Dərs vəsaitində elektrik stansiyaların və yarımstansiyaların əsas avadanlıqları: güc transformatorları, cərəyan və gərginlik transformatorları, açarlar, reaktorlar, ayırıcılar, ayıranlar vəqısaqapayanlar nəzərdən keçirilir


MÜHAZİRƏ 11 5. CƏRƏYAN TRANSFORMATORLARI



Yüklə 0,94 Mb.
səhifə15/19
tarix27.12.2023
ölçüsü0,94 Mb.
#198996
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19
Avadanlıqlar

MÜHAZİRƏ 11


5. CƏRƏYAN TRANSFORMATORLARI

Cərəyan transformatorları ilkin cərəyanı cərəyan ölçü cihazları və rele üçün uyğun cərəyana qədər azaltmaq üçün, həmçinin ölçü və mühafizə dövrələrini birinci yüksək gərginlik dövrələrindən mühafizə etmək üçündür.


Cərəyan transformatoru qapalı maqnitkeçiricisinə 2 (şəkil 5.1) və iki dolağa – birinci 1 və ikinci 2 - malikdir. Birinci dolaq ardıcıl olaraq ölçülən cərəyan I1 dövrəsinə qoşulur, ikinci dolağa isə I2 cərəyanı keçən ölçü cihazları birləşdirilir.


Şəkil 5.1. Cərəyan transformatorunun qoşulma sxemi

Nominal ikinci cərəyanın qiyməti 5 və ya 1A qəbul edilir. Tələbatdan asılı olaraq dəqiqlik sinifi 0,2; 0,5; 1; 3; 10 olan cərəyan transformatorlari buraxılır.


0,2 sinif cərəyan transformatorlari dəqiq laboratoriya cihazlarına birləşmək üçün, 0,5 sinif – pul hesabı sayğaclarına birləşmək üçün, 1 sinfi – bütün texniki ölçü cihazları üçün, 3 və 10 sinifləri – rele mühafizəsi üçün tətbiq edilir.
Göstərilən siniflərdən başqa ikinci dolağı Д tipli olan (diferensial mühafizə), З (torpaq mühafizəli), P (digər rele mühafizəli) cərəyan transformatorlari da buraxılır.
Cərəyan transformatoru qısaqapanmaya yaxın rejimində normal işləyir. İkinci dolaq açılarsa maqnitkeçiricidə maqnit seli kəskin artacaq, çünki o yalnız birinci dolağın maqnit hərəkət qüvvəsi ilə (MHQ) təyin olunacaq. Bu rejimdə maqnitkeçirici buraxılabilməyən temperatura qədər qıza bilər, açılmış ikinci dolaqda isə bəzi hallarda on kilovoltlara çata bilən yüksək gərginlik yaranacaq. Göstərilən səbəblərdən cərəyan transformatorunun birinci dolağından cərəyan axdıqda ikinci dolağını açmağa icazə verilmir. Əgər ölçü cihazını və ya releni dəyişmək lazım gələrsə cərəyan transformatorunun ikinci tərəf dolağı qabaqcadan qısa qapanır ( və ya relenin, cihazın dolağı şuntlanır).
Birinci dolağın tipinə görə transformatorlar birsarğılı (şəkil 5.2) və çoxsarğılı olur.
Şəkil 5.2,a-da sxematik olaraq nüvələrin və dolaqların hazırlanması, şəkil 5.2,b-də TПОЛ-10(keçirici, birdolaqlı, tökmə izolyasiyalı, 10 kV) cərəyan transformatorunun konstruksiyası göstərilir. Bu transformatorlarda. cərəyandaşıyıcı çubuq nüvələrdən keçən birinci dolağın bir sarğısıdır. Birsarğılı transformatorlar 600 A və daha çox ilkin cərəyana hazırlanır; cərəyan az olduqda birinci dolağın MHQ-si lazımi dəqiqlik sinifində işləmək üçün kifayət etmir.


Şəkil 5.2. Cərəyan transformatoru (TПОЛ-10)


a) dolaqlı maqnitkeçiricilərin prinsipial yerləşməsi;
b) konstruksiya; 1 – maqnitkeçirici; 2 – ikinci dolaq;
3 – bərkidici həlqə; 4 – birinci dolağın çubuğu

TПОЛ-10 transformatoru iki maqnitkeçiriciyə malikdir, onların hər birinə özünün ikinci dolağı sarınır. Maqnitkeçiricilərə dolaqlarla birlıkdə epoksid qətranı əsaslı kompaund tökülür, qətran bərkidikdən sonra monolit kütlə yaradır. Bu transformatorların dəqiqlik sinifi 0, 5; 3 və P-dir.


Böyük nominal ilkin cərəyanlarda birinci dolaq rolunu transformatorun içərisindən keçən şinin yerinə yetirdiyi cərəyan transformatorları tətbiq edilir. Şəkil 5.3-də TШЛ-20 (şinli, tökmə izolyasıyalı, 20 kV və 6000-18000 A) cərəyan transformatoru göstərilir. Bu transformatorlar içərisində maqnitkeçirici və ikinci dolaqları olan tökmə dairəvi epoksid bloklardır. Birinci dolaq cərəyankeçirici şindir. İzoləedici bloka yay vasitəsilə şinlə elektriki birləşmiş ekranlayıcı cilumin dairə tökülür. Bu cərəyan transformatorlarının elektrodinamiki dayanaqlığı şin konstruksiyasının möhkəmliyi ilə təyin olunur.



Şəkil 5.3. Cərəyan transformatoru (TШЛ-20)
1 – 0,5 sinif maqnitkeçirici; 2 – P sinif maqnitkeçirici; 3 – tökmə
epoksid blok; 4 – korpus; 5 – ikinci dolaqların çıxış dolaqları;
6 – cərəyankeçirici şin

Nominal cərəyanı 2000-2500 A olan 10 kV qurğularda keçid şin cərəyan transformatorları (TПШЛ) tətbiq olunur.




Şəkil 5.4. Cərəyan transformatoru (TФ1 – yağgenişləndirici; 2 – birinci dolağı çevirən; 3 – Л2 girişi;


4 – qapaq; 5 – nəmuducu; 6 – Л1 girişi; 7 – yağgöstərici;
8 – birinci dolaq; 9 – farfor korpus; 10 – ikinci dolaqlı maqnitkeçirici;
11 – yağ; 12 – ikinci dolaqların çıxış qutusu; 13 – kürsü

Xaricı quruluş üçün farfor korpusda yağ-kağız izolyasiyalı dayaqlı cərəyan transformatorları (TФН tipli) buraxılır. Yağla doldurulmuş boş far isolyatorda transformatorun dolaqları və maqnitkeçiricisi yerləşitr. Konstruktiv olaraq birinci və ikinci dolaqlar dövrənin iki bəndini xatırladır. Birinci dolaq iki seksiyadan ibarətdir, onlar 2 çeviricisi vasitəsilə ardıcıl (1-ci vəziyyət) vəya paralel (2-ci vəziyyət) qoşula bilər, bununla nominal transformasiya əmsalının 1:2 nisbətində dəyişməsi baş verir. Farfor korpusa metal yağn dəyişmə səviyyəsinə görə yağgenişləndirici 1 qoyulur. Silikagel nəmuducu 5 yağgenişləndiricinin daxili ilə əlaqədə olan ətraf havanın nəmliyini udmaq üçündür. Dolaqlar və farfor korpus polad kürsüdə 13 bərkidilir. İkinci çıxışların qutusu 12 germetikləşdirilir. Aşağıdan ona ikinci dövrənin kapellərini ayıran kabel muftası bərkidilir. TФН transformatorları 0,5 sinifli birdolaqlı maqnitkeçiriciyə və rele mühafizəsi üçün iki-üç ədəd dolaqlı maqnitkeçiriciyə malikdirlər.


Gərginlik çox olduqca, birinci dolağı izolyasiya etmək çətinləşir. ona görə 330 kV və daha çox gərginlikdə kaskad tipli cərəyan transformatorları hazırlanır. İki tasformasiya kaskadı (dolaqlı iki nüvə) hər pillədə dolaq izolyasiyasını tam gərginliklə deyil, onun yarısı qədər həll etməyə imkan verir.
35 kV və daha yüksək gərginliklərdə güc transformatorlarının keçid vtulkasına və ya çən açarlarına qoyulmuş, ikinci dolağın sarıldığı həlqə şəklində olan cərəyan transformatorları tətbiq olunur. Belə transformatorların birinci tərəfi vtulkanın çubuğudur. Kiçik ilkin cərəyanlarda belə cərəyan transformatorların dəqiqlik sinifi 3 və ya 10-dur.
Şəkil 5.5 – 5.11-də dayaq, keçid və şin cərəyan transformatorları göstərilir.

Şəkil 5.5. Keçid cərəyan transformatoru (TПЛ-20 və ТПЛ-35)



Şəkil 5.6. Dayaq cərəyan Şəkil 5.7. Şin cərəyan


transformatoru TOЛ-10 transformatoru TШЛ-10


Şəkil 5.8. Şin cərəyan Şəkil 5.9. Keçid cərəyan


transformatoru TЛШ-10 transformatoru TПОЛ-10

Şəkil 5.10. Cərəyan Şəkil 5.11. Şin cərəyan


transformatoru TПЛ-10-М transformatoru TШЛ-20-1

Cərəyan transformatorlarının tipinin işarələri: T - cərəyan transformatoru, K – Qapalı paylayıcı qurğu (КРУ) üçün (ТПЛК, ТЛК, ТШЛК), П – ya keçid, ya da yastı şinlər paketində bərkidilmə(ТШЛП), Ш – şinli, O – birsarğılı (çubuqlu) və ya dayaq (TOЛ), Ф – farfor izolyasiyalı, Л – tökmə izolyasiyalı, B – ya taxılma (TBЛM, TBГ) ya vtulkalı, ya hava izolyasiyalı (ТШВ), У – güclənmiş və ya mülayim iqlimli rayon üçün (əgər У rəqəmdən sonra gələrsə), H – xarici qurğu üçün, Б – korpussuz və ya sızma yolu boyunca xarici izolyasiyanın kateqoriyası, З – bənd tipli dolaqlar, P – həlqə şəkilli (rım) dolaqlar, M – modernləşmiş və ya yağdoldurulmuş (TФЗM, TФУM, TФPM), Г – generatorlu, C – xüsusi, XЛ – soyuq iqlimli rayonlar üçün, T – tpopik iqlim üçün, Birinci rəqəm – nominal gərginlik, kV; A - sızma yolu boyunca xarici izolyasiyanın kateqoriyası; I, II. III, IV – qabaritin və ya konstruktiv variantın göstərişi.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin