təbii inhisar
- istehsalın miqyas, həcm, sahə, texniki-tex-
noloji xüsusiyyətlərinə görə rəqabətin özünü doğrultma-
dığı, yaxud məqsədəuyğun hesab edilmədiyi və bazarın
əmtəə-xidmətlərə olan tələbatının minimum xərclərlə başa
gəlməsini təmin edən inhisarçı təsərrüfatçılıq fəaliyyəti
formasıdır.
Təbii inhisar anlayışı ilk dəfə 1838-ci ildə fransız
iqtisadçısı A.Kurno tərəfindən elmi dövriyyəyə daxil edil-
mişdir. Bu sözün hərfi mənası - ictimai, yəni dövlət təmi-
natlı xidmətlər göstərilməsi və məhsullar istehsalının, cə-
miyyətin müxtəlif təyinatlı tələbatlarının ödənilməsinə yö-
nəldilməsidir.
Müasir iqtisadi inteqrasiya və qloballaşma proseslə-
rinin genişlənib-dərinləşdiyi bir şəraitdə, müxtəlif ölkələ-
193
rin təsərrüfat həyatında, həm dövlət mülkiyyətində, həm
də xüsusi (səhmdar, korporasiya) mülkiyyətdə olan təbii
inhisarlar fəaliyyət göstərirlər. Onların çoxcəhətli fəaliy-
yəti ölkənin müvafiq qanunları və dövlətin iqtisadi tən-
zimləmə tədbirləri vasitəsilə həyata keçirilir.
Dünya təsərrüfat həyatı təcrübəsi sübut edir ki, təbii
inhisarlara cəmiyyət üçün sosial əhəmiyyətə malik, ictimai
istifadədə olan, xüsusi və dövlət mülkiyyətindəki
energe-
tika, qaz-yanacaq sistemi, dəmir yolu nəqliyyatı, met-
ro, müxtəlif təyinatlı yeraltı-yerüstü kəmərlər, rabitə-
poçt xidməti, telefon, kabel televiziya şəbəkəsi və sairə
daxildir. Təbii inhisarların fəaliyyətinin şərtləndirən sə-
bəblər aşağıdakılardır:
a)
dünyanın müxtəlif ölkələrində, o cümlədən də
Azərbaycan Respublikasında, müəyyən istehsal-xidmət
sahəsinin bir şirkət (birlik) bazasında, daha az xərclərlə,
konkret ərazidə, tələb olunan həcmdə və səviyyədə fəaliy-
yətinin daha səmərəli təşkilinin mümkün olması;
b)
təbii inhisarların məhsul istehsalı və xidmətlər
göstərməsi (satışı) həcminin, həmin sahənin texniki-tex-
noloji xüsusiyyətləri nəzərə alınmaqla, minimum xərclərlə
fəaliyyətinə imkan yaratması;
c)
təbii inhisarların fəaliyyət göstərdiyi istehsal-
xidmət sahələrində, bazar münasibətləri iqtisadi sisteminə
xas olan rəqabət mübarizəsinin, son iqtisadi-sosial nəticə-
lər baxımından məqsədəuyğun və səmərəli sayılmaması;
d)
təbii inhisarların fəaliyyətinin məhdudlaşdırılma-
sı, yaxud qadağan olunması xəttinin, iri məbləğdə inves-
tisiyalarla bağlı olub, həmin sahələrin maddi-texniki baza-
194
sının, texnologiyasının, infrastrukturunun yenidən qurul-
ması prosesinin zəruriliyi.
Bu səbəb və özünəməxsus cəhətlər, təbii inhisarların
ölkənin təsərrüfat həyatındakı zəruriliyini şərtləndirməklə
yanaşı, eyni zamanda onların işinə təkcə
Dostları ilə paylaş: |