin demokratiya  ənənələrini, 
bütün  taleyüklü  məsələlərin  ümumxalq  toplantılarında    həll  edilməsini,  qadın 
hüquqlarına    hörmət  və  digər  liberal  dəyərləri  göstərmək  olar.  Bu  sərvətləri  əldə 
etmək üçün Avropa sivilizasiyası uzun tarixi yol qət edərkən Azərbaycan xalqının 
düşüncə  tərzində  sadaladığımız    keyfiyyətlər  artıq    çoxdan  kök  salmışdır.  Ancaq  
bir həqiqət etiraf olunmalıdır ki, qürur duyduğumuz bu xüsusiyyət və keyfiyyətlər 
xalqımıza heç də həmişə xeyir gətirməmiş, əksinə, tarixin müəyyən mərhələlərində 
onun  özünə  qarşı  çevrilmişdir.  Bəşər  mədəniyyətinə  bir  çox  sahələrdə  tövhələr 
vermiş və daim dinc quruculuqla məşğul olmuş xalqımız ambisiyaları ilə imkanları 
bir-birinə  uyğun  gəlməyən  məkrli  qonşularının  şüuraltı    nifrət  və  xudbinliyinin 
hədəfinə  çevrilmişdir.  Həmin  şüuraltı    nifrət  və  kin  bir    çox  hallarda    ölkəmizə 
qarşı    açıq  təcavüz,  düşmənçilik  xarakteri  kəsb  etmişdir.  Yurdsuz  ikən  yurd 
verdiyimiz,  ocağımızın  istisinə  qızınan  ermənilər  bu  baxımdan  xüsusilə 
“fərqlənmiş”,  on  iki  yüz  il  ərzində  Azərbaycan  torpaqlarında  məskunlaşmaqla, 
qədim  Oğuz  yurduna  məxsus  ərazilərdə  özlərinə  dövlət  yaratmağa  nail  olmuşlar. 
Məkrli erməni siyasəti və erməni havadarlarının  köməyi nəticəsində Azəırbaycan 
torpaqları  mərhələ-mərhələ  işğal  və  ihlaq    edilməklə,  sonrakı  daha    böyük 
xəyanətlərə yol açılmış, tarixin ən qanlı faciələri və cinayətləri törədilmişdir.  
Yuxarı  Qarabağ  xaqlımızın  sosial-tərəqqi  və  milli  dövlətçilik  tarixində 
çox  mühm    rol  oynayıb  və  oynayır.  Təbiət  onu  gözəlliyin,  harmoniyanın  məkanı 
kimi  seçmişdir,  fəqət  nə  edəsən  ki,  erməni  ekspamsionizmi,  rus  şovinizmi  və 
himayədarlığı  Qarabağı,  bütün  Azərbaycanı  Qafqaz,  Mərkəzi  Avropa  və  Yaxın 
Şərq  miqyasında  sosial  ədalətsizlik,  milli  təxribat  üçün  geosiyasi  ünvan  seçdi. 
Fərqanədə,  Oşda,  Osetiyada,  Dnestryanıda,  hətta  Balkanlarda  davam  edən 
zəncirvari qlobal zəlzələyə seysmik nüvə Dağlıq Qarabağ oldu. 
Zaman-zaman  Türkiyə  və  iran  ərazisindən  köçürülərək  İran  ərazisində 
məskunlaşdırılan  ermənilər  ənənəvi  havadarları  Rusiyanın  əlində  alətə  çevrilərək 
bölgənin  siyasi  və  iqtisadi  sabitliyinə  maneə  yaradırdılar.  Ermənilər  rus 
imperiyasının  səxavət  inəticəsində  Qərbi  Azərbaycan  torpaqlarında  oyuncaq 
erməni  dövləti  yaratmağa  müvəffəq    oldular.  Milli  müstəsnalığa    mübtəla  olmuş 
ermənilərin  ambisiyaları  Azərbaycan  xalqına    və  bəşəriyyətə  qarşı  cinayətlər 
zəminində həyata keçirilir və bu gün də həyata  keçirilməkdədir. Azərbaycan  19-
cu əsrdə zorakılıqla  parçalandıqdan sonra azərbaycanlılara qarşı törədilmiş, bəşər 


 
tarixində  törədilmiş  vəhşiliklərlə  həyata  keçirilmiş  kütləvi  qırğınlar,  soyqırımlar, 
xüsusilə  1905-1907,  1918-1920,  1948-1953,  1988-1994-cü  illərdə  baş  vermiş 
hadisələr erməni millətçi dairələri və onları himayə edən böyük dövlətlərin mürtəce 
qüvvələri  tərəfindən  bütün  Zaqafqaziya  miqyasında  Azərbaycanlı  əhaliyə  qarşı 
aparılmış etnik düşmənçilik siyasətində irəli gəlməkdədir.  
Uzun illərdən bəridir ki, erməni lobbisinin beynəlxalq  ictimaiyyətin gözü  
qarşısında “əzabkeş erməni xalqı” obrazı yaratmaq istiqamətində məqsədyönlü və 
iftira  böhtan  dolu  kompaniyaların  niyyəti,  törətmiş  olduqları  və  gələcəkdə 
törədəcəkləri cinayətlərə bəraət  qazandırmaq  özlərini sığortalamaqdan  başqa  bir 
şey  deyildir.  XX  əsrin  əvvəllərindən  başlayaraq  dünyanın  müxtəlif  ölkələrinə 
kütləvi surətdə səpələnmiş ermənilər “Böyük Ermənistan” ilğımı uğrunda mübarizə 
məqsədi  ilə  xarici  dövlətlərin  siyasi  elitalarına  yol  tapmış,  həmin  ölkələrdə 
eloktoratın  ələ  alınması,  vəzifəli  şəxslərlə  sövdələşmələr,  mənsəbli  diplomatların 
qətlə yetirilməsi kimi üsullardan  istifadə etmişlər.  
1988-ci  il  fevralın  20-də  Dağlıq    Qarabağ  Vilayət  Sovetinin  növədən 
kənar sessiyasında  “DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarlıb Ermənistan 
SSR  tərkibinə  verilməsi  haqqında”  məsəl  müzakirə  olunmuş  və  səsvermənin 
prosedur qaydaları pozularaq  saxtalaşdırma  yolu ilə qərar qəbul edilmişdir.  
Bu qərar  erməni milətçilərini azərbaycana qarşı əsasız ərazi iddialarından 
qaynaqlanan təcavüzkar separatçılığının baş qaldırmasına təkan verdi. Təkcə 1988-
ci il ərzində ermənilər tərəfindən Ermənistanda və Azərbaycanın Dağlıq  Qarabağ 
regionunda  186  nəfər  azərbaycanlı  qətlə  yetirilmiş,  200  mindən  çoxu  isə  doğma  
ocaqlarından  vəhşicəsinə  qovulmuşdur.  Münaqişənin  Dağlıq  Qarabağla  
məhdudlaşdığını  və  Ermənistanla  Azərbaycan  arasında  deyil,  Dağlıq  Qarabağla 
Azərbaycan    arasında    baş  verdiyini  iddia  edən  erməni  millətçiləri  respublikanın 
Ermənistanla  həmsərhəd  rayonlarında  silsilə  təcavüz    aktları,  qətllər  və  talanlar 
törətmişlər. Əslində bu siyasət planlı xarakter  daşıyaraq Azərbaycan ordusunu iki 
cəbhədə  hərbi  əməliyyatlara  cəlb  etmək  məqsədi  güdürdü.  Azərbaycanın 
Ermənistanla  həmsərhəd  rayonları  dəfələrlə  erməni  silahlı  birləşmələrinin 
həmlələrinə  məruz  qalmışlar.  Müharibənin  ilk  illərində  əhalinin  arasında  vahimə 
yaratmaq  məqsədi  ilə  həyata  keçirilən  həmlələr  sonradan  ağır  hərbi  texnika  ilə 
müşayiət olunan irimiqyaslı hücumlarla  əvəz olunmuşdur.  
Tarix-ideyalar,  nəsillər,  dünyagörüşləri  arasında  mübarizədir.  Bu 
mübarizədən  qalib  çıxmaq    üçün  tarixi  inkişafın  sərt  qanunauyğunlaqlarını  dərk 
etmək,  səbəb  və  nəticə,  təsadüf  və  zərurət  əlaqələrini  məniməsəmək  vacibdir.  Bir  
əsrdə  dörd  dəfə  eyni  ssenarili  faciə  ilə  üzləşdiyimiz  təsadüfdür,  yoxsa    bəzən 
fərqinə varmadığımız tarixi proseslərin labüd  nəticəsi?! 
Ermənilərin azərbaycanlılara   qarşı törətdikləri cinayətləri təsnif edərkən, 
belə  bir    qənaətə  gəlmək  olar    ki,  həmin  aksiyalarda    genosid  anlayışını  özündə 
təzahür etdirən  cinayət tərkibi mövcuddur. Beynəlxalq  hüquqda  genosid ayrı-ayrı 


 
əhali  qruplarının  irqi,  milli,  yaxud    dini  motivə  görə  məhv  edilməsi,  bəşəriyyətə 
qarşı ən ağır cinayət hesab olunur. 
1948-ci  il  dekabrın  9-da  BMT  Baş  Məclisində  genosid  cinayətinin 
qarşısını  almaq  və  belə  cinayətlərə  görə  cəza  haqqında  saziş  qəbil  edilmişdir. 
Sazişə görə bu və ya digər milli, etnik, irqi və dini qrupu tamamilə və ya  qismən 
məhv etmək məqsədilə edilən aşağıdakı hərəkətlər genodis  hesab olunur: 
a) belə qrupun üzvlərinin öldürülməsi; 
b)belə  qrupun  üzvlərinə  ciddi  bədən  xəsarəti  və  ya  zehni  pozğunluq  
yetirilməsi; 
c)belə  bir  qrup  üçün  qəsdən  onun  tamamilə  və  ya    qismən  fiziki  məhv 
edilməsinin nəzərdə tutan şəraitin yaradılması; 
d) belə bir qrup arasında uşaq  doğumunun qarşısını almağı nəzərdə tutan 
tədbirlər. 
Erməni  zülmkarlarının  azərbaycanlılara  qarşı  törətdikləri  cinayətlər  öz  
amansızlığına  və  qəddarlığına    görə  nəinki  bu  sazişdə  əks  olunmuş  maddələrin 
müdəaları ilə üst-üstə düşür, hətta  bir çox məqamlarda  həyata keçirilmə metod və 
üsullarına  görə  sözügedən  maddələrin  məzmununu  geridə  qoyur  və  genosid  
anlayışının hüquqi çərçivələrini genişləndirməyə zəmin yaradır. 
1988-ci  ildən  başlayan  erməni  ekspansiyası,  ermənilərin  Dağlıq  
Qarabağda    apardıqları  işğalçı  müharibə  və  etnik  təmizləmə  azərbaycanlıların 
soyqırım 
qurbanlarının  sayını  xeyli  dərəcədə  artırmışdır.  Azərbaycan 
Respublikasının ərazisinin 20 faizi işğal edilmiş, 18 mindən çox azərbaycanlı həlak 
edilmiş, 20  mindən çoxu  yaralanmış, 50  mindən çoxu  əlil olmuş, 4  mindən çoxu  
əsir və itgin düşmüş, girov götürülmüş, 4 mindən çox  sənaye və kənd müəssisəsi 
dağıdılmış,  azərbaycanlıların  doğma    yurdu  olan  yaşadıqları  724  şəhər,  kənd    və 
qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Bütün bunların nəticəsində XX 
əsrdə  iki  milyondan  çox  azərbaycanlı  bu  və  ya    digər  şəkildə  şovinist  erməni 
dairələrinin  və  onların  havadarlarının  yürütdükləri  soyqırım  siyasətinin  təsirinə 
məruz  qalmışdır.  Onu  da    demək  lazımdır  ki,  indiki  dövrdə  azərbaycanda  erməni 
zülmündən bu və ya  başqa  şəkildə zərər çəkməyən ailə yoxdur.  
Əfsuslar  olsun ki, beynəlxalq  aləm əksər  hallarda  həqiqətin dərinliyinə 
varmadan, məsələnin mahiyyətinin tam şəkildə obyektiv surətdə yanaşmır. Əlbəttə, 
bunun  bir    sıra    kökü  dərinlərə  gedən  izahı  vardır.  Belə  ki.  Azərbaycanın  başına 
gələn  bəlaların  bir  çoxu,  bilavasitə  münaqişə  haqqında  dolğun  və  düzgün 
məlumatın beynəlxalq  ictimaiyyətin nəzərinə çatdırmaq imkanlarının məhdudluğu  
ilə  əlaqədardır.  Ancaq  onu  da  qeyd  etmək  lazımdır  ki,  siyasət  çox  zaman  
subyektivlik  üzərində  qurulduğundan,  bu  münaqişəyə  yanaşma  tərzində  də  ikili 
standartlar  amili özünü  qabarıq  şəkildə göstərir. 
Kitabın    araya-ərsəyə  gəlməsində  məqsəd  hadisələrin  imkan    daxilində 
emosional  çalar  vermədən  erməni  cinayətləri  barədə  faktları  dövriyyəyə 
gətirməkdir.  Bu  faktlar    heç  də  ayrı-ayrı  şəxslərin  təxəyyülünün    məhsulu  deyil,  


 
tutarlı dəlil və  sübutlar  əsasında həyata  keçirilmiş istintaq proseslərində və arxiv 
sənədlərində  əksini  tapmış  materiallardır.  İstintaq    gedişində  müəyyən  olunmuş 
cinayətlərin  ağırlığı  hətta  iş  prosesində  dəfələrlə  cinayətlərlə  üzləşmiş  peşəkar  
müstəntiqləri  belə  sarsıtmışdır.  Mənbəşünaslıq  bazasının  bütövlükdə  Azərbaycan  
respublikası  Milli  Təhlükəsizlik  Nazirliyinin  arxiv  sənədləri  və  istintaq  
materiallarının  təşkil  etməsi  kitabın  tarixşünaslıq  baxımından    müəyyən  dərəcəyə 
malik  olmasına  əsas  verir.  Şübhə  etmirik  ki,  gələcəkdə  tarixçilər,  sosiloqlar, 
politoloqlar  və  müvafiq  problemi  araşdıran  digər  tədqiqatçılar  təqdim  olunan 
kitabın  faktoloji  bazasından  faydalanmaq  imkanı  əldə  edəcəklər.  Kitab  həmçinin 
erməni  cinayətlərinin  əsl  mahiyyətinə  yaxından  bələd  olmaq   istəyən  geniş  oxucu 
auditoriyası üçün də maraq doğrucaqdır. Onu da qeyd etmək  və inanmaq  istərdik 
ki,  bu  kitabda  toplanmış  faktlara  istinadən  müxtəlif  dillərdə  yazılacaq  yeni 
əsərlərin  meydana  çıxması  ilə  1988-ci  ildən  etibarən  Ermənistan  Respublikası 
tərəfindən  Azərbaycana    qarşı  aparılan    elan  olunmamış  müharibədə  ermənilərin 
törətdikləri cinayətlər barədə həqiqətlərin başqa  xalqlara çatdırılması istiqamətində 
növbəti addımlar  atılacaqdır. Kitab  Milli Təhlükəsizlik Nazirliyinin elmi-tədqiqat 
qrupu tərəfindən hazırlanmışdır.  


 
I Fəsil: Azərbaycanın Dağlıq  Qarabağ bölgəsində və ətraf  
rayonlarda ermənilərin yürütdüyü etnik təmizləmə 
siyasətinin nəticələri 
 
Erməni millətçiləri uzun illərdən bəridir ki, Azərbaycan torpaqlarına qarşı 
ərazi  iddialarını  həyata    keçirmək  üçün  əlverişli  məqam  aramışlar.  Sovetlər 
İttifaqından başlanan bədnam yenidən qurma  və aşkarlıq  siyasəti ermənilərə məhz 
bu  fürsəti  verdi.  Ermənistandakı  və  mərkəzdəki  ideya  ilhamçılarının  tövsiyyələri, 
şovinist  “Daşnaksütyun”,  “Krunk”,  “Qarabağ”  təşkilatlarının  proqram  bəyanatları 
əsasında  hərəkətə  gəlmiş  erməni  terror  maşını  işğalçılıq  siyasətinin  əsas  hədəfi 
kimi məhz  Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunu seçdi. Sovetlər 
İttifaqı  və  o  zamankı  respublika  rəhbərliyinin  cinayətkar  məsuliyyətsizliyi 
nəticəsində 
Dağlıq  Qarabağdakı  separatçı  qüvvələr  bölgədə  yaşayan 
azərbaycanlılara  münasibətdə  özlərinin  soyqırım  və  deportasiya  siyasətlərini 
həyata  keçirməyə  başladılar.  Birinci  mərhələdə  Dağlıq  Qarabağda  erməni 
əhalisinin sayca çoxluq təşkil etdiyi azərbaycanlı  əhalinin  sıxışdırılması,  üstünlük 
təşkil  edirdisə,  ikinci  mərhələdə  erməni  silahlı  birləşmələri  Dağlıq  Qarabağın 
azərbaycanlılar  yaşayan  məntəqələrini  və  dinc  əhalini  hədəfə  alaraq  öz 
miqyaslarına görə Xatın, Sonqmi faciələri ilə bir sırada dayanan Xocalı soyqırımını 
törətmişlər. 
Ermənistan  Azərbaycan    Republikasının  Dağlıq  Qarabağ  regionunda, 
eləcə  də  həmsərhəd  rayonlarda    azərbaycanlılara  qarşı  törətdikləri  cinayətlər, 
vandalizm  aktları  barəsində  məlumatların  toplanılması  istiqamətində  keçirilən 
tədbirlərlə əlaqədar Azərbaycan Respublikası Baş Prokrorluğundan daxil olmuş bir 
neçə, o cümlədən 63903 №-li cinayət işinin təhlili zamanı müəyyən olunmuşdur ki, 
1992-ci  il  20  avqust  tarixində  Goranboy  batalyonunun  əsgərləri  Rüstəmov 
Fəxrəddin  İdris  oğlu,  Rüstəmov  Zaməddin  İdris  oğlu,  Rüstəmov  Sənan  Rüstəm 
oğlu  və  Gülməmmədov  İlqar  Bəhərçin  oğlu  üç  avtomatla  silahlanaraq 
ermənilərdən  qalmış  bir  tankı,  bir  BMP-ni  və  bir  topu  gətirmək  məqsədilə  “DT  – 
75” markalı traktorla Ağdərə rayonunun Talış meşəsinin dağlıq hissəsinə, tala olan 
yerə  getmiş,  geri  qayıtmamışlar.  1992-ci  il  avqustun  22-də  Fəxrəddinin  və 
Zaməddinin  qardaşı  Cəmaləddin,  İlqarın  qardaşı  Vüqar  və  Asif  bir  avtomat 
götürüb “UAZ”  markalı avtomaşınla  həmin yerə onları axtarmağa getmiş, burada 
uzaqdan “DT-75” markalı traktor, ondan təxminən 40-60 metr aralıda isə üç meyit 
görmüşlər. Onlardan biri Gülməmmədov İlqar Bəhərçin oğlunun meyiti olmuşdur. 
Lakin  yaxınlıqda  silahlı  ermənilərin  olduğundan  qorxaraq  irəli  getməmiş,  geriyə 
qayıtmışlar.  Səhərisi  gün  onlar  Goranboy  batalyonunun  30-35  əsgəri  ilə  birlikdə 
yenidən həmin yerə  gəlmiş və müəyyən etmişlər ki, gördükləri üç meyitdən qalan 
ikisindən  biri  Rüstəmov  Fəxrəddin  İdris  oğlunun,  o  birisi  isə  Rüstəmov  Sənan 
Rüstəm oğlunun meyitidir. Onların bədənində odlu silahdan yetirilmiş xeyli saydı 
zədə  izləri  olmuş,  İlqarın  iki  qulağı  və  üç  əl  barmağı,  Fəxrəddinin  isə  bir  qulağı 

10 
 
kəsilmişdir.  Onlar  həmçinin  “DT-75”  markalı  traktorun  kabinasında  Rüstəmov 
Zaməddin İdris oğlunun meyitini tapmışlar. 
1992-ci  il  sentyabrın  10-da  Ağdərə  rayon  prokuroru  əvəzi,  2-ci  dərəcəli 
hüquqşünas M.Ə.Bağırov tərəfindən 4 azərbaycanlının qətlə yetirilməsi faktı üzrə 
Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin  94-cü  maddəsinin  4-cü  və  6-cı 
bəndləri  ilə  cinayət  işinin  başlanılması  haqqında  qərar  tərtib  olunmuşdur.  Cinayət 
işi  aidiyyəti  üzrə  Qarabağ  qarnizonunun  hərbi  prokurorluğunun,  05.12.1992-ci  il 
tarixdən  isə  Tərtər  ərazi  prokurorluğunun  icraatına  verilmişdir.  İş  üzrə  keçirilmiş 
istintaq tədbirləri zamanı hadisə yeri müayinə edilmiş, hadisə yerindən 3 ədəd güllə 
və  28  ədəd  giliz  məhkəmə  ballistik  ekspertizasına  göndərilmiş,  Goranboy 
batalyonunun  zabit  və  əsgərlərindən,  o  cümlədən  qətlə  yetirilənlərin  yaxın 
qohumlarından  ifadələr  alınmışdır.  Əməliyyat-axtarış  tədbirlərinin  aparılmasına 
baxmayaraq,  hadisəni  gözləri  ilə  görmüş  şahidləri,  cinayəti  törətmiş  şəxsləri 
müəyyənləşdirmək  mümkün  olmamışdır.  İşdə  olan  materiallardan  görünür  ki, 
cinayətin  törədildiyi  yer,  yəni  Ağdərə  rayonunun  Talış  meşəsinin  dağlıq  hissəsi 
erməni  quldurlarının  nəzarəti  altında  ola  bilərdi.  Çünki  meşənin  ətrafında  olan 
kəndlər ermənilərdən azad olunsa da, meşənin erməni quldurlarından təmizlənməsi 
üçün  əməliyyat  keçirilməmişdi.  Qətlə  yetirilənlərin  qohumları  R.Rüstəmovun, 
B.Gülməmmədovun,  İ.Əhmədovun  və  batalyonun  əsgərləri  A.Məmmədovun, 
M.Maqsudovun, A.Əhmədovun, S.Süleymanovun, T.Əhmədovun, A.Mustafayevin 
və  başqalarının  izahatlarında  öldürülənlərin  heç  kim  ilə  ədavəti  və  düşmənçiliyi 
olmadığı bildirilirdi. 
Göstərilənlərə  əsasən,  Rüstəmov  Fəxrəddin  İdris  oğlunun,  Rüstəmov 
Zaməddin  İdris  oğlunun,  Rüstəmov  Sənan  Rüstəm  oğlunun  və  Gülməmmədov 
İlqar  Bəhərçin  oğlunun  döyüş  tapşırığını  yerinə  yetirərkən  Talış  meşəsində 
gizlənmiş  erməni  quldurları  tərəfindən  qətlə  yetirilməsi  ehtimalı  təsdiq 
olunmuşdur.  Müharibə  şəraiti  olduğü  üçün  və  cinayəti  törətmiş  şəxslərin  Dağlıq 
Qarabağın  ermənilər  yaşayan  ərazisində  olması  səbəbindən  əməliyyat-axtarış 
tədbirləri aparıb həbs edilməsi qeyri-mümkün olmuşdur. 
Qeyd 
olunanlara 
əsasən,  Azərbaycan  Respublikasının  Cinayət 
Məcəlləsinin  209-cu  maddəsinin  3-cü  bəndi  və  213  maddəsi  rəhbər  tutularaq 
Azərbaycan Respublikasının  Cinayət Məcəlləsinin 94-cü  maddəsinin 4-cü  və 6-cı 
bəndləri ilə qaldırılmış 63093 saylı cinayət işinin ibtidai istintaqı cinayəti törətmiş 
şəxs müəyyən edilmədiyi üçün dayandırılmışdır. 
Ermənilərin  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunda, 
eləcə  də  həmsərhəd  rayonlarda  azərbaycanlılara  qarşı  törətdikləri  cinayətlər, 
vandalizm  aktları  barəsində  məlumatların  toplanılması  istiqamətində  keçirilən 
tədbirlərlə  əlaqədar  Azərbaycan  Respublikası  Baş  Prokurorluğundan  daxil  olmuş 
bir neçə cinayət işinin materialları, o cümlədən 13/636-92 N-li cinayət işinin təhlili 
zamanı  məlum  olmuşdur  ki,  1992-ci  il  oktyabrın  21-də  saat  16.30  radələrində 
Tərtər-Kəlbəcər  nəqliyyat  yolunda,  Sərsəng  su  anbarının  1,5  kilometrliyində 

11 
 
hərəkətdən  “ZİL-130”,  “URAL”,  “UAZ-  469”,  “QAZ-52”  markalı  avtomobillər 
odlu  silahlardan  atəşə  tutulmuşdur.  Nəticədə  altı  nəfər  (Əsgərov  Salman  Fərman 
oğlu,  Quliyev  Əşrəf  Yunis  oğlu,  Bəylərov  Mahir  Əmiraslan  oğlu,  Orucov  Musa 
Oruc  oğlu,  Bayramov  Məzahir  Təhməz  oğlu)  qətlə  yetirilmiş  və  avtomobillərə 
əhəmiyyətli dərəcədə ziyan vurulmuşdur. 
Baş  vermiş  cinayət  hadisəsi  ilə  əlaqədar  1992-ci  il  oktyabrın  23-də 
Gəncə  qarnizonunun  hərbi  prokuroru  R.M.Yusifov  tərəfindən  Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı və 8-ci bəndləri ilə 
cinayət işinin başlanılması haqqında qərar tərtib edilmiş və iş üzrə istintaq qrupu 
təşkil olunmuşdur. Cinayət işi ilə əlaqədar hadisə yeri müəyyən edilmiş, avtomat 
və birdəfəlik qumbaraatanların gilizləri tapılmış və işə əlavə edilmiş, çoxlu sayda 
şahidlər  dindirilmiş,  3  nəfər  barədə  məhkəmə-tibb  ekspertizası  təyin  edilmiş  və 
Kəlbəcər  rayon  Polis  Şöbəsinə  bununla  əlaqədar  xüsusi  tapşırıqlar  verilmişdir. 
İstintaq  zamanı  cinayəti  törətmiş  şəxslərin  iştirakı  olmadan  həyata  keçirilməsi 
mümkün  olan  bütün  istintaq  tədbirləri  təşkil  edilmiş,  lakin  cinayətkarları 
müəyyənləşdirmək mümkün olmamışdır. 
Müharibə  şəraiti  olduğu  üçün  və  cinayəti  törətmiş  şəxslərin  Dağlıq 
Qarabağın  ermənilər  yaşayan  ərazisində  olması  səbəbindən  əməliyyat-axtarış 
tədbirlərinin davam etdirilərək onların həbs edilməsi qeyri-mümkün olmuşdur. 
Göstərilənlərə  əsasən  Azərbaycan  Respublikasının  Cinayət  Prosessual 
Məcəlləsinin  209,  210  və  213-cü  maddələri  rəhbər  tutularaq  Azərbaycan 
Respublikasının  Cinayət  Məcəlləsinin  94-cü  maddəsinin  6-cı  və  8-cı  bəndlərinin 
əlamətləri  ilə  qaldırılmış  13/636-92  saylı  cinayət  işinin  ibtidai  istintaqı  cinayəti 
törətmiş şəxslərin müəyyən edilməməsi səbəbindən dayandırılmışdır. 
Keçirilmiş  əməliyyat-axtarış  tədbirləri  zamanı  azərbaycanlılara  qarşı 
cinayətlər  törətmiş  Ağayan  Elmira,  Abramyan  Sergey,  Babayan  Karen 
Andranikoviç  və  Marqaryan  Sveta  ermənilər  barəsində  əlavə  məlumatlar  əldə 
edilmişdir. 
Belə  ki,  keçirilmiş  tədbirlər  zamanı  daxil  olmuş  məlumata  görə, 
podpolkovnik  Ağayan  Elmira  8-ci  motoatıcı  alay  komandirinin  arxa  cəbhə  üzrə 
müavini, ləqəbi, “Xanım”dır. Təxminən 55-60 yaşı var, dolu, orta boyludur. 1996-
cı  ilə  qədər  alay  komandirinin  tərbiyəvi  işlər  üzrə  müavini  vəzifəsində  xidmət 
etmiş və  ordu sıralarından tərxis olunmuşdur. 1997-ci  ilin yayında  isə  alaya  yeni 
vəzifəyə təyin edilmişdir. 
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə