Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə87/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   160
Mikroiqtisadiyyat (1)

Tənzimlənən bazar.
Bu bazar forması sivil və mə-
dəni ölkələrdə, qanun və prinsiplərin ali sayıldığı cəmiy-
yətlərdə fəaliyyət göstərir. Dövlət və onun idarəetmə or-
qanları elə müəyyən tədbirlər sistemi işləyib iqtisadi həya-
ta tətbiq edirlər ki, ölkənin çoxsahəli təsərrüfat həyatı 
uğurla tənzimlənir. Bu kompleks tədbirlər sistemi ölkənin 
gömrük-vergi, pul-kredit, xarici ticarət sahələrinə aid ola 
bilər. Lakin aydındır ki, dövlətin iqtisadiyyatı tənzimləmə 
siyasəti müəyyən optimal hüdudlar çərçivəsində həyata 
keçirilərək, istehsalçıların sərbəstliyini, təşəbbüskarlığını 
boğmamalıdır. Dövlət tənzimlənməsi iqtisadiyyatın bütöv-
lükdə inkişafı prosesinə yardımçı olmalıdır. 
Mərkəzləşdirilmiş (planlı, inzibati-amirlik, əmrlə 
idarə olunan)
bazar formasında, dövlət bazarın fəaliyyəti-
nə hədsiz qaydada qarışır. Belə bir iqtisadi siyasət xəttinin 
hansı iqtisadi-sosial nəticələrə gətirib çıxardığı, keçmiş 
Sovet İttifaqı və sosialist birliyi ölkələrinin timsalında 
özünü aydın göstərmişdir. Məhz mərkəzləşdirilmiş planlı 
iqtisadi sistem bütün imkanlara malik olan nəhəng bir 
ölkənin iqtisadiyyatını iflic vəziyyətinə salaraq, onun ifla-


165 
sına səbəb oldu. 
Qarışıq bazar,
xüsusi sahibkarlığın, dövlət bölmə-
sinin, xarici kapital və işgüzar biznes nümayəndələrinin 
optimal nisbətlər çərçivəsində (60: 30: 10, yaxud 50: 25: 
25, yaxud 40: 30: 30,: faiz) fəaliyyət göstərdiyi bir forma-
dır. 
Dünya təsərrüfat həyatı təcrübəsi göstərir ki, tədricən 
qarışıq bazar forması özünü daha çox doğruldaraq iqtisa-
diyyatda aparıcı bazar formasına çevrilir. 
Təsadüfi deyildir ki, amerikalı iqtisadçılar K.Mak-
konnell və S.Bryu «Ecоnомics» kitabında yazırlar: «Döv-
lət və xüsusi bölmələr böyük əhəmiyyət kəsb edirlər
çünki onlar birlikdə güclü iqtisadiyyat yaradır. Bu isə in-
sanlara rahatlıq gətirir, onların ləyaqətini qoruyur və şəxsi 
azadlıqlarını təmin edir». 
İsveçrə iqtisadçısı V.Repke «Sərbəstlik, yoxsa əmr» 
adlı əsərində göstərir ki, tam sərbəst bazar əslində bir növ 
xaos, qarışıqlıq, nizamsızlıq yaradır. Geniş bazar münasi-
bətlərinə “dövlətin çox qarışması da istənilən nəticələri 
vermir… Xüsusi və dövlət bölmələrinin ağıllı, optimal 
nisbətinə əsaslanan qarışıq iqtisadiyyat, bu təməldə də 
formalaşan qarışıq bazar, müasir dövrdə özünü daha çox 
doğruldur”. 
Tanınmış iş adamı C.Soros qeyd edir ki, bazar iqtisa-
diyyatına hədsiz aludəçilik, son nəticə etibarı ilə «bazar 
təməlçiliyinə» (market findament) aparıb çıxara bilər. Be-
lə bir mövqe isə doğru sayıla bilməz. Çünki bazar iqtisa-
diyyatının, dövlətin düşünülmüş tənzimləyici rolu olma-
dan, arzu edilən müsbət iqtisadi-sosial nəticələr qazanması 
qeyri-mümkündür. 
İqtisadi nəzəriyyədə müasir bazarın hüquq nöqteyi-
nəzərindən (qanuni, icazəsiz, kölgə, qara); ərazi baxımın-


166 
dan (yerli, milli, region, beynəlxalq); iqtisadi təyinat cə-
hətdən (əmtəə-xidmətlər, iş qüvvəsi, kapital, qiymətli ka-
ğızlar, reklam bazarı və s.) kimi konkret növləri də vardır. 
ç) Müasir cəmiyyətdə bazar münasibətlərinin forma-
laşması yalnız sırf iqtisadi məsələ olmayıb, həm də icti-
mai, siyasi, sosial, əxlaqi dəyərlərlə bağlı mürəkkəb bir 
prosesdir. Şübhəsiz, bu çoxcəhətli və ziddiyyətli formalaş-
ma gedişində prosesin müsbət (pozitiv) cəhətləri inkişaf 
etdirilməli, mənfi (neqativ) cəhətləri isə ağıllı üsullarla 
tənzimlənərək, hökmən yumşaldılmalı, imkan və şərait 
yarandıqca aradan qaldırılmalıdır. 
Bazar iqtisadiyyatının 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin