Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə111/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   160
Mikroiqtisadiyyat (1)

Sindikat

eyni cür əmtəələr istehsal edən müəssisə-
lərin elə birliyidir ki, burada istehsal vasitələri (bina, ava-
danlıq, dəzgahlar, xammal, materiallar) sindikata qoşulan-
ların öz xüsusi mülkiyyətində qalır. 
Bu müəssisələrdə hazırlanmış məhsullar isə sindikatın 
ixtiyarına keçir. Deməli, istehsal inhisarçılığının bu forma-
sında, istehsalçının (müəssisənin, birliyin) bazarla olan əla-
qəsi kəsilir. Sindikat iştirakçıları istehsalçılarının (müəs-
sisələrinin) hazırladıqları məhsulların reallaşdırılması (sa-
tışı) ilə xüsusi bir təşkilat, yaxud qurum məşğul olur. Əldə 
olunan gəlirdən (mənfəətdən) sindikat iştirakçılarına sa-
zişlə razılaşdırılmış qaydada müəyyən pay, haqq verilir. 
Trest
 
- istehsal inhisarçılığının daha yüksək bir for-
masıdır. Bu inhisar formasında ayn-ayn sahibkarlar öz 
mülkiyyətlərini (müəssisələrini) birləşdirərək, bir növ 
ümumi, birgə mülkiyyət yaradırlar. Trest iştirakçıları, öz 
kapitallarının həcminə uyğun trestin səhmlərini alır və 
onun idarə olunmasında iştirak edirlər. Onlar öz səhmləri-
nə müvafiq gəlir götürür, divident alırlar. 
İnhisarın bu formasında təkcə oxşar sahələr deyil, 
eyni zamanda əlaqəli sahələr də birləşib (məsələn, daş kö-
mür, metallurgiya, maşınqayırma sahələri) müəyyən bir 
trest yarada bilərlər. 


205 
Konsern
 
- daha geniş əhatəyə malik olub, özündə 
müxtəlif sənaye sahələrini, ticarət şirkətlərini, bankları, 
nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Dünya 
təsərrüfat həyatı təcrübəsi və ayn-ayn ölkələrin nümunəsi 
təsdiq edir ki, trestlər tədricən konsernlərə çevrilmişlər. 
Konsorsium
 
- iri miqyaslı layihələrin həyata keçiril-
məsi üçün yaradılır. Bu cür inhisarlar iri layihələri həyata 
keçirmək üçün maliyyə, ticarət, texniki, istehsal imkan-
larını özlərində birləşdirirlər. Məsələn, Azərbaycan Dövlət 
Neft Əməliyyatları Birliyi Şirkəti (ADNƏBŞ) buna misal 
ola bilər. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin