etmişdir. Həmin görüşdə M.Petrosyan Vigenə “azərbaycanlılardan qorunmaq”
məqsədi ilə rayon sakinlərindən ibarət silahlı dəstə yaratmağı tapşırmış, Vigen isə
onun 100 nəfərdən ibarət odlu silahlarla təchiz olunmuş dəstəsi olduğunu
demişdir. Silahlar Yerevandan vertolyotla gətirildikdən sonra Vigen onları
şəxsən dəstə üzvləri ilə paylamışdır.
Bundan sonra A.Abramyan 1989-cu ildə Vigenin neçə dəfə Xankəndiyə
gəlməsinin və şəhər İcra Komitəsində, Barama Kombinatı Partiya Komitəsinin
27
katibi R.Köçəryanın xidməti otağında M.Petrosyanla görüşünün şahidi olduğunu
bildirmişdir.
Belə ki, Vigen şəhər İcraiyyə Komitəsinə daxil olarkən A.Abramyan M.
Petrosyanı aşağıda maşında gözləmişdir.
A.Abramyan bildirmişdir ki, Vigenin təxminən 38-40 yaşı olar, orta
boyludur, orta bədən quruluşuna malikdir. Saçları qaradır, bığ saxlayır, burnu
düzdür.
O, Xankəndi Daxili İşər İdarəsinin rəisi Kovalyov barəsində bildirmişdir
ki, M.Petrosyanla Vilayət İcraiyyə Komitəsinin qarısında dayanarkən Akop
Abramyan ona yaxınlaşmış və demişdir: “Akop, Armen və Samvel ilə birlikdə
Kovalyova avtomat silahı ilə atəş açmışıq, lakin öldürə bilməmişik”.
A.Abramyanın dediyinə görə, onun Madrikə hesabat verməsindən aydın olmuşdur
ki, bu işə də M.Petrosyan başçılıq etmişdir. Həmin şəxslərdə olan avtomat
silahlarını da onlara M.Petrosyan vermişdir.
A.Abramyanın ifadəsinə görə, Dağlıq Qarabağa bütün odlu silahlar
erməni milli ordusunun başçısı Vazgen Sarkisyan tərəfindən vertolyotla
göndərildi.
M.Petrosyanın rəhbərlik etdiyi quldur dəstəsinin digər üzvləri barəsində
də aşağıdakılar bildirilmişdir:
Sasun - Xankəndi şəhər sakini, Engels keçəsində yaşayır. Qara qıvrım
saçları, qara gözləri var. 22-23 yaşı olmuşdur. Azərbaycan Respublikasının
Xankəndi şəhər Polis əməkdaşının sahibidir.
1
Aşot Xankəndi şəhər sakinindir. Elgels küçəsində. Sasunla üzbəüz
binada yaşayır. Subaydır, “Zaporojets” markalı maşının sahibidir.
Şuşaya atılmış raket barədə ifadə verərək A.Abramyan bildirmişdir ki,
hadis\ə ilə əlaqədar Azərbaycan televizityasında məlumat verildikdən sonra
Xankəndi kolxoz Abramyanla bazarda rastlaşmışdır. Söhbət zamanı S.Babayan
A.Abramyaa demişdir ki, Şuşanı raketlə atəşə tutulması onun işidir.
Quldurlar və onların rəhbərlərinə pullarına haradan və kim tərəfindən
göndərilməsi sualına cavab olaraq A.Abramyan bildirmişdir ki, pullar Yerevandan
Levonlu Ter-Petrosyanın müavini Manukyan Vazgen tərəfindən vertolyotla
Xankəndi Barama Kombinatının Partiya Komitəsinin katibi Robert Köçəryana
göndərilirdi. O, eyni zamanda daş karxanasının müdiri Manuçarovun bir dəfə 150
min, daha sonra 50 min rubl pulu Robert Köçəryana verdiyini qeyd etmişdir.
A.Abramyanın ifadəsinə görə, o, Robert Muradikə dəfələrlə 5.000, 10.000, 30.000,
45.000, 50.000, 150.000, 200.000 məbləğində pul verməsinin dəfələrlə şahidi
olmuşdur. Çünki Yerevandan pul gələn gün Robert Köçəryan Muradikə və
Abramyana da “zəhmət haqqı” vermişdir.
1
AR MTN Arxiv sənədi
28
Eyni zamanda A.Abramyan bildirmişdir ki, general Safonovun qətlə
yetirilməsi göstərişini də Robert Köçəryan vermişdir.
1991-ci ilin qış ayları idi. A.Abramyan dostu Armenə məxsus “VAZ-
1209” markalı, 54-95 (Moskva şəhərinə məxsus) dövlət nömrə nişanlı maşınla
gedərkən Xankəndi şəhərinin Engels küçəsində təsadüfən Aşotla rastlaşmışdır.
Aşot onu Samvel Babayanın mənzilə aparmasını xahiş etmişdir. Evə yaxınlaşan
zaman S.Babayanın mənzilinin yanında idi ki, “UAZ-469” markalı birincisi X 78-
50 AQ dövlət nömrəli nişanlı, ikincisi isə Xankəndi Bankına məxsus 03-91 AQA
dövlət nişanlı maşınlar dayandığını görmüşdür. Maşınların yanında isə 20 nəfərə
yaxın cavan oğlan, o cümlədən Samvel Babayan dayanmışdır. S.Babayan
bildirmişdir ki, Martuni rayonunda azərbaycanlılar erməniləri atəşə tutumuş və
hətta Çartar kəndini işğal etmişlər. Bundan sonra onlar S.Babayanın təklifi ilə
həmin iki maşına yerləşərək hadisə yerinə getmişlər. Sonra onlar Xocavənd
rayonunun Mismına kəndində olmuşlar. Həmin kənddə S.Babayanın ata və baba
evi vardır. S.Babayanın göstərişi ilə 03-91 dövlət nömrə nişanlı maşının sürücüsü
Rafik yerli oğlanlarla harasa getmiş və 15 dəqiqədən sonra qayıtmışlar. S.Babayan
avtomatları, dəmir qutulardakı partonları, 4 ədəd pulemyotu, qumbaraatan silahı və
3 ədəd əl qumbaralarını Xankəndindən gələnlərə paylamışdır. Onlar Çartar
kəndinə getmiş və kənd sovetinin binasına daxil olan Samvel 10 dəqiqə sonra
qayıtmış və məlumatların yalan olduğunu bildirmişdir.
1991-ci il martın 11-də Çexoslovakiya istehsalı olan “Skorpion” avtomatı
ilə silahlanmış Akop Baqramyanla birlikdə DQMV-nin hərbi komendantı işləmiş
general-mayor V.N.Safonovu qətlə yetirmək məqsədilə vertolyotla Ağdərədən
Yerevan şəhərinə getmişlər. Yerevandan Rostov-Dona gedən zaman A.Abramyan
səfərdən imtina etmiş və Xankəndinə qayıtmışdır. Sonra o, mətbuatdan xəbər
tutmuşdur ki, Rostov-Don şəhərində Xankəndi sakinləri xarici ölkə istehsalı olan
avtomatla keçmiş SSRİ DİN-nin Daxili Qoşunlarının Şimali Qafqaz və
Zaqafqaziya üzrə idarəsinin rəis müavini polkovnik V.P.Blaxotini qətlə yetirmişlər.
A.Abramyanın sözlərinə görə, o, dərhal bilmişdir ki, bu A.Baqramyanın və onun
qrupunun işidir. Azərbaycan xalqına qarşı Dağlıq Qarabağ və həmçinin ölkənin
işğal olunmuş digər ərazilərində cinayətlər törətmiş erməni quldur dəstələri, onların
rəhbərləri və ideoloqlarının müəyyən edilərək barələrində beynəlxalq ictimaiyyət
qarşısında qanuna müvafiq tədbirlərin görülməsi məqsədi ilə daxil olmuş
materialların təhlili nəticəsində aşağıdakı məlumatlar əldə edilmişdir:
Füzuli rayonu Üçbulaq (Hoğa) kənd sakini, məcburi köçkün kimi Fizuli
rayonunun Bala Bəhmənli kəndində məskunlaşmış Zülfüqarov Xasay Şirin oğlu
ərizəsində göstərmişdir ki, 1988-ci ildən erməni quldur dəstələri Ermənistanda
yaşamış həmvətənlərimizə və Dağlıq Qarabağda azərbaycanlılara qarşı soyqırımı
törətmişlər. 1992-ci ilin mart ayının 31-də gecə erməni quldurları kəndə hücum
etmiş, əhalini qətlə yetirmiş, evləri talan edib yandırmış, mal-qaranı aparmışlar.
29
1998-ci ildən başlayaraq, ermənilər yaşayan qonşu Düdükçü kəndində
toplaşmış erməni quldur dəstələri mütəmadi olaraq azərbaycanlılara hücum
etmişlər
1
. Həmin dövrdə kənd sakini Abbasov Hüseyn şəxsi mal-qarasını ərazidə
otararkən erməni quldurları tərəfindən ölümcül vəziyyətə salınmışdır. Əhali
arasında gəzən söhbətlərə görə, erməni quldurlarının başçısı Ermənistandan gəlmiş
Manvel adlı erməni olmuşdur.
Ermənilərin mərkəzi qərargahı həmin dövrdə Hoğa kəndinin yuxarı
hissəsində meşəlikdə Ballı bulağın yaxınlığında yerləşmişdir. Hoğa kəndində
yaşayan Melkumyan Nikolay Markarayeviç də həmin dəstənin üzvü idi.
- 1962-ci il təvəllüdlü, Füzuli rayonu Bala Bəhmənli kənd sakini, erməni
girovluğunda olmuş Tağıyev Yaqub Oruc oğlu yazdığı ərizəsində göstərmişdir ki,
1993-cu ilin avqust ayından 1995-ci ilin dekabr ayınadək erməni girovluğunda
olmuşdur. O, Hadrut və Xocavənd rayonlarında, Şuşa həbsxanasında və
Xankəndidə saxlanılmışdır. Saxlanıldığı göstərilən şəxs Azərbaycanın yaşayış
məntəqələrində ermənilərin əsir və girovlara qarşı son dərəcə amansız rəftarının
şahidi olmuşdur. Y.Tağıyev dəfələrlə onun gözünün qarşısında azərbaycanlıların
döyüldüyünün, işgəncələrə məruz qaldıqlarının və güllələndiklərinin şahidi
olmuşdur. Belə ki, Füzuli rayonunun Şıxlı kənd sakinləri Müşfiqi, Rafiqi, Qədiri,
Ağdaş rayonundan İlqarı, qubalı Laçını və onu ermənilər döyərək dözülməz hala
salmışlar. Ermənilər bıçaqla onların bədənlərini deşir, siqaret kötüyü ilə yandırır,
zopa ilə döyürdülər. Sonra onlar Laçının bədəninə 3 avtomat xəzinəsini boşaldaraq
(atəş açaraq) qətlə yetirmiş, sonra isə onun meyitini tualetə tullamışlar.
Ermənilər sonra girovluqda saxlanılmış Füzuli rayonu Horadiz kənd
sakini Cahangir adlı yaşlı kişini döyərək qətlə yetirmişlər. Ermənilər Füzuli
rayonu Dədəli kənd sakini Ənvər adlı yaşlı kişinin qulaqlarını avtomat gülləsi ilə
kəsdikdən sonra, qollarını sındırmışlar. İşgəncələrə dözməyən Ənvər vəfat
etmişdir. Fizuli rayon sakini Fərman adlı şəxsi ermənilər avtomat qundağı və bel
ilə döyərək qətlə yetirmişlər.
Bu vəhşilikləri törətmiş erməni quldurları - Alyoşa, Artur, Lyova və Gorgi
olmuşdur.
- 1958-ci ildə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olmuş,
azərbaycanlı, erməni girovluğunda saxlanılmış Suleymanov Qarahəsən Abdulla
oğlu izahatında göstərmişdir ki, 1993-cü ilin oktyabr ayında yeznəsi Məmmədov
Mehman Şura oğlu şəxsi “Moskviç” markalı maşınında ilə birlikdə Bakı şəhərinə
gedərkən Füzuli rayonunun Yağlıvənd kəndi ərazisində ermənilər tərəfindən girov
götürülmüşlər.
Girovluq dövründə o, ermənilər tərəfindən azərbaycanlılara qarşı
aşağıdakı vəhşiliklərin şahidi olmuşdur:
1
ARMTN Arxiv sənədi
30
- Belə ki, o, yeznəsi Məmmədov Mehman Şura oğlunun zopa ilə,
avtomatın qundağı ilə, dəyənəklə, dəmirlə ermənilər tərəfindən döyüldüyünün
şahidi olmuşdur. Döyülməkdən və işgəncələrdən Mehmanın daxiü orqanları
sıradan çıxmış görə və o, vəfat etmişdir.
-
Əslən Bakı şəhərindən olan Adil adlı şəxsə qarşı ermənilər tərəfindən
son dərəcə ağır işgəncələr verilmişdir. O, bunlara dözməyərək özünü elektrik
cərəyanına toxunduraraq həlak olmuşdur.
-
Həmkəndlisi Həsənov İlham Umud oğlu ermənilərin amansız
işgəncələrinə məruz qalması ilə əlaqədar bunlara dözməyərək vəfat etdi
1
.
-
Ermənilərin girovluqda saxlanılmış şəxslərin üstünə quduz itləri
buraxaraq onları yedirtmələrinin şahidi olmuş, özünün döyülməkdən daxili
orqanları sıradan çıxmışdır.
-
Füzuli rayonu Üçbulaq kənd sakini Əkbərov Ənvər yazdığı izahatında
göstərmişdir ki, 1988-ci ildən başlayaraq erməni quldurları mütəmadi olaraq
onların yaşadıqları kəndlərə silahlı basqınlar etmiş, mal-qaranı oğurlamışlar.
1988-ci ildən başlayaraq Dağlıq Qarabağ ərazisində Hoğa kənd sakini,
milliyyətcə erməni olan, orta məktəbdə riyaziyyat müəllimi işləyən Melkumyan
Nikolay Markar oğlunun rəhbərlik etdiyi erməni cəmiyyəti fəallıq göstərmişdir.
Həmin cəmiyyət əzəli Azərbaycan torpağı olan Qarabağın Ermənistana
birləşdirilməsi üçün geniş təbliğat və digər pozuculuq fəaliyyətləri ilə məşğul
olmuşdur. Bundan başqa Tuğ kənd sakini, məktəb partiya təşkilatının katibi
Qriqoryan Vigen, sovxoz direktorunun müavini işləmiş Yoqa, Tuğ kəndi üzrə sahə
müvəkkili, polis baş leytenantı olmuş Ediq və başqaları Qarabağın Azərbaycandan
qoparılması istiqamətində fəaliyyət göstərmişlər.
1991-ci ilin sentyabr ayında özü də daxil olmaqla 5 nəfər kənd sakini -
Hacıyev Rafiq Ədil oğlu, Hüseynov Nizami Adışirin oğlu, Hüseynov Zülfüqar
Adışirin oğlu və Qəhrəmanov Əhliman Qəhrəman oğlu rus hərbçilərinə bələdçilik
edərək ətraf erməni kəndlərində pasport rejimini yoxlamışlar. Onlar Hadrut
rayonunun Gilədiz, Məmmədəzor, Tuğ, Azıx, Draktik, Hatant, Əhəngli və Sussalıq
kəndinə və rayonun ən hündür meşəlik ərazisində yerləşən Qalaya getməyi
planlaşdırmışlar.
Onun bələdçilik etdiyi dəstə Hatant kəndini yoxlayarkən zaman kəndin
kənarında yerləşən quşçuluq fermasından 90 dəst hərbi geyim aşkar edib
götürmüşdür. Hərbi geyimin papağı və onun üzərində eynəyi var idi. Rus
hərbçilərindən ibarət digər dəstələr Çirəgüz kənd sakini, silah düzəldən Melik
müəllimin evindən odlu silah, Draktik kəndində Yaşanın evindən bir ədəd
beşatılan və radioəlaqə qurğusu aşkar edərək götürmüşlər.
1
ARMTN Arxiv sənədi.
31
Sonra rus hərbiçiləri tərəfindən Xankəndidən Hadruta gedən yeni salınmış
şose yolda reydlər keçirilmişdir. Reydlər zamanı Ermənistandan Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinə qanunsuz gətirilmiş 1 ədəd “QAZ-24”, 1 ədəd “ZİL-
130” markalı maşınlar müsadirə edilmişdir. Məmmədəzor kənd sakininin idarə
etdiyi “ZİL” markalı maşından 2 ədəd ət qumbarası aşkar edilərək götürülmüşdür.
1992-ci il mart ayının 16-da erməni quldurları meşəlik ərazidən avtomat
silah ilə kənd sakini Kərim Kərimovu yaralamışlar. Elə həmin gün erməni
quldurları Füzuli şəhərinə 10-dan çox “Qrad” raketi atmış və nəticədə bir neçə
dinc sakin, həmkəndlisi Murtuzayev Qadir Hərbiyyə oğlu həlak olmuşdur.
1992-ci fevralın 14-də isə Gövşadlı kəndi yaxınlığında 2 nəfər
azərbaycanlı minaya düşmüşdür. Onlardan Quliyev Bayram Əyyub oğlu həlak
olmuş, Babayev Yusif Cahangir oğlu isə ağır yaralanaraq I qrup əlil olmuşdur.
1992-ci il martın 31-də Manvel adlı erməninin başçılıq etdiyi 60 nəfərdən
ibarət quldur dəstəsi Üçbulaq (Hoğa) kəndini işğal etmiş, üç nəfər kənd sakinini
qətlə yetirmiş, bir nəfər girov götürülmüş, evlər talan edilərək yandırılmışdır.
Manvelin dəstəsinin altmış nəfərdən ibarət olmasını Düdükçü kənd sakini Hayk
adlı erməni hadisədən bir müddət əvvəl danışmışdır.
Erməni quldur dəstələri 2 aprel 1993-cü ildə isə Gövşadlı kəndini işğal
etmişlər.
İşğal zamanı hər iki kənddən on bir nəfər şəhid olmuş, on yeddi nəfəri
müxtəlif dərəcəli əlil olmaqla otuz səkkiz nəfər yaralanmışdır.
- 1958-ci ildə Füzuli rayonunun Üçbulaq (Hoğa) kəndində anadan olmuş,
orta təhsilli, ailəli, hal-hazırda Füzuli rayonunun Qarabağ kolxozunda
məskunlaşmış Ələkbərov Allahverdi Xanlar oğlu ərizəsində göstərmişdir ki, 1992-
ci il martın 30-da idarə etdiyi “ZİL” markalı maşınla həmkəndlisi Quliyev Elman
Qubad oğlu ilə birlikdə səngərdə yaralanmış Cəfərov Elyar Bəxtiyar oğlunu
rayonun mərkəzi xəstəxanasına aparan zaman Üçbulaq kəndinin qəbiristanlığının
yaxınlığında şose yolunda maşının altında partlayış baş vermişdir. Partlayış
zamanı maşın sağ tərəfə aşmış və yanmışdır. Bu vaxt ermənilər kənardan avtomat
silahları ilə onları atəşə tutmuşlar. O, maşından düşərək yaxınlıqdakı üzümlüyə
qaçmışdır. Sonra o, Elyarın və Elmanın maşından kənarda olduqlarını, sonuncunun
isə tamamilə yanaraq çabaladığını görmüşdür. Bir müddət sonra sovxozun
direktoru Hacıyev İlyas Ədil oğlu maşınla onların köməyinə gəlmişdir. Elmanın
yanığı çox olduğundan Bakı şəhərinə aparılsada, onu xilas etmək mümkün
olmamışdır.
Hadisə yerində jurnalistlər tərəfindən çəkiliş aparılmışdır. Həmin
hadisədən sonra 10-12 nəfər kənd sakini “PAZ-66” markalı avtobusla kənddən
çıxarkən avtobus ermənilər tərəfindən qumbaraatan silahla vurulmuşdur. Cinayət
hadisəsi nəticəsində gözləri kor olmuş və ayağının birini itirmiş Əliyev Əbülfət
İsmayıl oğlu xəstəxanada vəfat etmişdir.
32
1938-ci ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olmuş
Həsənova Qəmər Binnət qızı 1993-cü il aprel ayının 4-də Kəlbəcər rayonunun
Dəmirçidam kəndinə daxil olmuş erməni hərbçiləri tərəfindən yaşadığı evdə girov
götürülmüş, xəstə anası Verdiyeva Tamam İbrahim qızı isə diri-diri yandırılmışdır.
Bu dəhşətli hadisənin gözləri qarşısında törədilməsi, özünün isə işgəncələrə məruz
qalması səbəbindən Q.Həsənova huşunu itirmiş və ayılarkən qonşu Çəpli kəndinə
gətirildiyini görmüşdür. Orada bir həftə qaldıqdan sonra Ermənistanın Basarkeçər
(indiki Vardenis) rayonuna aparılmış və bir neçə gündən sonra isə Yerevan şəhər
hərbi polis təcridxanasına köçürülmüşdür. Q.Həsənova təcridxanada dözülməz
vəziyyətdə saxlanılaraq, ağır işgəncələrə məruz qalmışdır.
Q.Həsənova 1994-cü ilin fevral ayında Qızıl Xaç Komitəsinin vasitəsilə
girovluqdan azad edilərək Azərbaycana təhvil verilmişdir. Erməni girovluğunda
olarkən ona verilən işgəncələr nəticəsində Q.Həsənova ağır iflic xəstəliyinə
tutulmuşdur.
Qondarma “Dağlıq Qarabağ Respublikasın”da rəhbər vəzifələrdə işləmiş,
Xankəndi və digər yaşayış məntəqələrindən azərbaycanlıların kütləvi surətdə öz
doğma yurdlarından məcburi qovulmaları və qətlə yetirmələri üçün şərait yaratmış,
bu işi həyata keçirmək məqsədilə erməni quldur dəstələrini zəruri vəsaitlərlə təmin
etmiş R.Köçəryan, S.Sarkisyan, A.Qukasyan, S.Babayan və digərlərinin cinayət
əməlləri barədə materiallar toplamaq məqsədilə Milli Təhlükəsizlik Nazirliyi xətti
ilə əldə olunmuş məlumatların təhlili zamanı aşağıdakılar məlum olmuşdir:
-
Cəbrayıl rayon sakini hazırda Sabirabad rayonunda məcburi köçkün
kimi məskunlaşmış Əsədov Şiraslan adlı şəxs ərizəsində göstərmişdir ki,
R.Köçəryanın qondarma “Dağlıq Qarabağ Respublikası”na rəhbərlik etdiyi dövrdə
fəaliyyəti nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyondan
çevrilmişdir. R.Köçəryan azərbaycanlılara qarşı kütləvi terror aksiyasının həyata
keçirilməsini təmin etmiş, hazırda bu fəaliyyətini Ermənistanda dövlət
səviyyəsində davam etdirir.
-
Cəbrayıl rayonunun işğalı nəticəsində məcburi köçkün olmuş İsmayılov
Tahir Məhəmməd oğlu ərizəsində göstərmişdir ki, 1993-cü ildə Robert Köçəryan,
Samvel Babayan və Karen Babayanın rəhbərlik etdiyi erməni quldur dəstələri
respublikamızın ərazilərini işğal edərək əmlakımızı əlimizdən aldılar, digər
sakinlərlə yanaşı atamı da öldürdülər.
-
Cəbrayıl rayonundan olan digər məcburi köçkün Bayramov Məhərrəm
Allahverdi oğlu yazdığı ərizəsində göstərmişdir ki, 1993-cü ii avqust ayının 15-də
Robert Köçəryan, Samvel Babayan və Karen Babayanın rəhbərlik etdiyi erməni
terrorçu dəstələri kəndimizi işğal etdilər. Onlar tanklar və digər ağır hərbi
texnikalardan istifadə etməklə kəndə hücum edib sakinləri girov götürdülər,
əmlakımızı talan etdilər. Girov götürülənlər arasında qocalar, uşaqlar və cavanlar
var idi”.
33
- Cəbrayıl rayonundan olan digər məcbüri köçkün Musayev Əziz Həsən
oğlu yazdığı ərizəsində göstərmişdir ki, məlum hadisələr zamanı Dağlıq Qarabağda
yaşayan erməni daşnaklarının lideri Robert Köçəryanın rəhbərliyində olan dəstə
Azərbaycan
Respublikasının
ərazilərinin işğal və talan edilməsində,
azərbaycanlıların vəhşicəsinə qətlə yetirilmələrində və girov götürülmələrində fəal
iştirak etmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərmiş erməni silahlı dəstələri
Cəbrayıl rayonunu işğal edərkən uşaqlara, qocalara, əlsiz-ayaqsızlara münasibətdə
xüsusi qəddarlıq göstərmişlər.
-
Cəbrayıl rayonunun sakini Piriyeva İmarət Nəriman qızı ərizəsində
göstərmişdir ki, Robert Köçəryanın erməni terrorçu dəstələri 1993-cü ildə Cəbrayıl
rayonunu işğal etdi. Ermənilərin hücümü zamanı rayon sakinləri öz doğma
yurdlarından qovulub çıxarıldı, bir çoxu, o cümlədən kənd sakini Qasımov
Mübariz qətlə yetirildi.
-
Zəngilan rayonu Ördəkli kənd sakini Məmmədov Əliyar İsfəndiyar oğlu
ərizəsində göstərmişdir ki, məlum Qarabağ hadisələri dövründə torpaqlarımıza
hücüm etmiş erməni quldurları rayonu işğal, sonra isə talan etmişlər. Bu işğal
Robert Köçəryanın və Arkadi Qukasyanın rəhbərliyi altında fəaliyyət göstərmiş
quldur dəstələri tərəfindən həyata keçirilrniş və onların əli neçə-neçə soydaşımızın
qanına batmışdır.
-
Zəngilan rayon sakini Muradov Ağakişi Ağamurad oğlu yazdığı
ərizəsində göstərmişdir ki, biz vaxtilə Zəngilan rayonunda yaşayarkən qondarma
“Dağlıq Qarabağ Respublikası”nın prezidenti R.Köçəryan, onun əlaltıları
S.Sarkisyan, A.Qukasyan və başqaları silahlı dəstələr düzəldərək yaşayış
məntəqələrinə basqınlar etmiş, əhalinin var-dövlətini talamışlar. O, həmçinin
bildirir ki, bu vəhşi quldurların silahlı basqınları nəticəsində qorxudan xəstəliyə
tutulmuş anam yataq xəstəsidir.
-
Zəngilan rayon sakini Muradov Hüseyn Ağakişi oğlu ərizəsində
göstərmişdir ki, onlar Zəngilan rayonunda yaşadıqları dövrdə qondarma “Dağlıq
Qarabağ Respublikası”nın prezidenti olmuş R.Köçəryan eyni zamanda, onun
əlaltılarının rəhbərliyi altında fəaliyyət göstərmiş erməni silahlı dəstələri kəndlərə
basqın edərək insanları vəhşicəsinə qətlə yetirmiş, mal-qaranı aparmış, evləri
yandırmışlar.
Zəngilan rayon sakini Məhərrəmov Bəhruz Musa oğlu ərizəsində
göstərmişdir ki, 1993-cü ildə Köçəryan və Sarkisyan kimi qatillərin rəhbərliyi
altında fəaliyyət göstərmiş quldur dəstələri qəsəbəni işğal etmişlər. İşğal zamanı
erməni terrorçuları rayon sakinlərini vəhşicəsinə qətlə yetirmiş, qocalara və
uşaqlara rəhm etməmiş, evləri talan edib yandırmışlar. Silahsız və sağ qalmış
mülki əhali özlərini müdafiə etmək məqsədilə Araz çayına girməyə məcbur
olmuşlar.
-
Füzuli rayon sakini Süleymanova Meyxanım İdris qızı ərizəsində
göstərmişdir: “Hazırda Ermənistanda prezident kürsüsündə əyləşən R.Köçəryan və
34
onun silahdaşı S.Babayanın başçılıq etdiyi quldur dəstələri 1993-cü ildə
rayonumuza hücum edərək dinc əhaliyə qarşı vəhşiliklər etdilər. Ölənlərin arasında
yaxın qohumlarımız və qonşularımız da olmuşdur. Biz - yoldaşım və mən üstünü
kol örtmüş su kanalının içində gizləndik. Qaranlıq düşəndə sürünə-sürünə, sonra
isə qaçaraq çətinliklə erməni quldurlarının əlindən xilas olduq”.
-
Dostları ilə paylaş: |