QEYD: Kitabda ayrı-ayrı erməni terrorçuları haqqında əksini tapmış
müəyyənedici məlumatlar (yaşı, ünvanı və s.) bilavasitə hərbi əməliyyatların
cərəyan etdiyi dövrə aiddir.
Azərbaycanlılara işgəncələrin verilməsində xüsusi qəddarlıq nümayiş
etdirən Ağayan Elmira erməni ordusu adlanan quldur birləşmələrinin şəxsi heyəti
arasında böyük nüfuza malik olmuşdur. Ağayan Elmira Ağdam və ya Bərdə
12
rayonunda anadan olub, Azərbaycan dilini təmiz bilir. 1989-cu ilədək Bərdədə
işləyib, ali təhsillidir, subaydır.
E.Ağayana bədnam xidmətlərinə görə, qondarma “Dağlıq Qarabağ
Respublikasının” rəhbərliyi tərəfindən nömrə nişanı olmayan, iki qapılı “Toyota”
markalı şəxsi avtomaşın hədiyyə edilmişdir. Onun xidməti istifadəsində həmçinin
08-01 NKR hərbi nömrə nişanı olan qırmızı rəngli “Niva” markalı maşını var.
Podpolkovnik Abramyan Sergey 31.03.1957-ci il tarixdə Gürcüstan
Respublikasının Çxaltubo rayonunda anadan olmuşdur. Ermənistan tərəfdən
Avropada adi silahlara məhdudiyyət üzrə hərbi inspektor vəzifəsində çalışır.
Xidməti vəsiqəsi AD seriyalı, 0001376 nömrəlidir. Avropada adi silahlara
məhdudiyyət üzrə müqavilə iştirakçıları olan ölkələrin inspeksiya qrupları
tərkibində qonaq inspektor kimi digər iştirakçı dövlətlərin adi silahlarını təftiş
etmək üçün xarici ölkələrə səfərlər edə bilər. Sözügedən müqavilənin şərtlərinə
görə, inspektorlar diplomatik toxunulmazlığa malik olduqları üçün S.Abramyanın
diplomatik pasportu olması mümkündür.
Babayan Karen Andronikoviç Xankəndi şəhərinin meri vəzifəsində
işləyən zaman vəzifəsindən sui-istifadə və qanunsuz odlu silah saxlamaqda təqsirli
bilinərək, 2000-ci ildə 5 il həbs cəzasına məhkum edilmiş, 20 dekabr 2001-ci il
tarixdə isə həbs cəzası 4 il şərti cəza ilə əvəzlənmişdir.
K.Babayanın qardaşı, qondarma “DQR”ın keçmiş müdafiə naziri Samvel
Babayan separatçı-terrorçu rejimin lideri A. Qukasyana sui-qəsddə təqsirli
bilinərək 26 fevral 2000-ci il tarixdə 14 il müddətinə azadlıqdan məhrum
edilmişdir.
Kapitan Marqaryan Sveta 556-cı əlahiddə motoatıcı alay komandirinin
tərbiyəvi işlər üzrə müavinidir.
Ermənilərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda
azərbaycanlılara qarşı törətdikləri cinayətlər, vandalizm aktları barəsində
məlumatların toplanılması istiqamətində keçirilən tədbirlər zamanı aşağıdakı
cinayət hadisələri haqqında məlumatlar alınmışdır:
1991-ci il sentyabrın 8-də saat 15-30 radələrində, Xocavənd rayonu Gişi
kənd ferması ərazisində Qaradağlı kənd sakinlərini aparan avtobus erməni
quldurları tərəfindən avtomat silahlarla atəşə tutulmuş, nəticədə kənd sakinləri
Hüseynova Rəhilə Şahmar qızı, Hüseynova Rəxşəndə Bayram qızı, Quliyev
Əlioğlan Əliaslan oğlu, Hüseynova Qənirə Həmid qızı və Quliyeva Nazənin Rəşid
qızı qətlə yetirilmiş və aşağıda göstərilən 32 nəfər Xocavənd rayonunun Qaradağlı
kənd və 2 nəfər Ağdam rayon sakinləri yaralanmışlar:
1.
Hüseynova Huma Bakir qızı;
2.
Quliyev Gündüz Əlihama oğlu;
3.
Bayramov Rəşid Həşim oğlu;
4.
Hüseynov Ənvər Məriş oğlu;
5.
Əliyev Zulu Məhəmməd oğlu;
13
6.
Hüseynov Zülfüqar Həmzə oğlu;
7.
Bayramov Afərim Əlihüseyn oğlu;
8.
Bayramov Elmidar Rəşid oğlu;
9.
Şirinova Minarə Cəfər qızı;
10.
Hüseynov Firuz Mahmud oğlu;
11.
Babayeva Validə Məmməd qızı;
12.
Süleymanova Göyçək Məmməd qızı;
13.
Quliyev Əliağa Baloğlan oğlu;
14.
Hüseynova Nisə Hüseyn qızı;
15.
Hüseynova Durna Cəlil qızı;
16.
Əliyev Əbülfət Hilal oğlu;
17.
Abbasov Vidadi Aydın oğlu;
18.
Əliyev Təyyar Əmirxan oğlu;
19.
Şirinov Böyükkişi Lələ oğlu;
20.
Məmmədov Ədalət Şahmar oğlu;
21.
Bayramov Sahil Sultan oğlu;
22.
Hüseynova Ruzigar Nurəddin qızı;
23.
Əzizov İltifat Elmar oğlu;
24.
Hüseynov Almazxan Arazxan oğlu;
25.
Məmmədov Təvəkkül Nurəddin oğlu;
26.
Hüseynov Bəkir Həmzə oğlu;
27.
Hüseynov Həbib Həmzə oğlu;
28.
Hüseynov Əvəz Mahmud oğlu;
29.
Məmmədov Rizvan Tofiq oğlu;
30.
Məmmədov Samir Rizvan oğlu;
31.
Hüseynov Niftəli Bakir oğlu;
32.
Hacıyev Akif - polis əməkdaşı;
33.
Hüseynov Seymur Ağdam;
34.
Cəfərov Elmidar - Ağdam
Cinayət faktı ilə əlaqədar 1991-ci il sentyabrın 10-da Şuşa şəhərində
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 4-cü və
6-cı bəndləri üzrə 33602 saylı cinayət işıqlandırılmışdır.
1949-cu il təvəllüdlü, həmin dövrdə N.Nərimanov adına kolxozda
iqtisadçı işləmiş Bayramov Məhəmməd Rəşid oğlu izahatında aşağıdakıları
göstərmişdir:
1991-ci il sentyabrın 8-də digər kənd sakinləri ilə birlikdə Hüseynov
Zülfüqar Həmzə oğlunun idarə etdiyi “UAZ-420217” markalı, 02-51 AQX dövlət
nömrə nişanlı avtobusla Ağdam rayonundan Qaradağlı kəndinə gələrkən Gişi kəndi
ərazisində müxtəlif istiqamətlərdən avtomat silahları ilə atəşə tutulmuşlar. Bir neçə
dəqiqə sonra həmin əraziyə “UAZ” markalı, onun arxasınca isə ağ rəngli,
“Moskviç-412” markalı dövlət nömrə nişanı olmayan maşınlar gəlmişdir.
14
Maşınlar dayandıqdan sonra, “UAZ” maşınına minən Xocavənd rayon
sakini Xaçaturyan Valodu, Gişi kəndindən olan Arustamyan Armonu, Ağ kənddən
olan Mersik adlı oğlanı, Xocavənd Qaz İdarəsində işləyən Yeremyan Saronu, eləcə
də Dövlət Avtomobil Müfəttişliyində işləyən polis əməkdaşı Çalyan Saşanı
tanımışdır. Onların hər birinin əlində avtomat silahı olmuşdur.
Eyni zamanda məlum olmuşdur ki, 1991-ci il sentyabrın 8-də Xocavənd
rayonuna ezam olunmuş polis əməkdaşları, Quliyev Vaqif Nuru oğlu, Şirinov
İxtiyar Narkom oğlu və Mehdiyev Murad Mehdi oğlu “UAZ-469” markalı maşınla
kənd istiqamətində hərəkət edərkən Xocavənd yaxınlığında atəşə tutulmuş və
nəticədə yaralanmışlar.
Faktla əlaqədar 1991-ci il sentyabrın 8-də Xocavənd rayon Prokurorluğu
tərəfindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15 və 95-ci
maddələri ilə 63413 saylı cinayət işi qaldırılmış və hadisənin eyni tarixdə və
ərazidə baş verməsi ilə əlaqədar materiallar 33062 saylı cinayət işinə əlavə
edilmişdir.
İş üzrə aparılmış istintaq tədbirləri zamanı hadisəni törətmiş Xocavənd
rayon sakini Xaçaturyan Valodun, Gişi kəndindən olan Arustamyan Armonun,
Ağkənddən olan Mersikin Xocavənd Qaz İdarəsində işləyən Yeremyan Saronun,
eləcə də Dövlət Avtomobil Müfəttişliyində işləyən polis əməkdaşı Çalyan Saşanın
cinayətin törədilməsində əməllərinin tam sübuta yetirilməsi Dağlıq Qarabağ
regionundakı dövlət strukturlarının Azərbaycan Respublikasının hakimiyyət
orqanlarına tabe olmamaları ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi
mümkün olmadığına görə, cinayət işi 1992-ci il yanvarın 9-da dayandırılmışdır.
Göstərilənləri nəzərə alaraq, MTN tərəfindən aparılan təhqiqat işi zamanı
erməni quldurları barəsində tam müəyyənedici məlumat əldə edildiyi təqdirdə
onlar haqqında qanuna müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
Azərbaycan Respublikası Beyləqan rayonu Örənqala kənd sakini, Şuşa
həbsxanasında əsir saxlanılmış Camalov Fədai İsmayil oğlu ərizəsində
göstərmişdir ki, 1993-cü il sentyabrın 23-dən 1996-cı il oktyabrın 5-dək Xankəndi
uşaq xəstəxanasında, sonra isə Şuşa həbsxanasında saxlanılarkən, baş leytenant
rütbəsində olan Qor adlı erməni zabiti Ağdam rayon sakini təxminən 50 yaşında
olan İldırım ədlı şəxsi və Beyləqan rayonu İkinci Aşıqlı kənd sakini Qurbanov
İlqarı dəyənək ilə döyərək qətlə yetirmişdir. Sonra Şuşa həbsxanasında nəzarətçi
işləyən Slavik adlı erməni əsir və girovlara, o cümlədən F.Camalova müxtəlif
işgəncələr vermiş, Füzuli rayon sakinləri İlham və Mirzəli kişini döyərək qətlə
yetirmişlər.
Beyləqan rayonu Dünyamalılar kənd sakini Sarıyev Əli Zöhrab oğlu
ərizəsində göstərmişdir ki, 1993-cü il oktyabrın 31-dən 1995-ci il iyunun 8-dək
Xankəndidə və Şuşa həbsxanasında girovluqda saxlanıldığı müddətdə erməni
quldurlarının törətdikləri vəhşilikləri və cinayət əməllərinin bir çoxunun şahidi
15
olmuşdur. Belə ki, Ə.Sarıyevin məlumatına görə, o, 1994-cü ildə Şuşa
həbsxanasında saxlanılarkən, əvvələr yanğından mühafizə xidmətində, həmin
dövrdə isə Xankəndi şəhərinin hərbi komendantı vəzifəsində işləmiş polkovnik
rütbəli, Samvel Babayanın əlaltısı olan Aşot adlı erməninin əmri ilə Bakı
şəhərindən olan Rauf adlı şəxsə alçaldıcı işgəncə verilmişdir. Belə ki, Raufun bir
gün sonra dəyişdiriləcəyindən xəbər tutan Aşot digər saxlanılmış əsir və girovların
gözü qarşısında əlindəki dəyənəyi onun arxasına soxmağı əmr etmiş və
tabeçiliyindəki erməni əsgəri bunu icra etmişdir. Huşsuz vəziyyətdə olan Rauf
ertəsi gün dəyişdirilərək Bakı şəhərinə göndərilmişdir. Sonradan bu səbəbdən
Raufun bağırsaqlarından on santimetr kəsilərək götürülmüşdür.
Ə.Sarıyev əlavə olaraq F.İ.Camalovun verdiyi məlumatı təsdiqləyərək
Şuşa türməsində baş leytenant Qor və Slavik adlı erməni hərbçiləri tərəfindən
İ.Qurbanov, İldırım, İlham və Mirzəli adlı şəxslərin döyülərək qətlə yetirilmələrini
qeyd etmişdir.
Beyləqan rayonunun Dünyamalılar kəndində məskunlaşmış, Xocavənd
rayonu Qaradağlı kənd sakini Əliyev İlqar Qasım oğlu ərizəsində göstərmişdir ki,
1992-ci il fevralın 17-də erməni quldurları Xocavənd rayonu Qaradağlı kəndinə
hücum edərək 117 nəfər mülki şəxsi girov götürmüş, Xankəndinə apararkən
“Bəylik bağı” deyilən ərazidə onlardan 36 nəfərini güllələmişlər. Əsasən
Sudandan, Suriyadan və Livandan olan erməni muzdluları sağ qalan digər
azərbaycanlılara məxsus qızıl əşyalarını və pullarını götürdükdən sonra onlara
işgəncələr vermişlər. (Erməni quldurlarının törətdikləri bu cinayətin təfərrüatları
barədə daha ətraflı bəhs ediləcək).
Xocavənd rayonu Tuğ kənd sakinləri, hazırda İmişli və Beləqan
şəhərlərində müvəqqəti məskunlaşmış, 1967-ci il təvəllüdlü Süleymanov Azər
Fərrux oğlu və 1957-ci il təvəllüdlü Göyüşov Ramiz Sərdar oğlunun yazdıqları
ərazilərin təhlili zamanı məlum olmuşdur ki, 1988-ci ildən başlayaraq ermənilər
kəndə mütəmadi hücumlar etmiş, sakinləri vahimə içərisində saxlamışlar. Onlara
qarşı amansız mübarizə aparmış məktəbli Teyyub Süleymanov Tuğ kənd orta
məktəbinin həyatındə sovet hərbiçilərinin gözü qarşısında erməni quldurları
tərəfindən soyuq silahla qətlə yetirilmiş ilk şəhid olmuşdur.
Eyni zamnda ərzilərdən məlum olmuşdur ki, 1990-cı il mayın 1-də
məktəbli Vəliyev Ələmşad Eldar oğlu və onun əmisi oğlu Vəliyev İslam
Allahverdi oğlu “UAZ” markal maşınla Füzulidən Tuğ kəndinə qayıdarkən erməni
terrorçularının kənd şose yolunda, içərisində partlayıcı qurğu yerləşdirilmiş dərman
sandıqçası qoymaları il əlaqədar partlayış baş vermiş və hər iki şəxs həlak
olmuşdur.
1991-ci il avqustun 23-də kənd sakinləri Hüseynov Oqtay Dərgah oğlu və
Yusubov Amil Əvəz oğlu Quruçay adlanan ərazidə “Jiquli” markalı şəxsi
avtomobil yuyarkən erməni quldurları tərəfidən vəhşicəsinə qətlə yetirilmiş və
onların meyitləri balta və bıçaqla doğranmışdır.
16
1991-ci il oktyabr ayında Tuğ kənd sakini İsmayılov Mirzəli öz evində
erməni quldurları tərəfindən qətlə yetirilmişdir.
1991-ci il sentyabrın 7-də Tuğ kənd sakinləri Məmmədov İbiş Pəsi oğlu
və Nəcəfov Vahid Hüsən oğlu bostanda işləyərkən erməni quldurları tərəfindən
odlu silahla qətlə yetirilmiş, onların meyitləri tanınmaz hala salınmışdır.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Aşağı
Veysəlli kəndinə hücum edərkən erməni quldurları orada yerləşmiş Tuğ kəndinə
məxsus fermadan mal-qaranı qarət etmiş, fermada işləyən kənd sakini Tahirov
Cəfər Heydərqulu oğlunu vəhşicəsinə qətlə yetirmişlər.
Xocavənd rayonu Nuxullu kənd sakini, hazırda Beyləqan şəhərində
məskunlaşmış, 1957-ci il təvəllüdlü Vəliyev Kərəm Sədaqət oğlu yazdığı
ərizəsində göstərmişdir ki, erməni quldur dəstələri ilə əlbir olmuş rus hərbiçiləri
1989-cu ildə Xocavənd rayonu Nuxullu kənd sakini Əhəd Quliyevin evini
yandırmışlar.
Eyni zamanda K.Vəliyev göstərmişdir ki, Xocavənd rayonu Nuxullu
kənd sakini məktəbli Namiq Hüseynov kənd orta məktəbinin qarısında erməni
quldurları tərəfindən ağır vəziyyətə düşənədək döyülmüşdür. Nəticədə o, başından
aldığı zərbədən əlil olmuşdur .
Xocavənd rayonu Qaradağlı kənd sakinləri, hazırda Beyləqan şəhərində
müvəqqəti məskunlaşmış, 1957-ci il təvəllüdlü Şirinov Ruslan Böyükişi oğlu və
1958-ci il təvəllüdlü Hüseynov Cavad Həmid oğlu yazdıqları ərizələrdə
göstərmişdilər ki, erməni quldur dəstələri 1990-cı il noyabrın 24-də Xocavənd
Xankəndi yolunun 6-cı kilometrliyində 3 nəfər azərbaycanlını odlu silahlarla qətlə
yetirmişlər. Onlardan biri - Qaradağlı kənd sakini Hüseynov Xandəmir Bəbir
oğlunun cəsədi güllələrlə xaç şəklinə salınmışdır. Bu cinayət hadisəsi Xacəvənd
rayonu Ağkənd və Qışı adlanan kəndlərin erməni sakinləri tərəfindən törədilmişdir.
1991-ci il iyulun 27-28-də saat 01.00-da erməni quldurları kəndindən 3
kilometr aralıda Vərəndəli adlanan yerdə yerləşən fermadakı çoban evinin
içərisində aşağıdakı 6 nəfəri diri-diri yandırmışlar.
1.
Tağıyev Bakir Qaçar oğlu
2.
Məmmədov Tohil Cəlil oğlu
3.
Şirinov İltifad Əjdər oğlu
4.
Şirinova Qaragöz Həbil qızı
5.
Hüseynova Məxmər Məcid qızı
6.
Hüseynova Səbiqə Mürsəl qızı
Şirinova Qaragöz Həbil qızı və Şirinov İltifad Əjdər oğlu ilə birlikdə
qucaqlaşmış vəziyyətdə faciəli surətdə yanmışlar. Həmin quldur dəstəsi bu
cinayəti törətdikdən sonra fermada saxlanılmış 100 başdan artıq iri buynuzlu
mal-qaranı da özləri ilə aparmışlar.
Keçirimliş əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş erməni
quldur dəstəsinə başçılıq etmiş Xocavənd rayonu Hasan kolxozunun sədri Emil
17
Babayan həbs olunmuş, sonradan bir neçə əsir və girov düşmüş şəxslərlə
dəyişdirilmişdir.
1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlı kəndinə 30 nəfər
azərbaycanlı aparan avtobus Xocavənd-Xankəndi şose yolunun 6-cı km-də
müxtəlif istiqamətlərdən odlu silahlardan atəşə tutulmuşdur. Baş vermiş hadisə
nəticəsində avtobusdakı sakinlərdən 8 nəfəri qətlə yetirilmişdir.
1.
Quliyev Əlioğlu Əliaslan oğlu
2.
Quliyev Gündüz Əlqəmə oğlu
3.
Quliyeva Zanənin Rəşid qızı
4.
Hüseynova Rəxşəndə
5.
Hüseynova Rəhilə Şahmar qızı
6.
Hüseynova Qəmirə Həmid qızı
7.
Hüseynova Gülzəndə Bakir qızı
8.
Babayeva Validə Həmid qızı
1992-cı ilin fevral Qaradağlı kəndini mühasirəyə almış erməni quldur
dəstələri aralarında qadınlar, yaşlılar, uşaqlar olmuş və 33 nəfər kənd sakinini girov
götürdükdən sonra onları güllələyərək silos quyusuna doldurmuşlar.
İki nəfər kənd sakini Hüseynov Şahmurad və Dadaşov Eldar ilə yolda
ermənilər tərəfindən döyülərək qətlə yetirilmişlər.
R.Şirinovun məlumatına görə, azərbaycanlılara qaşır cinayətlərin
törədilməsi üçün təbliğat və ideoloji iş aparan ermənilərdən biri də Xocavənd
rayonu Kəndkürd (ermənilər isə Kəndxord adlandırır) kəndindən olan Zori Balayan
olmuşdur.
1993-cü ildə ermənilər Füzuli rayonu Gorazilli kənd sakini Nuxiyeva
Fəridə Vaqif qızının kənddəki toy məclisinə hücum edərək onu, atası Nuxiyev
Vaqif Qutais oğlunu, anası Tamaşa qızı, uşaqları Mətanət, Arzu və 19 nəfər digər
kənd sakinlərini girov götürmüşlər. Ermənilər onları Hadrutda, Xankəndində, sonra
isə Şuşa türməsində saxlayaraq müxtəlif işgəncələr vermişlər.
Nəticədə işgəncələrə dözməyən Vaqif Nuxiyev vəfat etmişdir.
Göstərilmiş cinayət fakt ilə bağlı məlumata malik olan Füzuli rayonun
Gorazilli kənd icra nümayəndəsi Şirinov Mətləb Nadir oğlundan alınmış izahatda
göstərilmişdir ki, 1993-cü ilin iyul ayının 2-də erməni quldurları Gorazilli
kəndindən 20 nəfər azərbaycanlı girov götürmüşlər. Erməni quldurlar girov
götürdükləri kənd sakinlərinin Hadrut istiqamətinə apararkən onlardan birinə
Məmmədov Bəyəndik Qəhrəman oğluna işgəncə verərək qətlə yetirmişlər.
Girovluq dövründə Nuxiyev Vaqif Qutais oğlu ermənilərin əsirlərlə pis
rəftar etməsinə, qadınların namusuna toxunmalarına, girovlara işgəncələr
vermələrinə, xüsusən cavan-yeniyetmə oğlanların sifətlərinə siqareti yandırıb
basmalarına və s. digər əməllərinə dözməyərək özünə bir neçə dəfə qəsd etmək
istəmiş, lakin ermənilər bunu bildikdə onun qarşısını almışlar. Nəhayət bir gün əsir
və girovların sırasından çıxaraq erməni əsgərlərinin üstünə yeriyərək onlardan
18
birinə əli ilə zərbə endirmişdir. Bundan sonra erməni faşistləri ona müxtəlif
işgəncələr vermiş, əllərini, qollarını sındırmış və qətlə yetirmişlər.
M.Şirinov eyni zamanda izahatında göstərmişdir ki, erməni quldurları
əsir və girovlara həm də mənəvi əziyyətlər vermişlər. Belə ki, ermənilər əsir və
girovların eşitmələri üçün xüsusi səsgücləndiriciləri vasitəsilə ilə elan edirdilər ki,
Hadrutdan Əli-Bayramlıya gedən avtobusun çıxmasına 15 dəqiqə var.
Eyni zamnda erməni vəhşiliklərini canlı şahidi Xocavənd rayonu
Qaradağlı kənd sakini Tevon Tağıyevdən alınmış məlumata görə, erməni
quldurları 1989-cu ilin may-iyun aylarından başlayaraq Qaradağlı kəndinə silahlı
basqınlar etmişlər. Basqınlar əsasən Xocavənd rayonun Ağkənd, Heşən, Geşi,
Müşkabad (ermənilər tərəfindən bu kəndin adı təhrif olunaraq Muşkapat
adlandırılmışdır), Kəndkürd, Cəmiyyət və s. kəndlərindən olan erməni quldurları
tərəfindən törədilmişdir.
1989-cu ilin iyun ayında Heşən kəndinin kolxoz sədri Ebil Balayanın
Rəhbərliyi ilə bir qrup erməni quldurları - Muşkapat kəndindən kolxoz sərdi
Şahmurad da daxil olmaqla iki nəfər erməni Cəmiyyət kəndindən iki nəfər erməni,
Kəndkürddən dörd nəfər erməni, həmçinin Xocavənd Dövlət Avtomobil
Müffətişliyində işləyən Artur adlı milis əməkdaşını, Vərəndəli fermasında çalışan
Şirinov İltifat Əjdər oğlunu, Şirinova Qaragöz Həbib qızını, Axundova Məxmər
Məcid qızını, Hüseynova Səbiqə Mürsəl qızını, Tağıyev Bakir Qaçay oğlunu və
Məmmədov Tahir Cəlil oğlunu yandırmışlar.
Hüquq-mühafizə orqanları və Azərbaycan dövlət televiziyasının
əməkdaşları ertəsi gün hadisə yerinə getmişlər. Hadisədən sonra azərbaycanlı polis
əməkdaşları E.Balayan və digər erməniləri tutaraq Şuşa şəhərinə aparmış, oradan
isə Ebil, Artir və iki nəfər erməni Bakı şəhərinə göndərilmişdir.
1992-ci il fevral ayının 17-də erməni quldurları Xocavənd (keşmiş
Martuni) rayonunun Qaradağlı kəndinə soxularaq, yüz on yeddi nəfər
azərbaycanlını girov götürmüşlər. Həmin tarixdə erməni yaraqlıları kəndin
fermasında üç kişini və bir qadını yandırmışlar. Ermənilər əlli altı nəfər sakini
(onlardan 10-12 nəfəri uşaq) güllələyərək quyuya tökmüş və üstünü traktorla
torpaqlamışlar. Həmin vaxt ermənilər “KamAZ” maşını ilə kənd sakini Hüseynov
Şahmuradın üzərindən keçərək onu qətlə yetirmiş, Qaradağlı kənd orta məktəbində
çalışan Mobil müəllimin, 22-23 yaşlı Həsənov Altayın və Hüseynov Xanalının
üzərinə dizel yanacaqı tökərək diri-diri yandırmışlar.
Qaradağlı kəndinə basqın zamanı Telman Tağıyev adlı soydaşımız da
girov götürülən kənd sakinləri ilə birlikdə Xankəndi türməsinə aparılmışdır.
Xankəndiyə aparılarkən T.Tağıyev yolda papağının altına gizlətdiyi əl qumbarasını
çıxardaraq erməni quldurlarının üzərinə atmış və nəticədə onlardan bir neçəsi məhv
olmuşdur. Bundan sonra erməni quldurları T.Tağıyevi və digər kənd sakinlərini
güllələyərək onları yaxınlıqdakı silos quyusuna tökmüşlər.
19
Eyni zamanda alınmış məlumata görə, erməni quldurları girov
götürdükləri kənd sakinləri olan qadınları və yaşlıları bir maşına, cavanları isə
digər maşına mindirmişlər. Mənbənin tanışı Şirinov Familət Gəray oğlunun yaxın
qohumu Şirinov Şamxal Familət oğlunun ona etdiklərindən məlum olmuşdur ki,
yolda cavanlar olan maşını erməni vəhşiləri amansızcasına avtomat atəşinə
tutmuşlar. Həmin atəş nəticəsində onlarla adam qətlə yetirilmiş və həmin ərazilərdə
meyitlər maşında yerə tökdürülmüşdür.
Erməni quldurları qadınlar və yaşlılardan ibarət girovları Xankəndiyə
apararkən şəhərə beş km qalmış maşını saxlayıb azərbaycanlılara qarşı soyunmaq
əmrini vermişlər. Alt paltarında olan qadınlar və yaşlılar qışın sərt soyuğunda
ayaqyalın 5 km məsafəni Xankəndiyə piyada getmişlər. İki ay yaxında davan
edən girovluq həyatı dövründə Qaradağlı kənd sakinləri Quliyev Əliaslan Nəriman
oğlu, Quliyev Kamal Bəyləroğlu, Şirinov Böyükişi Lələ oğlu, Vəliyev Fazil Cavad
oğlu, Hüseynov Şura Hüseynalı oğlu, Nəzərova Şura İbad oğlu, Hüseynov İran
Əsəd oğlu, Tağıyev Kamil Sərdar oğlu erməni hərbiçilərinin amasız zümlərinə və
işgəncələrinə dözməyərək həbsxanada vəfat etmişlər. Ermənilər həbsxanada
Dostları ilə paylaş: |