Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


tam, natamam, optimal, alternativ



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə81/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   160
Mikroiqtisadiyyat (1)

tam, natamam, optimal, alternativ
variant-
ları seçilə bilər. İstehsal amillərindən necə istifadə məsələ-
si bazarda formalaşmış tələb və təklifdən, resurs imkanla-
rından, iş qüvvəsi peşəkarlığından, ixrac həcmindən, habe-
lə digər şərtlərdən asılı surətdə həll oluna bilər. 
Aydındır ki, təsərrüfat həyatının müxtəlif sahələrində 
istehsal amillərinin bir-birini əvəzləməsi, müəyyən hədd 
daxilində mümkündür. Məsələn, eyni təyinatlı tikinti mate-
rialları, yaxud ərzaq məhsulları, sürtgü yağları, çörək mə-
mulatları bir-birini müəyyən həddə qədər əvəz edə bilər. 
Bu prinsip, insan əməyinə də aiddir. İnsanın iş qüv-
vəsindən yalnız müəyyən həddə qədər faydalanmaq müm-
kündür. Həmin həddən sonra iş rejimini daha optimal va-
riantda aparmaq üçün insan əməyini texnika əvəz etmə-


154 
lidir. Deməli, istehsal amillərinin bir-birini tədricən əvəz-
lənməsi, konkret şəraitdən asılı, qarşılıqlı əlaqələrin ifa-
dəsi kimi həyata keçirilir. 
c)
Sahibkar və işgüzar biznes adamı öz istehsalının 
və xidmət dairəsi obyektinin fəaliyyətini elə qurub əlaqə-
ləndirməyə çalışır ki, daha çox məhsul buraxa, yaxud xid-
mət göstərə bilsin. 
İstehsal amillərinin müəyyən kompleksi (dəsti) ilə is-
tehsal olunan maksimum (ən çox) məhsul həcmi arasındakı 
nisbət - istehsal funksiyası adlanır. İstehsal funksiyası isteh-
sala cəlb olunmuş resurs məsrəfləri ilə hazır məhsul bura-
xılışı arasındakı real texnoloji asılılığı əks etdirir. İstehsal 
funksiyası adətən bir qayda olaraq, müəyyən texnoloji 
struktur üçün qurulur. Təsərrüfat təcrübəsində istehsal funk-
siyasından, hər hansı bir məhsullun müəyyən həcmdə isteh-
salına lazım olan məsrəflərin (istehsal amillərinin) mak-
simum səviyyəsini müəyyən etmək üçün istifadə olunur. 
Konkret bir misal kimi bütün istehsal amilləri və re-
surslarını 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin