Kristallar bir-birinə nəzərən uzaqda yerləşən atomların (ionların) ardıcıl nizamlı düzülüşü ilə xarakterizə olunur («uzaq düzülüş»). Atomların (ionların, molekulların) üçölçülü fəzada periodik təkrar olunan nizamlı düzülüşü kristal halında olan maddənin kristallik qəfəsini təşkil edir. Kristalın atom quruluşunda müəyyən simmetriklik, fiziki xassələrində isə anizotropluq vardır.
Kristallik qəfəsi təşkil edən hissəciklər arasındakı rabitə qüvvəsinin xarakterinə görə, kristalları 4 qrupa bölmək olar:
1) ion kristalları – mənfi və müsbət ionlardan ibarətdir (ion rabitəsi);
2) atom kristalları – atomlardan təşkil olunmuşdur (kovalent rabitə);
3) molekulyar kristallar – molekullardan təşkil olun-muşdur (Van-der-Vaals qüvvələri və ya hidrogen rabitəsi);
4) metallik kristallar – qəfəsin düyünlərində metal atomları yerləşir
Dielektrik materialları
Əsas xassələri:
Çox kiçik elektrikkeçiriciliyi və polyarlaşma qabiliyyəti
(materialın həcmi boyunca elektrik sahəsi mövcuddur).
Passiv
(elektroizolyasiya)
- Elektrikizolyasiya məqsədilə istifadə olunur
Aktiv
- Xarici faktorların təsirindən öz parametrlərini dəyişən
W daha böyük 3 eV
V ~ 10 5 10 17 Оm·m
Dielektriklərin növləri
Aqreqat halına görə:
Bərk (kristal, amorf), maye, qazvari, həmçinin bərkiyən materiallar: laklar, kompoundlar.
Kimyəvi quruluşuna görə:
Üzvi– hidrogen atomuna malik molekula.
Qeyri-üzvi – hidrogen atomuna malik olmayan molekula (karbon oksidləri, karbon disulfid, karbon turşusu və onun duzları kimi birləşmələr istisna olmaqla).
Üzvi elementlər – molekullar üzvi maddələr üçün xarakterik olmayan elementlərin atomlarına malikdir: Si, Mg, Al və s.
+q −q ℓ