207
2. İstehlakçı inhisarçılığı
(monopsoniya), bazarda
çoxlu sayda satıcı olduğu halda, yalnız bir alıcının olduğu-
nu nəzərdə tutur. Buna misal kimi pambıq, yun, çay, bara-
ma, mürəkkəb mexanizmlər, xüsusi avadanlıqlar, dağ-mə-
dən sənayesində istifadə olunan ağır yük maşınlarını gös-
tərmək olar ki, nəticədə yüksək mənfəət əldə etmək imka-
nı yaranır.
3. Təşkilati inhisarçılıq,
istehlakçı
birliklərin forma-
laşdırılması, müxtəlif sahələr üzrə, yaxud sahələrarası,
yaxud da regional (bölgə) qurumların, təşkilatların yara-
dılması ilə səciyyələnir. Bu istiqamət bütövlükdə iqtisa-
diyyatın inhisarlaşma səviyyəsinin
yüksəlməsini təmin et-
sə də, milli iqtisadiyyatlar üçün müəyyən problemlər yara-
dır.
4. İdarəetmə inhisarçılığında
dövlət və onun müva-
fiq orqanları, ölkənin təsərrüfat həyatının konkret subyekt-
ləri kimi iqtisadiyyatın müxtəlif istehsal-xidmət dairəsi
sahələrinin tənzimlənməsində, habelə fəaliyyətində iştirak
edirlər. Bu meyl, inzibati-amirlik sistemlərinə və totalitar
siyasi-ictimai quruluşlara xas olan bir cəhətdir.
ç)
İqtisadçılar və mütəxəssislər arasında
uzun illər-
dən bəri mübahisələr davam etməkdədir ki, istər tarixən
keçdiyi ziddiyyətli inkişaf yolu və onun müəyyən (konkret
mərhələləri, istərsə
də müasir iqtisadi inteqrasiya, qlobal-
laşma prosesləri, tədricən vahid
dünya təsərrüfat siste-
minin formalaşması baxımından, inhisar birliklərinin müx-
təlif şirkətlərinin rəqabət mühitindəki fəaliyyəti öz sosial-
iqtisadi nəticələrinə görə, bütövlükdə cəmiyyət üçün nə
dərəcədə səmərəlidir? .
Bir qrup iqtisadçının fikrincə, onların öz texniki-tex-
noloji və investisiya imkanlarından
daha səmərəli, habelə
208
uzaqgörənliklə istifadə edərək, mənfəətini artırmaq nami-
nə, bu işlərə müsbət təsir göstərirlər. Bu tərəqqinin üstün-
lüklərini ABŞ
Dostları ilə paylaş: