Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə91/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   160
Mikroiqtisadiyyat (1)

Qeyri-qiymət amilləri
də tələb və təklifin dəyişikli-
yinə öz təsirini göstərir. Məsələn, tələbə əhalinin gəlir sə-
viyyəsi; bazarda əvəzedici məhsulların (müxtəlif meyvə-
lər, paltaryuyucu tozlar, bitki və heyvan yağları) olması; 
yaxın gələcəkdə qiymətlərin dəyişə biləcəyi ehtimalı; 
mövsüm xarakterli dəyişikliklər; əhalinin zövq və istəyi, 
yaxud dəb dəyişiklikləri; ailə tərkibi, əhalinin yaş və cins 
tərkibi; müxtəlif xəbərlər və şayiələr bəzən müsbət, bəzən 
də mənfi rol oynayaraq, tələblə-təklifə hiss olunacaq dərə-
cədə təsir göstərə bilir. 
Təklifə də, qiymət amillərilə yanaşı, qeyri-qiymət 
amilləri də öz təsirini göstərə bilir. Bu amillərdən istehsa-
lın texnika və texnologiyasının təkmilləşdirilməsini; əvəz-
edici əmtəə və xidmətlərin bazara çıxarılmasını; satıcıların 
sayının artıb-azalmasını; məhsul bolluğu yaxud qıtlığını; 
reklam vasitələrinin rolunu göstərmək olar. 
b)
 
Təsərrüfat həyatı təcrübəsindən məlumdur ki, bazar-
da hər hansı bir əmtəənin (xidmətin) qiymətinin dəyişməsi
yəni onun bahalaşması, yaxud ucuzlaşması şübhəsiz tələb və 
təklifin də həcmində müəyyən dəyişikliklər yaradır. 


171 
Qiymətlə, məhsulun satış həcmi arasında olan bu sıx, 
dialektik, üzvi asılılıq tələb və təklifin elastikliyi anlayışı-
nın əsasını təşkil edir. Lakin unutmaq olmaz ki, insanların 
tələbatları, zövqləri, imkanları müxtəlif olduğundan tələb-
lə-təklifin dəyişməsinin nəticələri həmişə eyni cür alınma-
yacaqdır. Bu halda müxtəlif variantlar qarşıya çıxa bilər: 
a) Tələb artarsa, təklif isə dəyişməz qalarsa, qiymət 
yüksələcəkdir; 
b) Tələb azalarsa, təklif isə dəyişməz qalarsa, qiymət 
aşağı düşəcəkdir; 
c) Təklif artarsa, tələb isə dəyişməz qalarsa, qiymət 
aşağı düşəcəkdir; 
ç) Təklif azalarsa, tələb isə dəyişməz qalarsa, qiymət 
yüksələcəkdir. 
İqtisadi nəzəriyyədə tələb və təklifin elastiklik səviy-
yəsini müəyyənləşdirib təyin etmək üçün 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin