184
MÖVZU 12.
BAZAR RƏQABƏTİ VƏ İQTİSADİYYATDA
İNHİSARÇILIQ
a)
Rəqabətin mahiyyəti və məzmunu.
b)
Rəqabətin tipləri və modelləri.
c)
İqtisadiyyatda inhisarçılıq və onun tarixi formaları.
ç) İnhisarçılığın sosial-iqtisadi nəticələri.
d)
Antiinhisar qanunları və dövlətin bu istiqamətdə tədbir-
ləri.
a)
Latın dilindən götürülmüş "konkurent" sözü, "toq-
quşma", "yarış", "qarşıdurma" mənasını verərək, rəqabət
anlamında bazar iştirakçıları arasında daha yaxşı istehsal
şəraiti, əmtəə-xidmətlərin satışı, yüksək mənfəət əldə et-
mək uğrunda müxtəlif (qanuni və qanunsuz) üsullarla apa-
rılan iqtisadi mübarizə formalarıdır.
Rəqabətin meydana çıxması, tarixən xüsusi mülkiy-
yətin formalaşması və cəmiyyətdə
əmək bölgüsünün ge-
nişlənib-dərinləşməsi nəticəsində, əmtəə-pul münasibətlə-
rinin inkişafı ilə bağlıdır. Rəqabət bazarın təbiətinə və
ruhuna xas keyfiyyət kimi alqı-satqı sövdələşmələrinin
reallaşdırılmasında həlledici rol oynayır. Rəqabət mübari-
zəsi prinsipləri bazarda qiymətləri,
tələb-təklifi, istehsalın
həcmini tənzimləyir, məhsul və xidmətlərin bolluğunu
yaradır, alıcıların zövqünə, habelə alıcılıq qabiliyyətinə
uyğun dəyişiklikləri çevikliklə nəzərə alır. Bazarda rəqa-
bət mühitinin olması həm istehsalçılar arasında,
həm isteh-
salçılarla istehlakçılar arasında, həm də istehlakçıların
185
(alıcıların) özləri arasında gedən aşkar-gizli mübarizəni
əks etdirir.
Rəqabət mübarizəsi bazar iştirakçılarını həmişə tə-
ləb-təklif dəyişikliklərini nəzərə almağa məcbur edir, is-
tehsal-xidmət dairəsinin fəaliyyətini,
işini təkmilləşdir-
məyə həvəsləndirir, istehsalın gələcək inkişafı üçün işgü-
zar maraq yaradır. Tanınmış iqtisadçı alim və mütəxəs-
sislər rəqabəti "yeniliklə köhnəliyin mübarizə meydanı"
(J.Şumpeter), "yeni imkanlar açan bir vasitə" (F.Xayek),
"istehsalın strukturunun kəmiyyət və keyfiyyət təkmilləş-
diricisi" (C.Robinson, E.Çemberlin)
kimi qiymətləndir-
mişlər.
Rəqabət mübarizəsi mühitində bazar iştirakçılarının
müəyyən uğurlar qazanmaq imkanları olduğu kimi eyni
zamanda qazandıqlarını itirmək, hətta tamam müflis ol-
maq təhlükəsi, riski də vardır. Ona görə də sahibkarlar və
şirkətlər həmişə müxtəlif istehsal-xidmət məsələlərində
bir-birini qabaqlamağa, texniki-iqtisadi göstəricilərini yax-
şılaşdırmağa, reklam təbliğatından daha dolğun surətdə
faydalanmağa çalışırlar.
Belə
bir mürəkkəb və ziddiyyətli, çox vaxt son iqti-
sadi-sosial nəticələrini əvvəlcədən müəyyənləşdirmək çə-
tin olan bazar münasibətləri şəraitində aparılan qeyri-
bərabər rəqabət mübarizəsi bəzən zəifləyib, bəzən güclən-
sə də, lakin heç vaxt dayanmamış, həmişə olmuş,
indi də
var, şübhəsiz gələcəkdə də olacaqdır.
Görkəmli iqtisadçı, rəqabət problemi üzrə məşhur
mütəxəssis
Dostları ilə paylaş: