181
bər olunması işində də olduqca mühüm rol oynayırlar.
Qeyd etmək lazımdır ki, fond birjalarında qiymətli
kağızların alqı-satqısı, orada hökm sürən tələb və təklifin
təsiri altında dəyişən müəyyən birja məzənnəsi (kursu)
əsasında baş verir. Bu məzənnənin səviyyəsinə isə məntiqi
və təbii surətdə, qiymətli kağızlardan götürülən gəlirin,
yaxud dividentin, habelə bankların kreditlər üzrə borc
faizinin həcmi öz təsirini göstərir.
Təsadüfü deyildir ki, müasir bazar iqtisadiyyatı
şəraitində fond birjaları iqtisadi sistemin əsas hərəkətverici
qüvvələrindən biri və onun barometri sayılır.
Dostları ilə paylaş: