173
lükdə sağlam iqtisadiyyatın inkişafında mühüm rol oyna-
yır. Aydındır ki, qiymət vasitəsilə istehsalçı ilə istehlakçı,
müəssisələrlə dövlət, dövlətlə əhali, müəssisələrlə icarə-
darlar, müəssisə ilə müəssisə arasındakı
iqtisadi münasi-
bətlər tənzimlənir.
Qiymət-istehsal proseslərinin son nəticələrini özündə
yekunlaşdıran bir ölçü meyarıdır.
Qiymət barəsində iqtisadi nəzəriyyə tarixində irəli
sürülmüş müxtəlif fikirləri təhlil edərək, məsələyə kom-
pleks halında yanaşsaq, əmtəələrin (xidmətlərin)
qiymətin-
də xərclər, sərf olunan vaxt, faydalılıq, resursların məh-
dudluğu kimi amillər öz əksini tapmışdır. Şübhəsiz, yalnız
bu amillərin kompleks şəkildə nəzərə alınması, əmtəələrin
(xidmətlərin) qiymətlərinin düzgün formalaşdırılmasını
təmin edə bilər.
Məlumdur ki, bazara çıxarılan hər bir əmtəə, yaxud
xidmət əsasən tələb və təklifin təsiri altında
formalaşan
bazar qiymətinə
uyğun olaraq satılır. Deməli, bazar qiy-
məti orada reallaşdırılan hər hansı bir əmtəənin (xidmətin)
qiymətidir.
Bazarda yaranmış vəziyyətlə bağlı, bu və ya digər
məhsul öz qiymətindən (dəyərindən) baha satıla bilər.
Buna səbəb, həmin məhsul üzrə
bazarda tələbin təklifdən
çox olmasıdır. Bu halda üstünlük istehsalçının və satıcının
əlinə keçərək, nəticədə məhsul yüksək qiymətə satılır. Bu
təklif qiyməti
adlandırılır.
Eyni zamanda ola bilər ki, bazarda alıcılara təklif
olunan malların və müxtəlif təyinatlı xidmətlərin həcmi,
alıcıların tələbindən çoxdur. Təbiidir ki, bu halda (əlbəttə,
müəyyən istisnalarla)
tələb qiyməti, həmin əmtəələrin
(xidmətlərin) bazar qiymətindən aşağı düşəcəkdir. Bu,
tə-
174
10
8
6
4
2
0
2
4
6
8
10
)
манат
(
Гиймят
метр)
тон,
(яядяд
тяклиф
вя
Тяляб
Tələb və təklif
(ədəd, ton, metr)
ləb qiyməti
adlanır.
Bazar qiymətinin formalaşmasına tələb və təklif, is-
tehsal
xərcləri, əmtəənin keyfiyyəti, qablaşdırılması, di-
zayn ünsürləri, alıcılara xidmət forması, əhalinin gəlirləri,
alıcılıq qabiliyyəti səviyyəsi, mövsümlülük, reklam, şayiə-
lər yayılması kimi amillər bilavasitə, habelə dolayı yollar-
la öz təsirini göstərir.
Lakin, adətən bazar üçün müəyyən qiymət enib-
qalxmalarını nəzərə almasaq, tələblə-təklifin
səviyyəsinin
şərti nisbi bərabərliyi prinsipini əsas götürsək, bazarda
Dostları ilə paylaş: