201
istehsalında 90 faiz, mis filizi istehsalında 95 faizdir.
Oliqopoliya rəqabət bazarının xarakterik əlamətləri
kimi aşağıdakılar qeyd olunmalıdır:
-
istehsal-xidmət sahələrində
bir neçə iri şirkət
üstünlük təşkil edir;
-
bu iri oliqopoliyalarin istehsal etdikləri məhsullar
və göstərdikləri müxtəlif təyinatli xidmətlər standart, ya-
xud fərqli (differensial)
ola bilər;
-
oliqopoliya rəqabəti mühitində fəaliyyət göstərən
iri şirkətlərin istehsal həcmləri onların sahənin bazar
təklifinə və qiymətlərin səviyyəsinə təsir göstərməyə im-
kan verir;
-
həmin şirkətlərin nəhəng miqyaslari, mürəkkəb tex-
niki-texnoloji xüsusiyyətləri, daxili və beynəlxalq iqtisadi-
ticarət
əlaqələrindəki üstünlükləri, buraya daxil olmaği
son dərəcə çətinləşdirir, bəzən isə mümkünsüz edir;
-
oliqopoliya şəraitində fəaliyyət göstərən
şirkətlərin
və sahələrin məhsul-xidmətlərinə olan tələb əyrisi, inhi-
sarçı rəqabət mühitindəki tələb əyrisinə oxşardır.
Müasir şəraitdə daxili və xarici bazarlarda öz fəaliy-
yətlərini genişləndirən oliqopoliyaların istehsal həcmi,
müəyyənləşdirdikləri qiymətlərlə bağlı bir-birilə qarşılıqlı
əlaqədə olduqlarından, öz mənfəətlərini artırmaq məqsədi-
lə razılaşmalara, hətta bəzi hallarda birləşməyə getsələr
də, lakin həmişə öz taktikalarını, davranışlarını
dəyişmə-
yə, verdikləri sözü pozmağa hazırdırlar.
c)
Bazar iqtisadi münasibətləri sistemi tarixən icti-
mai əmək bölgüsünün genişlənib-dərinləşməsi, əmtəə-pul
münasibətlərinin sürətli inkişafı,
beynəlxalq iqtisadi-tica-
rət əlaqələrinin yeni sahələri əhatə etməsi təməlində, xüsu-
202
si mülkiyyət, istehsalçıların iqtisadi sərbəstliyi və rəqabət
mübarizəsi ilə bağlı formalaşmışdır.
Müxtəlif ölkələrin təsərrüfat həyatının keçdiyi mürək-
kəb və ziddiyyətli inkişaf yolu təcrübəsi təsdiq etmişdir ki,
Dostları ilə paylaş: