- ın,
İngiltərənin, Almaniyanın, Yaponiyanın,
Fransanın "Ford", "Ceneral Motors", "Mikrosoft", "Si-
mens", "Sony” və digər iri şirkətlərin təcrübəsi sübut edir.
İnhisarların fəaliyyətini müsbət qiymətləndirənlər
qeyd edirlər ki, bu tipli rəqabət bazarında nisbi qiymət
tarazlığının olması, həm iri şirkət
və korporasiyaların öz
mənfəətləri, həm də bütövlükdə cəmiyyət üçün ümumiy-
yətlə səmərəli sayılmalıdır. İndiki inkişaf mərhələsində,
dünya ölkələrinin daxili və beynəlxalq bazarda əmək böl-
güsü prinsipləri əsasında yerləşməsi, habelə fəaliyyət xü-
susiyyətlərinin obyektiv təhlili göstərir ki, oliqopoliya ba-
zarları
inflyasiya proseslərinə, işsizliyə qarşı nisbətən
daha
davamlıdırlar.
Bu istiqamətdə qeyri-qiymət rəqabətinin fərqli (dif-
ferensial) məhsul buraxılışı təşkil etmək, rəqib şirkətlərlə
kəskin ziddiyyətlər yaratmamaq, düşünülmüş reklam təbli-
ğatı aparmaq, kreditlə satışı genişləndirmək, alıcılara gü-
zəştə getmək, müştərilərə xidmət səviyyəsini getdikcə
yaxşılaşdırmaq xətti, onların müxtəlif sponsorluq və xey-
riyyəçilik tədbirlərində iştirak etmək kimi üsulları müsbət
qiymətləndirilməlidir.
fv7tjt^2C^dw\ İnhisar birliklərinin fəaliyyətinin antiinhisar qanunla-
rının tələbləri
çərçivəsində məhdudlaşdırılması və dövlətin
iqtisadi tənzimləmə siyasətinin ardıcıllıqla həyata keçiril-
məsi, dəyişkən bazar konyukturası şəraitində, şübhəsiz
mühüm rol oynayır.
Eyni zamanda bu şirkətlərin rəqabət bazarındakı
fəaliyyətlərinin
qiymətqoyma, istehsal həcmindəki enib- qalxma meylləri, gəlir və mənfəətlərini hədsiz yüksəlt-
209
mək səyləri, reklam oyunları və təbliğatına sərf olun-