Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə101/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   160
Mikroiqtisadiyyat (1)

b)
 
Bazar münasibətləri iqtisadi sistemi reallığında, 
sahibkarlıq və işgüzar biznes fəaliyyətinin səmərəliliyinin 
yüksəldilməsinin əsas şərtlərindən sayılan rəqabət mübari-
zəsini başqa üsullarla əvəz etmək, yaxud onu inzibati 
yollarla məhdudlaşdırmaq, hətta qadağan etmək cəhdləri 
həmişə uğursuzluqla nəticələnmişdir. Çünki bəşəriyyətin 
çoxəsrlik təsərrüfat həyatı təcrübəsi sübut etmişdir ki
bazar yalnız rəqabət prinsipləri əsasında inkişaf edib tək-
milləşərək, cəmiyyətə və sosial-iqtisadi inkişafa xidmət 
göstərə bilər. Rəqabətin aparılmasının başlıca məqsədi isə 
bazar subyektlərinin, yəni həm satıcıların, həm də alıcı-
ların 
azad, sərbəst, müəyyən olmuş qayda-qanunlara 
riayət etmək əsasında daha yüksək mənfəət əldə etməkdir. 
 
İqtisadi nəzəriyyədə bazardakı rəqabətin mahiyyətin-
dən asılı olaraq, bu rəqabətin sərbəst və inhisarçı kimi 2 
tipi; 4 modeli (mükəmməl, inhisarçı, oliqapoliya, xalis in-


188 
hisar) təhlil olunur. 
 Mükəmməl 
(kamil, azad, sərbəst, sağlam) rəqabət 
bazarında, eyni adlı məhsul istehsalçıları-satıcıları ilə is-
tehlakçılar arasında, hamı tərəfindən qəbul olunmuş "gö-
rünməz əl" (A.Smit) prinsipi əsasında normal, halal rəqa-
bət mübarizəsi gedir. Bu rəqabətin məntiqi və mahiyyəti 
onunla izah olunur ki, bazarda eyni adlı, standart məhsul 
istehsal edib satışa çıxaran çoxsaylı şirkətlər, habelə say-
sız-hesabsız alıcılar iştirak edirlər. 
Məhsul istehsalçıları əmtəə-xidmətlərin satış həcmi-
nin, miqdarının müəyyənləşdirilməsində, alıcılar isə öz 
konkret seçimlərində sərbəst olduqları halda, onlar qiy-
mətlərə təsir göstərə, başqa istehsalçıların, yaxud alıcıların 
işinə qarışa və digərlərinin bazara daxil olmasına mane ola 
bilməzlər. 
Buna səbəb odur ki, həm çoxsaylı istehsalçılar, həm 
də alıcılar vahid rəqabət bazarının eyni hüquqlu iştirak-
çıları kimi ayrı-ayrılıqda hərəkət etdiklərindən, "dağınıq" 
olduqlarından, müstəqil sürətdə qərarlar qəbul etdiklərin-
dən, onların bazarda baş verən proseslərə, xüsusilə qiy-
mətlərin formalaşmasına təsiri çox az olub, yox dərəcəsin-
dədir. 
Məsələn taxılçılıqla məşğul olan fermer, ayaqqabı is-
tehsal edən şirkət, mebel istehsalçısı "böyük" rəqabət ba-
zarının "kiçik" iştirakçısı olduğundan, istər istehsalın 
ümumi həcminə, istərsə də orada formalaşan qiymətlərə 
təsir göstərmək imkanlarından məhrumdur. Çünki azad 
rəqabət bazarında qiymətlər əvvəlcədən verilmiş, kənar 
(ekzogen) kəmiyyət olduğundan, bazarın hər bir iştirakçısı 
bu "oyun qaydasını" qəbul etməlidir. Rəqabət bazarının bu 
qaydalarını bəyənib-bəyənməmək olar, lakin onun "iqtisa-


189 
di oyun qaydalarını" ləğv etmək mümkün deyildir. Bunun 
üçün cəmiyyətin təsərrüfat həyatı və iqtisadi münasibətlər 
sistemi dəyişməlidir. Sərbəst rəqabət bazarının fərqlən-
dirici xüsusiyyətləri kimi aşağıdakıları göstərmək olar: 
1.
Bazarda öz məhsul-əmtəə və xidmətləri ilə iştirak 
edən istehsalçıların (satıcıların), eyni zamanda istehlak-
çıların (alıcıların)sayı çoxdur. 
2.
Sərbəst rəqabət eyni adlı, çeşidli, standart əmtəə- 
məhsulları əhatə edir və onlara aiddir. 
3.
Bazarda qiymətlər üzərində nəzarət yoxdur, o 
tələb-təklif qanunu əsasında formalaşır. 
4.
Sərbəst rəqabət bazarına daxil olmaq, orada isteh-
salçı-satıcı və istehlakçı-alıcı kimi iştirak etmək, yaxud bu 
bazarı tərk etmək üçün heç bir ciddi maneə yoxdur. 
5.
Bu bazar haqqında məlumat toplamaq və orada 
gedən prosesləri izləmək, hamı üçün açıqdır. 
Qeyd etmək lazımdır ki, sərbəst (azad) rəqabət ba-
zarı anlayışı nəzəri, abstrakt bir model olub, real həyatda 
çox az, məsələn taxıl, qiymətli kağızlar, balıq, gül-çiçək
tez xarab olan məhsullar, valyuta bazarlarında təsadüf olu-
nan haldır. Lakin bu sadə bazar vəziyyəti, bir çıxış nöqtəsi 
kimi başqa tip bazar modellərini təhlil etmək üçün nümu-
nədir. 
Mükəmməl (sərbəst) rəqabət bazarının əksi, 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin