a)
İqtisadiyyat və ölkənin təsərrüfat həyatının inkişaf
səviyyəsi, bilavasitə onun maddi bazası sayılan istehsalın
nəticəsidir. Hər hansı bir istehsalın çıxış nöqtəsi və mən-
bəyi, cəmiyyətin resurslarıdır.
İstehsal resursları
- əmtəələrin, xidmətlərin və baş-
qa dəyərlərin yaradılması prosesində istifadə oluna bilən
təbii, sosial və mənəvi qüvvələrin toplusudur.
İqtisadi nəzəriyyə elmi istehsal resurslarını aşağıdakı
4 qrupa bölərək öyrənir:
I. Təbii resurslar
- istehsala tətbiq etmək üçün ya-
rarlı olan potensial təbii qüvvələr və müxtəlif əşyalardır.
Bu resurslar «tükənən» («bərpa olunmayan») və «tükən-
məyən» («bərpa olunan») kimi 2 yerə ayrılır.
II. Maddi resurslar
- insanın yaratdığı, yaxud isteh-
salın nəticəsi olan istehsal vasitələridir.
III. Əmək resursları
- əhalinin əmək qabiliyyətli
fəal hissəsidir.
IV. Maliyyə resursları
- istehsalın təşkili və inkişa-
fı üçün cəmiyyətin ayırdığı müəyyən məbləğ puldur.
Bu təbii, maddi, əmək, maliyyə resursları hər hansı
bir istehsalın yaradılması və sonrakı inkişafı üçün zəruri
şərtdir.
İqtisadi nəzəriyyədə «istehsal resursları» anlayışı ilə
149
yanaşı, «istehsal amilləri» anlayışı vardır. Bunların fərqi
«istehsal resurslarının» istehsala cəlb oluna bilməsində,
«istehsal amillərinin» isə artıq real surətdə istehsala cəlb
olunmasındadır. «İstehsal resursları» daha geniş anlayış
olduğundan, «istehsal amilləri» resurslara daxil edilir. Eyni
zamanda «istehsal resurslarından» fərqli olaraq, «istehsal
amilləri» yalnız qarşılıqlı fəaliyyət çərçivəsində olur. De-
məli, istehsal həmişə amillərin qarşılıqlı fəaliyyət birli-
yinin nəticəsidir.
İstehsalın başlıca və əsas amilləri kimi torpaq, kapi-
tal, əmək göstərilir.
Müasir iqtisadi ədəbiyyatda sahibkarlıq fəaliyyəti,
idarəetmə qabiliyyəti, məlumat (informasiya) axını, elmi-
texniki tərəqqi, hətta reklam da bəzən istehsal faktoru
(amili) kimi qiymətləndirilir. Lakin, müasir istehsal prose-
sində kəskin bazar rəqabəti şəraiti və elmi-texniki tərəqqi
dövründə həmin amillərin rolu inkar edilməsə də, hər
halda törəmə, köməkçi və ikinci dərəcəli amillər kimi sə-
ciyyələndirilirlər.
Ümumiyyətlə, istehsal prosesinin aşağıdakı ardıcıl-
lıqla:
bir dövran prosesi kimi fasiləsiz davam etməsi üçün, isteh-
salın şəxsi və maddi amillərinin birləşməsi zəruridir.
Bu mənada, əslində istehsal amilləri - insan və tə-
Əmtəə
Pul
(kapital)
İstehsal
vasitələri
İş qüvvəsi
...İstehsal
prosesi
...Əmtəə ...Pul
(kapital)
150
biətdən ibarətdir. Məhz bu 2 amil həlledici olub, istehsalı,
onun gedişini və nəticələrini müəyyən edir. İstehsalın şəx-
si amili, «insan amili» hazırda xüsusi bir əhəmiyyət kəsb
edir.
Hər bir iqtisadi sistemdə mərkəzi yer tutan insan
həm istehsal prosesinin amili, həm də onun məqsədidir.
Çünki insan maddi nemətlərin yaradıcısı olduğu kimi, eyni
zamanda da həmin maddi – mənəvi nemətlərin fəal isteh-
lakçısıdır. Məlumdur ki, ən yeni texnika və mütərəqqi tex-
noloji proseslər də insan əməyi, onun fəaliyyəti olmadan
bir növ “ölüdür”.
İstehsal amilləri və onların maddi-mənəvi nemətlə-
rin, xidmətlərin yaradılması prosesindəki qarşılıqlı rolunu,
yaxud birləşməsini aşağıda verilən sxemdən görmək olar:
İstehsal amillərinin birləşməsi
Şəxsi amil
(iş qüvvəsi, əmək)
Maddi amil
(istehsal vasitələri)
Əmək
vasitələri
Əmək
cisimləri,
predmeti
Əmək
alətləri
(maşın,
mexanizm,
cihazlar)
Əməyin
ümumi mad-
di şəraiti (is-
tehsal binala-
rı, yollar, ka-
nallar və s.)
Təbii resurslar
(təbiət mad-
dələri, mə-
dənlər, ya-
taqlar və s.)
Xammal,
yarım-
fabrikatlar
151
İqtisadi nəzəriyyə və iqtisad elmində uzun illər boyu
istehsal prosesində ayrı-ayrı amillərin rol, habelə əhəmiy-
yəti haqqında mübahisələr getmişdir. Məsələn, klassik iq-
tisadi nəzəriyyə nümayəndələri istehsal amilləri arasında
əməyə müəyyən üstünlük verdikləri halda, marksistlər bu
amili bir növ mütləqləşdirərək, əmtəələrin (xidmətlərin)
yaradılmasında onun həlledici rolunu göstərmişlər.
Müasir dövrdə də bu istiqamətdə mübahisə və fikir
ayrılığının davam etməsinə baxmayaraq, təcrübədə bütün
iqtisadçılar «üç amil» (torpaq, kapital, əmək) nəzəriyyə-
sini qəbul edirlər. Eyni zamanda, «üç amil nəzəriyyəsinin»
hüdudlarını genişləndirib, daha çox amillər (sahibkarlıq
qabiliyyəti, elmi-texniki tərəqqi, informasiya, reklam, eko-
logiya) irəli sürən mövqelər vardır.
«İstehsalın üç amilli» nəzəriyyəsi, fransız iqtisadçısı
Dostları ilə paylaş: |