142
qaldıqda, inflyasiya nəticəsində onun öz əvvəlki alıcılıq
qabilliyyətini itirməsi, həmin məbləğin dəyərinin azalması
təhlükəsi vardır.
Yığımı şərtləndirən səbəblərdən biri də insanların, fi-
ziki və hüquqi şəxslərin bu yoldan istifadə etməklə, malik
olduqları pulun alıcılıq qabiliyyətini indiki zamandan gə-
ləcəyə köçürmək arzusudur. Bazar münasibətləri şəraitin-
də, obyektiv-subyektiv amillərlə əlaqədar, istehsal və təda-
vül prosesləri zəiflədiyindən, habelə qənaət rejimi ilə bağlı
pul ehtiyatı yarana bilir. Baş verə biləcək müxtəlif gözlə-
nilməz təsadüflərdən qorunmaq üçün də, bazar subyektlə-
rinin müəyyən məbləğdə pul ehtiyatına, yığıma malik ol-
ması, təbii hal kimi qəbul olunmalıdır.
Əvvəllər pul yığım və xəzinə formasında ayrı-ayrı
əllərdə toplanır, istifadəsiz qalır, gələcək üçün saxlanılır,
yaxud borc (kredit) kimi başqalarına təklif olunurdusa,
sonralar bu mühüm işlə müxtəlif ölkələrin geniş banklar
şəbəkəsi məşğul olmağa başladı.
Dostları ilə paylaş: