Xocalı
1992.02.26.
Ermənistan Respublikasının hərbi birləşməmləri Rusiya Federasiyasına
məxsus 366-cı motoatıcı alayının dəstəyi ilə fevral ayının 25-dən 26-na keçən gecə
Azərbaycan Republikasının Xocalı şəhərini işğal etməklə, burada məskunlaşmış
dinc əhaliyə qarşı soyqırım aksiyasını həyata keçirmişdir. Bu cinayətin nəticəsində
106 qadın, 23 uşaq da daxil olmaqla 613 nəfər dinc sakin qətlə yetirilmiş, 487 nəfər
əlil olmuş, 1257 nəfər erməni quldurları tərəfindən əsir götürülmüş, 150 nəfər
şəhər sakini isə itkin düşmüşdür.
Ağdam
1992.03.17
Erməni hərbi birləşmələri tərəfindən Ağdam şəhərinin elektrik
yarımstansiyası və Şelli kəndi artlileriya qurğularından atəşə tutulmuşdu, eyni
zamanda həmin gün “Kristall” tipli raket qurğularından Ağdərə rayonunun
Seysulan kəndindən Tərtər rayonunun mərkəzi davamlı atəşə məruz qalmışdır,
nəticədə 3 nəfər həlak olmuş, 17 nəfər yaralanmış, yaşayış məntəqələrinə ciddi
maddi ziyan dəymişdir
1
.
1992.04.01.
Rayonun Abdal bə Gülbalı kəndlərinin erməni yaraqlıları tərəfindən atəşə
tutulması nəticəsində iki qadın yaralanmış, 15 yaşayış evinə isə ciddi maddi ziyan
dəymişdir
2
.
1992.04.06.
1
AR MTN Arxivi, jurnal №1, səh-6
2
AR MTN Arxivi, jurnal №1, səh-28
61
Şuşaya istiqamətlənən “Qaz-53” markalı yük maşını ermənilər tərəfindən
atəşə məruz qalmışdır ki, bunun da nəticəsində bir nəfər həlak olmuş, maşının
sürücüsü ağır yaralanmışdır
1
.
1992.04.13.
Ağdam rayonunun Gülablı, Şelli, Parpavənd kəndləri istiqamətində
ermənilərlə atışma nəticəsində 4 nəfər soydaşımızı yaralanmışdır.
1992.04.20.
Ağdamdam Şuşa şəhərinə gedən yolun atəşə tutulması nəticəsində təcili
tibbi yardım maşını aşmış, maşının içərisində olan tibbi heyət yaralanmışdır.
Həmin gün Şuşa şəhərinin zirehli maşınlarından atəşə tutlması nəticəsində 7 nəfər
yaralanmış, 2 nəfər həlak olmuşdur
2
.
1992.04.27
Erməni quldurları tərəfindən Abdal, Gülabalı kəndlərinin atəşə tutulması
nəticəsində 10 ev dağıdılmışdır.
1992.05.07.
Rayonunun azərbaycanlılar yaşayan Şelli, Qardağlı, Kuropatkino
kəndlərinin atəşə tutulması nəticəsində 1nəfər həlak olmuş, 4 nəfər isə
yaralanmışdır. Bir gün sonra şəhərin atəşə tutulması nəticəsində 1 nəfər həlak
olmuş, 4 nəfər isə yaralanmış, 3 nəfərin evi dağıdılmışdır.
1992.05.14.
Rayonunun Gülablı kəndinin atəşə tutulması nəticəsində əhali arasında
yaralananlar olmuşdur. May ayının son günlərində Əsgəran və Ağdərə rayonlarının
ermənilər yaşayış məntəqələrində ermənilər tərəfindən Xocalı, Malıbəyli və digər
yaşayış məntəqələrindən girov götürülmüş azərbaycanlılardan (əsasən qadınlar)
tranşeyalar qazmaqda istifadə olunmuşdur. Onun da qeyd etmək lazımdır ki,
qadınların əksəriyyəti tamamilə çılpaq vəziyyətdə olmuşlar. Bu cür faktlar
həmçinin Şelli, Parpavənd kəndlərində də müşahidə olunmuşdur. İyun ayının 3-də
Parpavənd kəndinin atəşə tutulması nəticəsində 1 nəfər həlak olmuş, 2 nəfər
yaralanmış, bir neçə ev isə tamamilə dağdılmışdır.
1992.06.25.
Ağdam şəhəri düşmənlər tərəfindən “Qrad”, “Kristall” mərmilər və
uzaqvuran toplarla atəşə tutulmuşdur. Nəticədə şəhərə ciddi ziyan dəymişdir.
1992.06.27.
Axşam saatlarında Parpavənd kəndi ağır topalar və “Qrad” qurğuları
vasitəsi ilə atəşə tutulmuşdur. Nəticədə bir nəfər kənd sakini həlak olmuş, iki
nəfər milli ordu döyüşçüsü yaralanmışdır.
1992.06.29.
1
AR MTN Arxivi, jurnal №1, səh-35
2
AR MTN Arxivi, jurnal №1, səh-35
62
Rayonun Parpavənd kəndinə soxulmağa çalışan ermənilər geri oturduldu,
lakin tərəfimizdən 10 nəfər həlak olmuşdur.
1992.07.20.
Axşam satlarında Ağdam şəhərinin mərkəzi Əsgəran istiqamətində atəşə
tutlmuş, nəticədə 2 nəfər mülki vətəndaş yaralanmışdır.
1992.08.06.
Avqustun 5-dən 6-na keçən gecə Ağdam rayonun mərkəzi Qarabağın
dağlıq hissəsi ilə həmsərhəd olan Parpavənd, Qalayçılar, Xıdırlı və Şelli ermənilər
tərəfindən tanklardan, toplardan atəşə tutulmuşdur. Rayon mərkəzində və
kəndlərdə dağıntılar olmuşdur.
1992.08.12
Avqust ayının 11-dən 12-nə keçən gecə Ağdam rayonunn Xıdırlı, Gülablı,
Abdal, Şelli kəndləri erməni mövqelərindən ciddi atəşə tutulmuşdur. Bir qadın
həlak olmuşdur. Ağdam-Yevlax yolu da atəşə məruz qalmışdır. Avqustun 12-si
saat 14-dən başlayarq Ağdam şəhəri və sərhədyanı kəndlər “Qrad” tipli
qurğulardan güclü atəşə tutulmuşdur. Mərkəzdə və kəndlərdə çoxlu dağıntılar
olmuşdur.
1992.08.16.
Avqustun 15-də Ağdam şəhərinin atəşə tutulması nəticəsində 15 yaşlı
uşaq, Gülablı kəndində isə 1 nəfər yerli sakin həlak olub.
1992.08.21.
Avqustun 20-dən 21-nə keçən gecə Ağdam şəhəri və ətraf kəndlər
toplardan güclü atəşə tutulmuşdur. Şəhərin mərkəzində 3 binaya maddi ziyan
dəymişdir.
1922.08.24.
Avqustun 23-dən 24-nə keçən gecə rayonun Şelli, Qasımlı, Mərzili
kəndləri toplardan atəşə məruz qalıb. Mərzili kəndində iki yerli sakin həlak oşlub.
1992.08.28.
Avqustun 27-dən 28-nə keçən gecə Ağdaş şəhəri və rayonun Şərfalı, Şelli,
Xaçın kəndləri ermənilər tərəfindən güclü atəşə tutulmuşdur. Əldə olunan
məlumata görə, 10 nəfər döyüşçümüz həlak olmuş, 30 nəfər yaralanmışdır,
1992.09.04.
Sentyabrın 4-də saat 5 radələrində erməni yaraqlıları Ağdam rayonun
Badal, Gülablı kəndinə güclü hücuma keçmişlər. Gün ərzində davam edən şiddətli
döyüşlərdən sonra ermənilər kəndi ələ keçirməyə müvəffəq olmuşlar.
1992.09.07.
Sentyabrın 6-dan 7-nə keçən gecə ərzində Ağdam şəhəri və rayonun cəbhə
xəttində yerləşən kəndləri top və atıcı silahlardan intensiv atəşə tutulmuşdur. Əhali
arasında xeyli ölən və yaralananlar var.
1992.09.20.
63
Ağdam rayonun Xıdırlı kəndi Əsgəranın Xanabad yaşayı məntəqəsi
istiqamətində atəşə tutulmuşdur. Nəticədə 2 ev dağılmış, 3 nəfər yaralanmışdır.
1992.10.04.
Ağdaş şəhərinin Əsgəran istiqamətində güclü top və “Qrad” atəşinə
tutulması nəticəsində 3 qadın və 1 kişi həlak olmuşdur.
1992.10.12.
Rayonun Qullar kəndinin Qrad qurğularından və toplardan atəşə tutulması
nəticəsində 2 nəfər həlak olmuşdur.
1992.10.13.
Ermənilər Əsgəran rayonu istiqamətindən Xıdırlı, Qiyaslı, Yuxarı Hacılı,
Bağbanlar, Mərzili kəndlərini intensiv atəşə tutmuşlar. İlkin məlumata görə, 6
nəfər həlak olmuş, 48 nəfər yaralanmışdır. Xeyli dağıntı var.
1992.10.14.
Rayonun Qullar kəndinin Qrad qurğularından atəşə tutulması nəticəsində
2 nəfər həlak olmuşdur, bundan əlavə kənddə yaralılar və dağıntılar mövcuddur.
1992.10.20.
Rayon mərkəzində Xıdırlı, Qiyaslı, Yuxarı Hacılı, Qullar, Bağbanlar,
Mərzili kəndlərinin müxtəliv növ silahlardan intensiv şəkildə atəşə tutulması
nəticəsində 6 nəfər həlak olmuş, 48 nəfər yaralanmış, xeyli sayda dağıdılmışdır.
1992.11.05.
Rayon mərkəzi, Xıdırlı, Şelli, Mərzili kəndlərinin intensiv atəşə tutulması
nəticəsində 6 nəfər həlak olmuşdur.
1992.12.06.
Erməni hərbi birləşmələri Mərzili kəndinə hücum edərək kəndin
yarısından çoxunu yandırmışlar
1
.
1992.12.15.
Ağdam şəhərinin mərmi atəşinə tutulması nəticəsində 3 nəfər həlak olmuş,
6 nəfər isə yaralanmışdır
2
.
1993.03.23.
Xıdırlı kəndinin bir sakini öldürülmüş, 3 nəfər girov götürülmüş, kəndə
külli miqdarda maddi ziyan vurulmuşdur.
1993.04.01.
Rayonun 10 sərhəd kəndinin hamısı, rayon mərkəzi və ona bitişik kəndlər
artilleriya və “Qrad” qurğularından aramsız atəşə tutulmuş, 3 nəfər ölmüş, 9 nəfər
yaralanmış, 25-dən artıq ev dağıdılmışdır.
1993.06.15.
1
ARMTN Arxivi, jurnal № 26,səh-7
2
ARMTN Arxivi, jurnal № 230,səh-16
64
Ermənilərin cəbhə boyu hücuma keçməsi nəticəsində dinc əhali arasında
çoxlu sayda insan həlak olmuş və yaralanmışdır. İşğal olunmuş kəndlərdən 11-i
düşmən tərəfindən tamamilə yandırılımışdır.
1993.06.26.
Müasir texnika ilə silahlanmış erməni hərbi birləşmələri Şelli, Xramord,
Yeddi Xırman istiqamətlərində qəti hücuma keçmişlər. Mülki əhali arasında böyük
itkilər mövcuddur.
1993.07.24.
Azərbaycan Respublikasının Ağdam şəhəri erməni yaraqlıları tərəfindən
işğal olunmuşdur. Rayonun yüz əlli minə qədər sakini öz yaşayış yerlərini tərk
etmək məcburiyyəti qarşısında qalmışdır.
Goranboy
1992.03.13.
13 mart səhər saat 4.00-dən 6.30-a qədər erməni yaraqlıları Qaraçinar
kəndi və Yenikənd istiqamətlərindən iriçaplı pulemyotlar və avtomat silahlardan
istifadə etməklə Azərbaycan Respublikasının silahlı qüvvələrinin Şəfəq kəndində
yerləşən mövqelərini atəşə tutmuşlar. Səhər saat 11.00 radələrində ermənilər
tərəfindən yenidən atışmaya başlanılmış, bu dəfə atışma saat 15.00-a kimi davam
etmişdir. Erməni yaraqlıları bu dəfə bir ədəd Piyadaların Döyüş Maşını (PDM-2),
RPQ-7 və avtomat silahlardan istifadə etmişlər. Nəticədə Goranboy batalyonunun
əsgəri Hümbətov Çingiz Vəli oğlu qətlə yetirilmiş, iki əsgər - Kərimov Namiq
Mail oğlu və İsmayılov Faiq Yusif oğlu ağır yaralanmışlar
1
.
1992.03.30.
Goranboy rayonun Tapqaraqoyunlu kəndinin Ağdərə rayonun Talış kəndi
istiqamətindən mərmilərdən atəşə tutulması nəticəsində kəndə gələn elektrik xətti
və qaz kəməri partladılmışdır
2
.
1992.05.12.
Erməni quldurlarının Goranboy rayonunun Tapqaraqoyunlu kəndini atəşə
tutması nəticəsində kəndin 3 sakini yaralanmış, 3 ev isə dağıdılmışdır
3
.
1992.05.20.
Erməni silahlı birləşmələri Yenikənd və Qaraçinar istiqamətindən T-72
tanklarından, PDM-dən Şəfəq və Zeyvə kəndlərini atəşə tutmuşlar. Zeyvə kəndində
bir neçə ev dağılmışdır
4
.
1992.08.28.
Tapqaraqoyunlu kəndindən olan bir ailə Talış kəndi istiqamətində meşədə
quldurlar tərəfindən güllələnmişdir. 7 nəfərdən 2 uşaq sağ qalıb. 2 kişi, 2 qadın və
bir uşaq qətlə yetirilmişdir.
1
ARMTN Arxivi, jurnal № 1 səh-3
2
ARMTN Arxivi, jurnal № 30 səh-25
3
ARMTN Arxivi, jurnal № 30 səh-89
4
ARMTN Arxivi, jurnal № 2 səh-11
65
1992.10.03.
Keçmiş Şaumyan rayonunun Gürzələr və Erməni Borisi kəndləri
arasındakı yolda “MAZ” markalı avtomaşın minaya düşmüş, 3 nəfər Goranboy
sakini yaralanmışdır. Salıküt kənd sakinləri işə gedərkən erməni yaraqlıları
tərəfindən atəşə tutulmuş, nəticədə 5 nəfər kənd sakini həlak olmuş, 7 nəfər
yaralanmışdır.
Füzuli
1992.04.02.
Rayonun Arış, Qaradağlı, Cəmilli, Gövşadlı yaşayış məntəqələrinin atəşə
tutulması nəticəsində 2 nəfər həlak olmuş, bir neçə ev isə dağıdılmışdır
1
.
13.04.1992
Saat 05.00 radələrində erməni yaraqlıları Cəmilli və Qacar kəndini atəşə
tutmuşlar. Cəmilli kəndini tamamilə yandırmışlar
2
.
1992.04.25.
Hadrut rayonu istiqamətindən Füzuli şəhərinin toplardan atəşə tutulması
nəticəsində iki ev yanmışdır. Bundan əlavə həmin gün Ağdam rayonunun Şotlanlı
kəndinin atəşə tutulması nəticəsində bir ev dağıdılmış, 3 nəfər kənd sakini isə
yaralanmışdır
3
.
1992.04.29.
Şəhərin “Kristall” tipli raketlərdən atəşə tutulması nəticəsində 12 ev, bir
gün sonra şəhərin yenidən atəşə tutulması nəticəsində isə daha 3 ev dağıdılmışdır
4
.
1992.05.05.
Hadrut rayonunun Tuğ və Qarvin kəndləri istiqamətindən ermənilərin
atəşə başlamaları nəticəsində rayonun Gövşadlı kəndinə düşmüş mərmilər 2
nəfərin qətlə yetirilməsi, 8 nəfərin isə yaralanmasına səbəb olmuşdur. 07.05.1992
tarixində rayonun Cuvarlı kəndinin atəşə tutulması nəticəsində isə 4 nəfər qətlə
yetirilmiş, 3 nəfər isə yaralanmışdır.
1992.06.25.
Yuxarı Dilağarda və Cuvarlı kəndləri erməni yaraqlıları tərəfindən atəşə
tutulmuşdur. Nəticədə 1 qadın həlak olmuş, 2 nəfər yaralanmışdır
5
.
1992.07.17.
Qaradağlı, Qacar, Aybasanlı, Xatınbulaq kəndləri “Qrad” qurğularından
atəşə tutulmuşdur. Füzuli şəhərində 4 ev dağıdılmışdır.
1992.10.08.
Gün ərzində ermənilərin şiddətli hücumları davam etmişdir. Ermənilər
xüsusən Üryandağ, Xaçın yüksəklikləri, Qacar, Gövşadlı kəndləri istiqamətində
1
ARMTN Arxivi, jurnal № 1 səh-28
2
ARMTN Arxivi, jurnal № 1səh-46
3
ARMTN Arxivi, jurnal № 1 səh-61
4
ARMTN Arxivi, jurnal № 3 səh-22
5
ARMTN Arxivi, jurnal № 3 səh-22
66
fəal olmuşlar. Nəticədə Milli Ordumuzun və dinc əhalinin arasında 30-a qədər
ölən, 100-ə qədər yaralanan vardır
1
.
1992.10.28.
Rayon mərkəzi şiddətli top atəşinə tutulmuşdur, şəhərdə bir ev dağıdılmış,
bir nəfər həlak olmuşdur.
1992.12.13.
Rayon mərkəzinin toplardan atəşə tutulması nəticəsində bir neçə
müəssisə, yaşayış binaları, o cümlədən PMK - 44 qəsəbəsinə ziyan dəymişdir.
1993.04.01.
Füzuli rayonunun Veysəlli kəndinə hücum edən erməni yaraqlıları evlərin
bir qismini dağıtmış, bir qismini isə yandırmışlar. Bundan əlavə kənddə 24 nəfər
ölmüş, 22 nəfər yaralanmışdır, ölənlərin 2-si uşaqdır.
1993.03.09.
Divanalılar kəndində 1 “KamAZ” markalı yük maşını və təcili yardım
maşını minaya düşmüş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər yaralanmışdır
2
.
1993.04.26.
Əsir düşmüş Azərbaycan vətəndaşı, Aşağı Veysəlli kənd sakini Babayev
Eldar Şahverdi oğlu geri qaytarılarkən qeyd etmişdir ki, ermənilərin Kəlbəcərin
işğalı zaman əsir götürdükləri 200-ə yaxın qadın və uşaq Xankəndi türməsində
saxlanılır, bundan əlavə 300-ə qədər kişi də Şuşada dözülməz şəraitdə saxlanılır
3
.
1993.06.17.
Edilli kəndinin atəşə tutulması nəticəsində 1 nəfər həlak olmuş, 1 nəfər isə
yaralanmışdır.
1993.07.02.
Erməni yaraqlıları rayonun Gorazlı, Günəşli, Qaradağlı kəndlərinə daxil
olaraq həmin yaşayış məntəqələrini talamış və yandırmışlar. Erməni yaraqlıları
həmçinin ələ keçirdikləri yüksəkliklərdən bütün gün ərzində mülki əhalinin
yaşadığı məntəqələri atəşə tutmuşlar, nəticədə 8 nəfər ölmüş, 2 nəfər isə
yaralanmışdır
4
.
1993.08.23
Erməni hərbi birləşmələri Azərbaycan Respublikasının Füzuli rayonunu
zəbt etmişlər. Nəticədə yüz əlli minə qədər həmvətənimiz zorla öz yerlərini tərk
etmək məcburiyyətində qalmışdır.
1993.08.27.
12 erməni tankı Aşağı Əbdürrəhmanlı kəndindən Şükürbəyli kəndinə
doğru atəş aça-aça hərəkət edir.
1993.10.22.
1
ARMTN Arxivi, jurnal № 1 səh-35
2
ARMTN Arxivi, jurnal № 8 səh-33
3
ARMTN Arxivi, jurnal № 9 səh-9
4
ARMTN Arxivi, jurnal № 11 səh-37
67
Böyük Mərcanlı kəndinin ermənilər tərəfindən “Qrad” qurğularından atəşə
tutulması nəticəsində 1 ev yanmış, 2 nəfər həlak olmuş, 7 nəfər yaralanmışdır
1
.
1993.10.24
Erməni terror və quldur birləşmələri Horadiz qəsəbəsini işğal etmişlər.
1993.12.24
Dekabrın 24-də Əhmədbəyli və Bala Bəhmənli kəndlərinin erməni
yaraqlıları tərəfindən “Qrad” atəşinə tutulması nəticəsində 2 ev yanmışdır.
1994.01.05.
Azərbaycan Respublikasının hərbi qüvvələri tərəfindən azad edilmiş
ərazilərdə güllələnmiş azərbaycanlı əsirlərə rast gəlinmişdir.
1994.03.21.
Milli Ordumuzun əsgərilərilə yaxınlarının görüşü zaman həmin əraziyə
mərmi atılması nəticəsində 3 nəfər həlak olmuşdur.
1994.04.18.
Erməni yaraqlılarının Böyük Bəhmənli kəndini raket atəşinə tutması
nəticəsində 4 ev dağıdılmış, 3 nəfər mülki şəxs yaralanmışdır
2
.
1994.10.20
Əldə olunmuş məlumatlara görə, erməni quldurları rayonun işğal altında
saxladıqları yaşayış məntəqələrində kütləvi şəkildə soyğunçuluq, talançılıq və
yanğın əməlləri ilə məşğuldurlar.
Cəbrayıl
1992.06.28.
Cəbrayıl rayon mərkəzi ermənilər tərəfindən ağır toplardan və “Qrad” tipli
raketlərdən atəşə tutulub. Nəticədə 6 nəfər həlak olub. Rayonda çoxlu dağıntılar
vardır.
1992.06.29.
Şəhərə 8 ədəd “Qrad” tipli mərmi düşüb. 16 nəfər yaralanmış, 3 ev
dağıdılmışdır.
1992.07.01.
Şəhər mərkəzi Sur və Şaqax istiqamətlərindən atəşə tutulmuşdur. 1 nəfər
həlak olmuş, 3-4 ev isə dağıdılmışdır.
1993.07.02.
Rayonun Qışlaq, Süleymanlı, Qaracallı kəndləri artilleriya qurğularından
atəşə tutulmuşdur. Nəticədə 5 nəfər həlak olmuş, 10 nəfər isə yaralanmışdır.
3
1992.07.03.
Rayonun mərkəzi Süleymanlı və Qışlaq kəndləri istiqamətindən atəşə
tutulmuşdur. 5 nəfər həlak olmuş, 10 nəfər isə yaralanmışdır.
1
ARMTN Arxivi, jurnal №14 səh-11
2
ARMTN Arxivi, jurnal № 14 səh-31
3
ARMTN Arxivi, jurnal № 11 səh-36
68
1993.07.03.
Səhər saatlarından başlayaraq rayonun mərkəzi “Qrad” qurğularından
şiddətli şəkildə atəşə tutulmuşdur. 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmış, uşaq
bağçası və bir neçə şəxsi ev yanmışdır.
1
1993.08.18.
Ermənilər tərəfindən bütün istiqamətlərdən, malik olduqları hər növ silah
və insan ehtiyatlarından istifadə olunmaqla hücum başlamışdır. Daşkəsən kəndi
yandırılmışdır. Girov götürülən, ölənlər və yaralananlar vardır.
1993.08.25
Erməni quldur dəstələri Azərbaycan Respublikasının Cəbrayıl rayonunu
işğal etmişlər və altmış minə qədər azərbaycanlı zor gücünə daimi yaşayış
yerlərindən qovulmuşdur.
1993.08.26.
Şullu, Köhnə Şullu, Dağtumas kəndləri ermənilər tərəfindən atəşə
tutulmuş, kəndlərin maddi əmlakına ciddi ziyan dəymişdir.
1993.08.30.
Ayın 23-dən 28-nə qədər ermənilər tərəfindən aşağıdakı şəxslər girov
götürülmüşdür:
1.
Rüstəmov Üzeyir Əşrəf oğlu
2.
Mehdiyev İlqar Ərşad oğlu
3.
Şükürov Şükür Yaşar oğlu
4.
Verdiyev Cəlal Sultan oğlu
5.
Məmmədov Azər Zabit oğlu
6.
Məhərrəmov Nazim Cəmşid oğlu
7.
Şirəliyev Yusif Oruc oğlu
1992.08.31.
Saat 19-dan başlayaraq rayon mərkəzi, Daşkəsən və Süleymanlı kəndləri
top atəşinə tutulub. Daşkəsən kəndində ölən və yaralananlar var.
1993.09.02.
Ermənistan Silahlı Qüvvələri Bakı-Culfa şose yolunun kənarında yerləşən
Sarıcallı və Gavdad kəndlərinə hücum etmişlər. İlkin məlumata görə, 10 nəfər
həlak olmuş, 50 nəfər yaralanmışdır. Ermənilər mülki əhaliyə qarşı kimyəvi silah
işlətmişlər.
Tərtər
1993.07.12.
Erməni yaraqlıları minomyot mərmiləri vasitəsilə rayon mərkəzini atəşə
tutmuşlar, nəticədə 2 nəfər həlak olmuşdur.
1993.12.24.
1
ARMTN Arxivi, jurnal № 7 səh-38
69
Dekabrın 24-də gün ərzində bir neçə dəfə Tərtər şəhəri erməni yaraqlıları
tərəfindən mərmi atəşinə məruz qalmışdır. Nəticədə 1 nəfər azyaşlı uşaq olmaqla 2
nəfər həlak olmuş, 12 nəfər yaralanmışdır.
1994.04.14.
Erməni yaraqlılarının şəhər mərkəzini artilleriya atəşinə tutması
nəticəsində 4 uşaq yaralanmışdır. 13 aprel tarixində ermənilər tərəfindən rayon
ərazisinə 7 mərmi atılmış, 4 nəfər yaralanmış, dağıntılar olmuşdur.
1
1994.04.22.
Şəhərin mərkəzi mərmi atəşinə tutulmuş, 2 qadın və 1 uşaq
yaralanmışdır
2
.
Ağdərə
1992.03.12.
Erməni yaraqlıları Ağdərə rayonun Daş Güneypəyə, Sırxavənd,
Xatınbəyli və Malıbəyli kəndləri istiqamətində intensiv hücuma keçmişlər. 17
nəfər həlak olmuş, 20 nəfər yaralanmış, 3 nəfər itkin düşmüşdür. Nəticədə
Azərbaycanın Qaragilə, Bəşirli, Xatınbəyli, Orta Güneypəyə kəndlərinin sakinləri
yaşayış yerlərini tərk etməyə məcbur olmuşlar. Bu kəndlərdə 7000 həmvətənimiz
yaşayırdı.
1992.04.14.
Ağdərə rayonunun Yeni Qaralar kəndi həmin rayonun Sırxavənd yaşayış
məntəqəsində möhkəmlənmiş eməni yaraqlılarının daimi hücumlarına məruz qalır.
Axşam saat 10.00 radələrində ermənilərin girov saxladıqları azərbaycanlı qızları və
qadınlarının danışdırılmaları ratsiya vasitəsilə izlənilmişdir.
1992.05.12.
Ağdərə rayonun Mərgüşəvan kəndi istiqamətindən atəş nəticəsində və
RDİŞ-nə, həmçinin Bərdə istiqamətində atılan “Kristall” tipli raketlər nəticəsində
2 ev dağıdılmış, 6 nəfər isə həlak olmuşdur
3
.Ermənilər tərəfindən “Qrad”
qurğularından 3-4 mərmi atılmış, 1 ev dağıdılmış, 1 nəfər yaralanmışdır.
1992.06.11.
11.06.1992-ci il tarixdə Ağdərə rayonunun Vanklu kəndi ərazisindən
Nariştar kəndinin atəşə tutulması nəticəsində 1 nəfər həlak, 1nəfər isə
yaralanmışdır. İyunun 16-da ermənilərin Vardenis rayonu istiqamətindən Kəlbəcər
rayonunun Söyüdlü kəndinə hücuma keçməsi nəticəsində 2 nəfər özünümüdafiə
qüvvələrinin əsgəri həlak olmuşdur
4
.
Dostları ilə paylaş: |