istehlakçı (alıcı) davranışı nəzəriyyəsi
- insanların gəlir-
lərini xərclədikləri vaxt, onların konkret şəraitdə özləri
üçün ən faydalı hesab etdikləri əmtəələrə-xidmətlərə üs-
tünlük verdiklərini aydınlaşdırır.
Alıcı (istehlakçı) davranışı və rəftarı, onun cəmiy-
yətin iqtisadi həyatında baş verən mürəkkəb proseslərə
münasibəti təkcə ayrı-ayrı şirkət və korporasiyalar üçün
deyil, eyni zamanda hakimiyyət, dövlət orqanları üçün də
əhəmiyyətlidir. Hər hansı bir şirkətin satışa çıxardığı yeni
176
məhsulun, yaxud göstərdiyi xidmətin qiymətinin alıcılar
tərəfindən necə qarşılanacağı, şübhəsiz müəyyən problem-
lərlə bağlıdır. Alıcının yeni məhsullardan istifadəsi, xid-
mətlərə alışması, bazar qiymətləri ilə razılaşaraq həmin
əmtəə-xidmətləri seçməsi o qədər də asanlıqla getmir.
Eyni zamanda, ölkə əhalisinin gəlirlərinin artması və
həyat səviyyəsinin yüksəldilməsi məqsədilə dövlət, habelə
hakimiyyət orqanlarının həyat keçirdikləri sosial tədbirlə-
rin, məsələn ünvanlı güzəştlərin, vergi dərəcələrinin aşağı
salınmasının, yardımların, subsidiyaların elmi təhlilə, daha
sanballı əməli tövsiyələr hazırlanmasına ehtiyac vardır.
Ümumiyyətlə alıcı davranışı yaxud istehlakçı rəftarı:
a)alıcıya həmişə seçim üstünlüyü hüququ verilməsi;
b)onun imkan və büdcə məhdudiyyətləri ilə qarşılaşması;
c)seçim qərarı verməsi kimi 3 mərhələni əhatə edir.
İqtisadi nəzəriyyədə istehlakçı xərclərini müxtəlif
variantlar üzrə səciyyələndirən
büdcə məhdudluğu, büd-
cə xətti və etinasızlıq, yaxud fərqsizlik əyrisi
anlayışları
vardır.
Büdcə məhdudluğu – istehlakçının gəlirlərindən for-
malaşan büdcəsinin onun faydalandığı əmtəə-xidmətlərə
xərclədiyi məbləğə bərabər deməkdir.
Büdcə xətti – istehlakçının müəyyən məbləğ pula,
müxtəlif əmtəə - xidmətlər dəsti seçib almaq imkanıdır.
Etinasızlıq yaxud fasiləsizlik əyrisi – bazar qiymət-
lərini nəzərə almaqla istehlakçını eyni dərəcədə razı salan
əmtəə - xidmətlər dəstini göstərir.
Ölkədə istehlakçıların ödəniş qabiliyyətli alıcılıq sə-
viyyəsinə, onların davranışına ən çox təsir göstərən gəlir-
ləri və bazarda müxtəlif təyinatlı məhsulların - xidmətlərin
qiymətləridir. Lakin bu iki mühüm əhəmiyyət kəsb edib,
177
istehlakçının davranış və rəftarına güclü təsir göstərən
amillərlə yanaşı, ilk baxışda o qədər də nəzərə çarpmayan
bir sıra elə cəhətlər də vardır ki, onları kənara atmaq
mümkün deyildir.
İstehlakçıların yaşadıqları coğrafi mühit, ölkənin tə-
bii iqlim şəraiti, milli adət-ənənə xüsusiyyətləri, ailə tərbi-
yəsi, təhsili, yaşı, cinsi, hansı sosial təbəqəyə mənsub ol-
ması, şübhəsiz onların bazar subyekti və alqı-satqı müna-
sibətlərinin iştirakçısı kimi davranış mədəniyyətlərinə, rəf-
tarlarına, zövqlərinə təsir göstərir.
Mütəxəssislərin və iqtisadçıların fikrincə, müasir
dövrdə istehlakçı zövqünün formalaşmasına bilavasitə,
yaxud dolayı yollarla təsir göstərən amillər qrupu sıra-
sında aşağıdakıları qeyd etmək zəruridir:
-
əmtəə və xidmətlərin keyfiyyəti, ekoloji təmizliyi,
insan orqanizmi üçün təhlükəsizliyi;
-
dəb və yeni moda dəyişikliklərinə uyğunlaşmaq
psixologiyasının təsiri;
-
müxtəlif reklam vasitələrinin məqsədyönlü və fasi-
ləsiz təbliğatı;
-
istehlakçıların peşə-sənət və təhsil səviyyəsində baş
verən dəyişikliklər;
-
istehlakçıların dəyişən yaş və cins xüsusiyyətləri ilə
bağlı problemlər;
-
istehlakçıların ailə tərbiyəsi, mədəni səviyyəsi və
zövqlərinin formalaşması;
-
yaşadığı ölkənin milli adət-ənənələri və mentaliteti;
-
işləyib fəaliyyət göstərdiyi şirkət və təşkilatın psi-
xoloji mühit xüsusiyyətləri;
-
istehlakçının mənsub olduğu ictimai təbəqənin
qayda və davranış qaydaları;
178
-
ailə üzvlərinin, dost-tanışların, yaxın adamların rəy
və məsləhətləri;
-
kreditə mal satışının təşkili və onun istehlakçı üçün
əlverişli şərtləri;
-
istehlakçını həvəsləndirən rəğbətləndirici tədbirlər
sistemindən geniş faydalanması.
Yuxarıda göstərilən amillərin kompleks şəkildə, ya-
xud qismən istehlakçının gəliri və bazardakı qiymətlərlə
qarşılıqlı əlaqədə təsiri, alıcıların davranışı, habelə rəftarı-
nın formalaşmasının əsasında durur. Zaman, yaş, yeni dəb
və modalar bu prosesdə müəyyən təbii, qanunauyğun də-
yişikliklər yaratsa da, istehlakçı gəliri və qiymətlərin sə-
viyyəsi, habelə insanların zövqü, mədəni yüksəlişi mühüm
amillər kimi öz təsirini həmişə göstərir.
Dostları ilə paylaş: |