FƏNNİN ŞİFRƏSİ – 050626 ELEKTRİK MÜHƏNDİSLİYİ FƏNNİN ADI “DİELEKTRİKLƏR FİZİKASININ ƏSASLARI” T.e.n., professor A.O.Orucov
s/s
Mövzuların adları
Cəm
Müh
Lab
1
Dielektriklərin ümumi xarakteristikları
2
2
Dielektriklərin elektrik keçiriciliyi
2
3
Dielektriklərin elektrik keçiriciliyi
2
4
Dielektriklərin elektrik keçiriciliyi
2
5
Dielektriklərdə polyarlaşma
2
6
Dielektriklərdə polyarlaşma
2
7
Dielektriklərdə polyarlaşma
2
8
Dielektriklərdə itkilər
2
9
Dielektriklərdə itkilər
2
10
Dielektriklərdə itkilər
2
11
Dielektriklərin deşilməsi
2
12
Dielektriklərin deşilməsi
2
13
Dielektriklərin deşilməsi
2
Cəmi saatlar:
30
26
4
“Dielektriklər fizikasının əsasları” fənninin tədrisinə ayrılan saatların mövzular üzrə paylanması
MÜHAZİRƏ 1
MÜHAZİRƏ 1
MÜHAZİRƏNİN MÖVZUSU: DIELEKTRIKLƏRIN ÜMUMI XARAKTERISTIKLARI
MƏQSƏDİ: Dielektrik elektrik xassələrini və bəzi vacib xarakteristikalarını öyrənməkdir.
PLANI:
Dielekriklərin metal və yarımkeçiricilərdən fərqləndirən xarakterik xüsusiyyətlər.
Dielektriklərin xarakterik xüsusiyyətləri.
Bərk cismin zona nəzəriyyəsi.
Dielektriklərin quruluşu, hissəciklərin istilik hərəkəti mexanizmi.
Dərsin Hədəfləri
Bu dərsi bitirdikdə
Dielektriklərin elektrik xassələrini
Zona nəzəriyyəsinisini
Dielektriklərin xarakterik xüsusiyyətlərini
Dielektriklərin xüsusiyyətlərini
öyrənmiş olacaqsınız.
Müvəffəqiyyətlər diləyirik!..
1 Dielektrikləri metal və yarımkeçiricilərdən fərqləndirən xarakterik xüsusiyyətlər
Elektrik xassələrinə görə bütün maddələr şərti olaraq üç qrupa bölünür: keçiricilər, dielektriklər və yarımkeçiricilər. Mahiyyət etibarilə, son nəticədə maddələr müsbət və mənfi yüklərdən təşkil olunmuşdur. Bir qrup maddələrdə yüklərin bir-birilə əlaqəsi zəifdir və elektrik sahəsinin təsirindən onlar böyük məsafələrə sərbəst yerdəyişmə edir. Belə maddələr keçiricilərə aid edilir. Digər qrup maddələrdə isə yüklər bir-birilə möhkəm əlaqədə olur: belə maddələr dielektriklər adla-nır. Bunları elektrik sahəsinə yerləşdirdikdə, yüklər böyük mə-safələrə yerdəyişmə edə bilmir və buna görə də onların yarat-dığı sahə xarici elektrik sahəsini tam ekranlamaq imkanından məhrumdur. Odur ki, dielektrikin daxilində həmişə elektrik sahəsi təsir göstərir.