Erməni cinayətləri (sənədlər əsasında) I cild



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix06.09.2017
ölçüsü1,03 Mb.
#29049
1   2   3   4   5   6   7   8   9   10   11

Həlak olanlar: 27 nəfər 
Yaralananlar: 91 nəfər 
 
Hava nəqliyyatında törədilmiş terror aktları 
 
1.20  noyabr  1991-ci  il  Xocavənd  rayonunun  Qarakənd  kəndi 
yaxınlığında  erməni  terrorçuları  tərəfindən  Mİ-8  tipli  vertolyot  vurulmuşdur. 
Nəticədə  Xankəndinə  sülhməramlı  missiya  ilə  səfər  edən  22  nəfər  -  AR  Milli 
Məclisin  deputatı,  Dövlət  katibi  T.İsmayılov,  Baş  nazirin  müavini  millət  vəkili 
Z.Hacıyev,  Dövlət  müşaviri  millət  vəkili  M.Əsədov,  Baş  Prokuror  İ.Qayıbov, 
millət vəkilləri V.Cəfərov və V.Məmmədov, AR Prezident Aparatının şöbə müdiri 
O.Mirzəyev, 
Meliorasiya 
və 
su 
təsərrüfat 
nazirinin  birinci  müavini 
Q.Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İ.Plavski, MTN-in 
DQMV  üzrə  İdarəsinin  şöbə  rəisi  S.İvanov,  DQMV  Daxili  İşlər  İdarəsinin  rəisi 
V.Kovalyov,  DQMV  Fövqəladə  vəziyyət  rayonunun  komendantı  N.Cinkin,  AR 
Dövlət  katibinin  köməkçisi  R.Məmmədov,  Azərbaycan  Respublikası  Dövlət 
Teleradio  Şirkətinin  əməkdaşları,  A.Mustafayev,  A.Hüseynzadə  və  F.Şahbazov, 
Rusiya  federasiyasından  olan  müşahidəçilər  general-mayor  M.Lukaşov,  və 
podpolkovnik V.Koçarov, Qazaxstan Respublikasının Daxili İşlər Nazirinin birinci 
müavini S.Serikov və 3 nəfər ekipaj üzvü həlak olmuşdur. 
2.28 yanvar 1992-ci il Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə 
sərnişin  daşıyan  mülki  vertolyot  erməni  terrorçuları  tərəfindən  vurulmuş, 
əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olmuşdur. 
3.18 mart 1994-cü ildə Xankəndi şəhəri yaxınlığında erməni terrorçuları 
tərəfindən İran Hərbi Hava Qüvvələrinə  məxsus Herkules  tipli təyyarə vurulmuş, 
34 nəfər həlak olmuşdur. 
Həlak olanlar: 104 nəfər 
Sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı 
1.08 yanvar 1992-ci ildə “Krasnovodsk-Bakı” sərnişin bərəsi partladılmış, 
nəticədə 25 nəfər həlak olmuş, 88 nəfər ağır yaralanmışdır. 
Yaşayış  məntəqələrində  və  mülki  obyektlərdə  törədilmiş  terror 
aktları 
1.15 may 
1988-ci 
ildə 
Kəlbəcər 
rayonunun  Kapalı  kəndində 
X.İsmayılovun evi partladılmış, 3 nəfər həlak olmuşdur. 
2.1988-ci ilin yayında Xankəndi Uşaq xəstəxanasında həkim-rentgenoloq 
işləyən  əslən  ağdamlı  şəxs  erməni  milliyyətindən  olan  iş  yoldaşları  tərəfindən 
xəstəxananın həyətində döyülərək qətlə yetirilmişdir. 

95 
 
3.  iyul  1988-ci  il  tarixdə  ermənilər  tərəfindən  Xocavənd  rayonunda 
yaşayan azərbaycanlıların həyətyanı sahəsinə  atılmış  əl qumbarası nəticəsində  iki 
partlayış hadisəsi baş vermiş və iki nəfər mülki şəxs yaralanmışdır. 
4.28.06.1989-cu  il  tarixdə  ermənilər  tərəfindən  Bədərə  kəndindən 
Meşəliyə  gedən  şosse  yoluna  qoyulmuş  partlayıcı  qurğunun  işə  düşməsi 
nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanmışlar. 
5.16  oktyabr 1989-cu il tarixdə iki nəfər Kərkicahan qəsəbə sakinləri evə 
qayıdarkən ermənilər tərəfindən qətlə yetirilmişlər. 
6.19  oktyabr  1989-cu  ildə  Culfa  rayonunun  Ərəfsə  kəndi  yaxınlığında 
yerli sakinlər Q.Bayramov və İ.Qafarov qətlə yetirilmişlər. 
7.14  noyabr  1989-cu  ildə Qubadlı rayonunun Seytas kəndi  yaxınlığında 
kənd sakini Babaşov qətlə yetirilmiş, azyaşlı X.Əliyev yaralanmışdır. 
8.17  noyabr  1989-cu  ildə  Hadrut  rayonunun  Tuğ  kəndində  9-cu  sinif 
şagirdi T.Süleymanov qətlə yetirilmişdir. 
9.24  noyabr  1989-cu  il  tarixdə  üç  nəfər  Qaradağlı  kənd  sakini  qətlə 
yetirilmişdir. 
10.29 
noyabr 
1989-cu  ildə  Qubadlı  rayonunda  Q.Ələsgərov, 
T.Hümbətəliyev və Mehdiyev qətlə yetirilmişlər. 
11.9  yanvar  1990-cı  il  tarixdə  Qaradağlı  kəndi,  N.Nərimanov  adına 
kolxozun   sədri   S.Bayramov qətlə yetirilmişdir; 
12.31  yanvar  1990-cı  ildə  Gədəbəy  rayonuda  A.Cəmilov,  M.Vəliyev, 
A.Zeynalov, A.Qurbanov, İ.Hüseynov, F.Niftəliyev qətlə yetirilmişlər. 
13.8  mart  1990-cı  il  tarixdə  iki  nəfər  Qaradağlı  kənd  sakini  Vərəndəli 
fermasında qətlə yetirilmişdir. 
14.4  mart  1990-cı  ildə  Qazax  rayonunun  Bağanıs-Ayrım  kəndində  7 
nəfər  dinc  sakin  diri-diri  yandırılmış,  1  nəfər  yaralanmış,  13  yaşayış  evi 
partladılmışdır. 
15.4 mart 1990-cı il tarixdə erməni quldurları Qazax rayonunun Bağanis-
Ayrım  kəndinə  silahlı  basqın  edərək  7  nəfər  azərbaycanlını  qətlə  yetirmişlər,  2 
nəfəri isə ağır yaralamışlar (cinayət işi  11709). 
16.24  mart  1990-cı  il  tarixdə  Bakı  şəhərindən  Bağanis-Ayrım  kəndinə 
qonaq  getmiş,  əslən  Qazax  rayonu  Çaylı  kənd  sakinləri  olan  3  nəfər  mülki  şəxs 
ermənilər tərəfindən qətlə yetirilmişlər (cinayət işil 1709). 
17.28  mart  1990-cı  ildə  Kərməçataq  kəndində  bir  neçə  yaşayış  evləri 
yandırılmış, mal-qara aparılmış, Azərbaycan KP VPK-nin dövlət hüquq şöbəsinin 
sədri V.Zeynalov qətlə yetirilmişdir. 
18.29  mart  1990-cı  il  tarixdə  ermənilərin  Tovuz  rayonunun  Əlibəyli 
kəndinə hücumu nəticəsində 3 nəfər yaralanmışdır. 
19.09  aprel  1990-cı  ildə  Qubadlı  rayonunun  Çayzəmi  kəndində  “UAZ-
462”  markalı  96-92  AQD  dövlət  nömrə  nişanlı  avtomobil  partladılmış,  nəticədə 
rayon sakini Ş.Həsənov həlak olmuş, N.Mehdiyev və T.Eyvazov yaralanmışdır. 

96 
 
20.26  iyun  1990-cı  ildə  Gədəbəy  rayonunun  Göyəli  adlanan  ərazisində 
yerli sakinlər Nuriyev, Nağıyev və Orucov qətlə yetirilmişlər. 
21.08 
avqust  1990-cı  ildə  Laçın  rayonunun  ərazisində  “QAZ-53” 
markalı  avtomaşın  partladılmış,  nəticədə  2  nəfər  həlak  olmuş,  1  nəfər  ağır 
yaralanmışdır. 
22.9  yanvar  1991-ci  il  Molodyoj  Azerbaydjana  qəzetinin  müxbiri 
S.Əsgərova  və  hərbi  qulluqçular  –  podpolkovnik  S.Larionov,  mayor  İ.İvanov  və 
serjant İ.Qoekinin hərəkət etdiyi avtomobil Laçın-Şuşa  yolunun 5-ci  kilometrində 
erməni  terrorçuları  tərəfindən  atəşə  tutulmuş,  sərnişinlərin  4-ü  də  qətlə 
yetirilmişdir.  Cinayətkarlar  -  Mkrtçyan  Arno  Mixayloviç,  Petrosyan  Qraçik 
Armenakoviç,  Manqasaryan  Arvid  Aşotoviç,  Arustamyan  Qaqik  Mayoroviç 
müəyyənləşdirilərək  həbs  olunmuş,  1993-cü  ildə  ölümə  məhkum  edilmişlər. 
Terrorçu  qrupunun  digər  üzvləri  -Mkrtçyan  Artaşes  Mixayloviç,  Zaxaryan  Artur 
Artaşesoviç,  Sarkisyan  Manvel  Şabaqatoviç,  Osipyan  Yenok  Rubenoviç  15  il 
müddətinə,  Qriqoryan  Qaraqen  Serikoviç  5  il  müddətinə  həbs  cəzasına  məhkum 
olunmuşlar.  Göstərilən  şəxslərin  hamısı  1996-cı  il  mayın  8-də  birtərəfli  qaydada 
Ermənistana verilmişdir. 
23.9  yanvar  1991  -  ci  il  -  Xankəndi  şəhərində  Baqmanyan  Akop 
Qavruşoviç,  Baqmanyan  Samvel  Qavruşoviç  və  Antonyan  Artyuşa  Qriqoryeviç 
tərəfindən Dağlıq Qarabağ Muxtar vilayətinin Daxili İşlər İdarəsinin rəisi general-
mayor V.Kavalyovun həyatına sui-qəsd edilmişdir. 
24.27 yanvar l991 - ci ildə Xanlar rayonunun Dozular kəndi yaxınlığında 
“VAZ-2106”  markalı  S  25-10  AQ  və  “QAZ-52”  markalı  59-07  AQN  dövlət 
nömrəli  avtomaşınlar  partladılmış,  nəticədə  3  nəfər  həlak  olmuş,  2  nəfər  ağır 
yaralanmışdır. 
25.20  fevral  1991-ci  ildə  Xanlar  rayonunun  Dozular  kəndi  yaxınlığında 
“UAZ-469” markalı 27-29 AQD dövlət nömrəli avtomaşını partladılmış, nəticədə 
sovxoz direktoru Q.Musayev və sürücü D.İmanov həlak olmuşlar. 
26.24  fevral  1991-ci  ildə  Xankəndi  yaxınlığında  Şuşadan  Ağdam 
rayonuna  gedən  “PAZ-3205”  markalı  dövlət  nömrəli  avtobus  partladılmış, 
nəticədə 7 nəfər ağır yaralanmışdır. 
27.7  aprel 1991-ci ildə Qubadlı rayonunun Yuxarı Kibikli kəndində hərbi 
komendantın  müavini  Y.Babak  və  2  nəfər  qətlə  yetirilmiş,  4  nəfər  ağır 
yaralanmışdır. 
28.8  aprel 1991-ci il - SSRİ Din Daxili Qoşunlar Zaqafqaziya və Şimali 
Qafqaz üzrə İdarəsinin rəis müavini polkovnik V.Blaxotin qətlə yetirilmişdir. 
29.  Cinayəti  törətmiş  S.Baqmanyan,  A.Baqmanyan,  A.Antonyan, 
K.Akopyan,  K.Yegiyan  müəyyənləşdirilərək  həbs  lunmuş,  RF  Rostov  vilayəti 
məhkəməsinin  Kollegiyası  tərəfindən-müxtəlif  müddətlərə  azadlıqdan  məhrum 
edilmişlər. 

97 
 
30.  6  aprel  1991-ci  ildə  Ağdamdan  Füzuli  rayonuna  gedən  “Moskviç-
412”  markalı  93-69  AQV  dövlət  nömrəli  avtomaşını  Martuni  rayonu  ərazisində 
partladılmış, 2 nəfər həlak olmuş və 2 nəfər ağır yaralanmışdır. 
31.16  aprel  1991-ci  ildə  Goranboy  rayonunun  Zeyvə  kəndinin  otlaq 
sahəsində 2 nəfər sovxoz fəhlələri qətlə yetirilmişdir. 
32.18 aprel  1991-ci  ildə Füzuli rayonunun Aşağı Divanalılar kəndində 3 
nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır. 
33.18  aprel  1991-ci  ildə  Xocavənd  rayonunda  Q.Sarkisyanın  başçılıq 
etdiyi erməni terrorçuları 3 nəfəri qətlə yetirmişlər. 
34.20  aprel  1991-ci  ildə  Goranboy  rayonun  Gürzəlilər  kəndində  1  nəfər 
milis işçisi qətlə yetirümiş, 2 nəfər ağır yaralanmışdır. 
35.28  aprel  1991-ci  ildə  Naxçıvan  MR  Şərur  rayonunun  Sədərək 
qəsəbəsində partlayış nəticəsində 14 nəfər ağır yaralanmışdır. 
36. 29  aprel 1991-ci ildə Qazax rayonunda 3 nəfər ağır yaralanmışdır. 
37.  9  may  1991-ci  il  Xankəndi  şəhərində  AR  Dağlıq  Qarabağ  üzrə 
təşkilat komitəsinin üzvü V.Polyaniçkonun həyatına sui-qəsd edilmişdir. 
38. 1991-cı il iyunun 27-dən 28-nə keçən gecə terrorçu qrup tərəfindən 
Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı basqın olunmuş, 6 nəfər dinc sakin 
qətlə yetirilmişdir. 
39.  1991-ci  ilin  yayında  Xankəndi-Şuşa  avtomobil  yolunda  SSRDİN 
Daxili Qoşunlar mayoru Xomiç qətlə yetirilmişdir. 
40.  1  may  1991-ci  ildə  Hadrut  rayonunun  Tuğ  kənd  orta  məktəbinə 
məxsus “UAZ-469” markalı maşın partladılmış, nəticədə 3 nəfər həlak olmuşdur. 
41.2  may 1991-ci ildə Füzuli rayonundan Hadrut rayonunun Tuğ kəndinə 
gedən  “UAZ-469”  markalı  30-78  AQD  dövlət  nömrə  nişanlı  avtomaşın 
partladılmış, nəticədə 1 nəfər ağır yaralanmışdır. 
42.2  may 1991-ci ildə Ağdam rayonunun Gülablı kəndində 1 nəfər qətlə 
yetirilmişdir. 
43.3  may  1991-ci  ildə Qazax rayonunda 2 nəfər qətlə  yetirilmiş, 2 nəfər 
ağır yaralanmışdır. 
44.15 may 1991-ci ildə Kəlbəcər rayonunun Yelican kəndi yaxınlığında 1 
nəfər qətlə yetirilmişdir. 
45.  may  1991-ci  ildə  Laçın  rayonunun  Ermənistanla  həmsərhəd  olan 
Sadıllar  kəndində  yerləşən  mühafizə  postunda  Laçın  RDİŞ  4  nəfər  milis  işçiləri 
qətlə yetirilmişdir. 
46.  may  1991-ci  ildə Hadrut rayonunun Dolanlar kəndində 1 nəfər qətlə 
yetirilmiş, 1 nəfər ağır yaralanmışdır. 
47.3  may  1991-ci  ildə  Hadrut  rayonunun  Yuxarı  Fərəcli  kəndinin 
kənarında  yerləşən  mühafizə  postunda  1  nəfər  qətlə  yetirilmiş,  2  nəfər  ağır 
yaralanmışdır. 

98 
 
48. 23 may 1991-ci ildə Hadrut rayonunun Arpaqədik kəndi yaxınlığında 
SSRİ  DİN-in  Daxili  Qoşunlarının  5460  saylı  hərbi  hissəsinin  praporşiki  qətlə 
yetirilmişdir. 
49. 26 may 1991- ci ildə Ağdərə rayonunu Umudlu kəndində 1 nəfər qətlə 
yetirilmişdir. 
50. 2  iyun  1991-ci  ildə  Qubadlı  rayonunun  Yuxarı  Çibikli  kəndində  1 
nəfər hərbi qulluqçu qətlə yetirilmişdir. 
51. 9 iyun 1991-ci ildə Tərtər rayonunun Qapanlı kəndində 2 nəfər  qətlə 
yetirilmiş, 2 nəfər ağır yaralanmışdır. 
52.19  iyun  1991-ci  ildə  “Yevlax-Laçın”  avtomobil  yolunun  106-cı 
kilometrində  5459  saylı  hərbi  hissəyə  məxsus  “UAZ-469”  markalı  avtomaşın 
partladılmış, 1 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır. 
53.22  iyun  1991-ci  ildə  Ağdərə  rayonunun  Baş  Göytəpə  kəndi 
yaxınlığında 1 nəfər qətlə yetirilmişdir. 
54.25  iyun  1991-ci  ildə  Ağdərə  rayonunun  Vaqbaş  kəndində  1  nəfər 
xüsusi amansızlıqla qətlə yetirilmişdir. 
55.26  iyun  1991-ci  il  tarixdə  ermənilər  İmarət  -  Qərvənd  kəndinin  iki 
mülki sakinlərini qətlə yetirmişlər. 
56.26  iyun  1991-ci  ildə  Ağdərə  rayonunun  İmarət  Qərvənd  kəndində  1 
nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır. 
57.28 iyun 1991-ci ildə Xocavənd rayonunun Kəndxurd kəndində 6 nəfər 
mülki sakin xüsusi qəddarlıqla qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır. 
58.3  iyul  1991-ci  ildə Ağdərə rayonunun Umudlu kəndində 1 nəfər qətlə 
yetirilmişdir. 
59.6  iyul  1991-ci  ildə  Goranboy  rayonunun  Erkec,  Monaşit  və  Buzluq 
kəndlərində 3 milis işçisi qətlə yetirilmiş 12 nəfər ağır yaralanmışdır. 
60.7  iyul 1991-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığındakı 
Ulbab adlanan ərazidə 4 nəfər kənd sakini qətlə yetirilmişdir. 
61.17  iyul  1991-ci  ildə  Kəlbəcər  rayonunun  Xanımdərəsi  və  Uzungöl 
yaşayış  məntəqələrində  2  nəfər  mülki  vətəndaş  qətlə  yetirilmiş,  1  nəfər  ağır 
yaralanmışdır. 
62.20  iyul  1991-ci  ildə  Goranboy  rayonunun  Todan  kəndində  2  nəfər 
qətlə yetirilmiş, 8 nəfər ağır yaralanmışdır. 
63.21  iyul 1991-ci ildə Laçın rayonunu Əriməz yaylağında silahlı 9 nəfər 
xüsusi amansızlıqla qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır. 
64.23  iyul  1991-ci  ildə  Hadrut  rayonunun  Tuğ  kəndi  yaxınlığında  Tuğ 
Milis bölməsinin 1 nəfər əməkdaşı və 1 nəfər yerli sakin qətlə yetirilmişdir. 
65.30  iyul  1991-ci  ildəHadrut  rayonunun  2  nəfər  Zəncurkənd  sakinləri 
xüsusi qəddarlıqla qətlə yetirilmişlər. 

99 
 
66.31  iyul 
1991-ci 
ildə 
Ağdərə  rayonunun  Dronbon  kəndi 
yaxınlığında  avtomobil  yolu  partladılmış,  SSRİ  DİN  DQ-nin  5  nəfər 
hərbi qulluqçusu ağır yaralanmışdır. 
67.2  avqust  1991-ci  ildə  Hadrut  rayonunun  Dolanlar  kəndində  “QAZ-
53”  markalı  avtomaşın  partladılmış,  nəticədə  3  nəfər  həlak  olmuş,  5  nəfər  ağır 
yaralanmışdır. 
68.10  avqust  1991-ci  ildə  Naxçıvan  MR  Culfa  rayonunun  Laketdağ 
kəndində 1 nəfər qətlə yetirilmişdir. 
69.12  avqust  1991-ci  ildə  Kələbəcər  raynunun  Sarıyel  adlanan  otlaq 
sahəsində 1 nəfər qətlə yetirilmiş, 2 nəfər yaralanmışdır. 
70.21  avqust  1991-ci  ildə  Hadrut  rəynunun  Şadaxt  kəndi  yaxınlığında 
milis  əməkdaşlarını  aparan  “KAMAZ”  markalı  70-30  AQO  dövlət  nömrə  nişanlı 
avtobus  partladılmış,  nəticədə  1  sürücü  həlak  olmuş,  5  nəfər  ağır  bədən  xəsarəti 
almışlar. 
71.23  avqust  1991-ci  ildə  Əsgəran  rayonun  Cəmilli  kəndində  3  nəfər 
mülki şəxs qətlə yetirmiş, 14 nəfər ağır yaralanmışdır.  
72.29  avqust  1991-ci  ildə  Goranboy  rayonun  Şəfəq  kəndində  1  nəfər 
qətlə yetirilmişdir. 
73.7  sentyabr  1991-ci  ildə  Hadrut  raynun  Tuğ  kəndində  2  nəfər  kənd 
sakini qətlə yetirilmişdir. 
74.7  sentyabr  1991-ci  ildə  Qazax  raynun  Bağanıs-Ayrım  kəndində  1 
nəfər yerli sakini ağır yaralamışdır. 
75.9  sentyabr 
1991-ci 
ildə  Qazax  rayonun  Barxudarlı  Dəmir 
yol stansiyasında 1 nəfər ağır yaralanmışdır. 
76.10  sentyabr  1991-ci  ildə  Xocalı  şəhərində  2  nəfər  qətlə 
yetirilmiş, 5 nəfər ağır yaralanmışdır. 
77.14  sentyabr  1991-ci  ildə  Hadrut  rayonun  Zəmzur  kəndi  yaxınlığında 
“UAZ” markalı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər ağır 
yaralanmışdır. 
78.14  sentyabr  1991-ci  ildə  Goranboy  rayonunun  Buzluq  və  Başqışlaq 
kəndlərində 6 nəfər qətlə yetirilmiş, 4 nəfər ağır yaralanmışdır. 
79.14  sentyabr  1991-ci  ildə  Ordubad  rayonunun  Qaranquş  adlanan 
ərazisində 2 mülki şəxs xüsusi qəddariıqla qətlə yetirilmişdir. 
80.17  sentyabr  1991-ci  ildə  Goranboy  rayonunun  Şəfəq  kəndi 
yaxınlığında  “Russkie  borisi”  kolxozuna  məxsus  “MAZ”  markalı  avtomaşın 
partladılmış, nəticədə 1 nəfər həlak olmuşdur. 
81.17  sentyabr  1991-ci  ildə  Goranboy  rayonunun  Şəfəq  və  Zeyvə 
kəndlərində 2 nəfər qətlə yetirilmişdir. 
82.18  sentyabr 1991-ci ildə Ağdərə rayonun İmarət-Qərvənd kəndində 1 
nəfər qətlə yetirilmişdir. 

100 
 
83.18 sentyabr  1991-ci  ildə Ağdərə rayonun Mesşen  kəndi  yaxınlığında 
“ZİL-131” markalı avtomaşın partladılmış, nəticədə 1 nəfər həlak olmuş və 1 nəfər 
ağır yaralanmışdır. 
84.20  sentyabr  1991-ci  ildə  Goranboy  rayonun  Şəfəq,  Todan,  Erkec, 
Zeyvə kəndlərində 2 nəfər qətlə yetirilmişdir. 
85.23  sentyabr 1991-ci ildə Ağdərə rayonun İmarət-Qərvənd kəndində 6 
nəfər qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır. 
86.24  sentyabr  1991-ci  ildə  Ağdam  rayonunun  Abdal  Gülablı  kəndi 
yaxınlığında “UAZ” markalı avtomaşın parladılmış, nəticədə 1 nəfər həlak olmuş, 
1 nəfər ağır yaralanmışıdır. 
87.25  sentyabr  1991-ci  ildə  Xankəndi  şəhəri  yaxınlığında  “UAZ” 
markalı avtomaşın parladılmış, nəticədə 1 nəfər milis işçisi həlak olmuş, 1 nəfər isə 
ağır yaralanmışdır. 
88.26  sentyabr  1991-ci  ildə  Şuşa  şəhərində  1  nəfər  qətlə  yetirilmiş,  6 
nəfər ağır yaralanmışdır. 
89.26  sentyabr  1991-ci  ildə  “Yevlax-Laçın”  yolunda  “VAZ-2106” 
markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak 
olmuşdur. 
90.28  sentyabr  1991-ci  ildə  Xocavənd  rayonunun  Muğanlı  kəndində  1 
nəfər qətlə yetirilmişdir. 
91.29  sentyabr  1991-ci  ildə  Goranboy  rayonunun  Şəfəq  və  Zeyvə 
kəndlərində 1 nəfər qətlə yetirilmişdir. 
92.01  oktyabr  1991-ci  ildə  Goranboy  rayonunun  Şəfəq  və  Zeyvə 
kəndlərində 1 nəfər qətlə yetirilmişdir. 
93.03  oktyabr  1991-ci  ildə  Xocavənd  rayonunda  “UAZ”  markalı 
avtomobil  partladılmış,  nəticədə  2  milis  işçisi  həlak  olmuş,  2  nəfər  ağır 
yaralanmışdır. 
94.06 oktyabr 1991-ci ildə Qazax rayonunun Xeyrimli kəndində 2 nəfər 
qətlə yetirilmişdir. 
95. 08  oktyabr  1991-ci  ildə  Xocalı  rayonu  yaxınlığında  1  nəfər  qətlə 
yetirilmişdir. 
96.09  oktyabr  1991-ci  ildə  Kərgicahan  qəsəbəsində  1  nəfər  qətlə 
yetirilmiş, 1 nəfər ağır yaralanmışdır. 
97.17  oktyabr 1991-ci ildə  Ağdərə rayonun Baş Güneypərə kəndində 1 
nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır. 
98.18  oktyabr  1991-ci  ildə  Şuşa  rayonun  Qaladərəsi  kəndində  1  nəfər 
qətlə yetirilmişdir. 
99.18  oktyabr  1991-ci  ildə  Xocavənd  rayonun  Qaradağlı  kəndində  1 
nəfər qətlə yetirilmişdir. 

101 
 
100.19  oktyabr  1991-ci  ildə  Ağdərə  rayonun  Sırxavənd  kəndi 
yaxınlığında  “UAZ-469”  markalı  avtomaşın  partladılmış,  nəticədə  2  nəfər  həlak 
olmuş,  1 nəfər ağır yaralanmışdır. 
101.22  oktyabr  l991-ci  ildə  Baş  Güneypərə,  Sırxavənd  və  Orta 
Güneypərə kəndlərində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər yaralanmışdır. 
102.26  oktyabr  1991-ci  ildə  Qazax  rayonun  Mazan  kəndində  1  nəfər 
qətlə yetirilmişdir.  
103.28 oktyabr 1991-ci ildə Xocavənd rayonunun Xocavənd kəndində 2 
nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır. 
104.01  noyabr  1991-ci  ildə  Əskəran  rayonun  mərkəzində  “UAZ-469” 
markalı 30-76 AQD nömrəli avtomaşın partladılmış, 1 nəfər həlak olmuş, 1 nəfər 
ağır yaralanmışdır. 
105.05  noyabr  1991-ci  ildə  Şuşa  rayonunun  Nəbilər  kəndində  1  nəfər 
qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır. 
106.05  noyabr  1991-ci  ildə  Qazax  rayonunun  Xeyrimli  və  Aşağı 
Əskipara kəndlərində 2 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır. 
107.07  noyabr 1991-ci  ildə Hadrut rayonunun Xələfşə kəndində 2 nəfər 
qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır. 
108.12  noyabr  1991-ci  ildə  Goranboy  rayonun  Todan  kəndində  1  nəfər 
qətlə yetirilmiş, 12 nəfər yaralanmışdır. 
109.14  noyabr  1991-ci  ildə  Ağdam  rayonun  Əhmədəavar  kəndində  1 
nəfər qətlə yetirilmişdir. 
110.15  noyabr  1991-ci  ildə  Hadrut  rayonun  Zəmzur  və  Şaqalı 
kəndlərində 8 nəfər qətlə yetirilmiş, 4 nəfər yaralanmışdır. 
111.16  noyabr  1991-ci  ildə  Xocavənd  rayonun  Xocavənd  kəndində  2 
nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır. 
112.19  noyabr  1991-ci  ildə  Xocavənd  rayonun  Xocavənd  kəndində  4 
nəfər qətlə yetirilmişdir. 
113.20  noyabr  1991-ci  ildə  Ağdərə  rayonun  Əliağalı  kəndində  1  nəfər 
qətlə yetirilmişdir. 
114.28  noyabr  1991-ci  ildə  Qazax rayonun  Aşağa  Əskipara  kəndində  1 
nəfər qətlə yetirilmişdir. 
115.1 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsində 1 nəfər həlak olmuş, 
5 nəfər yaralanmışdır. 
116.11  dekabr  1991-ci  ildə  Şuşa  şəhəri  və  Kərkicahan  qəsəbəsində  1 
nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır. 
117.12  dekabr 
1991-ci 
ildə 
Ağdam  rayonun  Çuxur  məhlə,  
Əhmədəavar,  Xıdırlı,  Çinli,  Şelli,  Qalayçılar  kəndlərində  1  nəfər  həlak  olmuş,  5 
nəfər ağır yaralanmışdır. 
118.14  dekabr  1991-ci  ildə  Kərkicahan  qəsəbəsində  1  nəfər  qətlə 
yetirilmişdir. 

102 
 
119.15  dekabr  1991-ci  ildə Xocalı şəhərində 1 nəfər qətlə  yetirilmiş, 2 
nəfər ağır yaralanmışdır. 
120.16  dekabr  1991-ci  ildə  Kərkicahan  qəsəbəsində  1  nəfər  qətlə 
yetirilmişdir. 
121.19  dekabr  1991-ci  ildə Füzuli rayonun Qaradağlı kəndində 1 nəfər 
qətlə yetirilmişdir. 
122.20  dekabr  1991-ci  ildə  Ağdam  rayonunun  Sırxavənd  kəndində  1 
nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir. 
123.20  dekabr  1991-ci  ildə  Kərkicahan  qəsəbəsində  1  nəfər  qətlə 
yetirilmişdir. 
124.20  dekabr  1991-ci  ildə  Ağdərə  rayonun  Umudlu  kəndində  1  nəfər 
qətlə yetirilmişdir. 
125.23  dekabr  1991-ci  ildə  Şuşa  rayonun  Malıbəyli  kəndində  1  nəfər 
qətlə yetirilmişdir. 
126.23  dekabr  1991-ci  ildə  Cəbrayıl  rayonun  Daşbaşı  və  Banazur 
kəndində 2 nəfər qətlə yetirilmişdir. 
Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin