175
(satıcıların) əsas məqsədi, cəmiyyətin ictimai və insanların
fərdi tələbatlarını hərtərəfli ödəmək əsasında yüksək
(maksimum) mənfəət əldə etməkdir. Alıcıların (istehlakçı-
ların) məqsədi isə gəlirləri dairəsində, şəxsi zövq və istək-
lərinə
uyğun olaraq, bazarda formalaşmış qiymətlər əsa-
sında öz müxtəlif tələbatlarını, ehtiyaclarını ödəmək və
bundan maksimum faydalanmaqdır.
Bazar münasibətləri şəraitində son söz alıcıya məx-
susdur və o, öz seçimində sərbəstdir. Lakin arzu
və imkan-
la, qiymət və gəlirlə, şəxsi zövq və müasir dəblə məhdud-
laşan bu ziddiyyətli "nisbi sərbəstlik", alıcını tarixən hə-
mişə seçim problemi,
nəyə üstünlük vermək məsələsi,
hansı məhsul-xidmətin nə dərəcədə faydalı olması sualı ilə
qarşılaşdırmışdır.
İnsanlar təhsil alanda da, ailə quranda da, gün ərzin-
də vaxtlarını böləndə də, gələcək inkişaf perspektivləri
barəsində
düşünəndə də, bir sözlə istəyib-istəməsələr də,
ictimai və şəxsi həyatlarında, məişət və davranışlarında,
sövdələşmə və alqı-satqı münasibətlərində seçimlə rastla-
şır,
müəyyən qərara gəlir, nəhayət fəaliyyətlərini davam
etdirirlər.
Müasir şəraitdə elmi-praktik əhəmiyyət kəsb edən
Dostları ilə paylaş: