133
Bu mərhələdə mövcud istehsal əlaqələri genişlənir,
həmin əlaqələr təsadüfü deyil, daha sabit xarakter daşıyır.
Lakin cəmiyyətin və təsərrüfat həyatının inkişafı ilə
əlaqədar, tədricən bu forma da insanları qane etmir. Get-
dikcə ümumi əmtəələr kütləsi içərisindən, müxtəlif ölkə-
lərdə elə bir əmtəə (xəz, duz, çay, qoyun) ayrılır ki, o bir
növ ümumi ekvivalent rolunu oynamağa başlayır.
Məsələn:
_
ə
}
ə
ə
Bu dəyər forması
mərhələsində, ümumi ekvivalent
rolunu oynayan bir neçə, yaxud bir əmtəənin əvəzinə, istə-
nilən bir sıra əmtəələri əldə etmək mümkündür. Çünki
ümumi ekvivalent rolunu oynayan əmtəə, ümumi müba-
dilə olunmaq xüsusiyyətinə (xassəsinə) malikdir.
Bəşəriyyətin tarixi inkişaf
yoluna nəzər salsaq görə-
rik ki, konkret coğrafi mühit və əhalinin ənənəvi xüsusiy-
yətləri (mentaliteti) ilə bağlı olaraq, ümumi ekvivalent
vəzifəsinə müxtəlif ölkələrdə mal-qara, balıq qulağı, metal
və sairə yerinə yetirmişdir. Əmtəələrin mübadilə prosesi
daha da genişlənib, yerli bölgə və bazar hüdudlarını aşdıq-
ca, vahid bir əmtəənin ümumi ekvivalent kimi sabitləş-
məsi zərurəti yaranır. Həmin əmtəə isə puldur. Pul və
onun müxtəlif ölkələrdəki nişanları
- ümumi ekvivalentin
bitmiş və son forması olub, əmtəənin istehlak dəyəri ilə
mübadilə dəyərini özündə üzvü surətdə birləşdirən xüsusi
bir əmtəədir.
Tarixi inkişafın ayrı-ayrı mərhələlərində pul rolunu
134
müxtəlif ölkələrdə və xalqlarda dəmir, mis, taxta, gümüş,
qızıl, kağız, plastik lövhələr oynamışdır. Tədricən dünya-
nın bir sıra dövlətlərində xüsusi
pul kəsən emalatxanalar
yaranıb, fəaliyyətə başlamışdır. İndiyədək arxeoloqlar
dünyanın müxtəlif ölkələrində, o cümlədən də Azərbay-
canda yerli zərbxanalarda, habelə yaxın və uzaq ölkələrdə
hazırlanmış pullar tapırlar.
Pul rolunu müxtəlif əmtəələr yerinə yetirsə də, lakin
tədricən bu rol qızıla nəsib olmuşdur. Qızıl
öz təbii və
kimyəvi xassələrinə görə ümumi ekvivalent rolunu daha
yaxşı yerinə yetirir. Qızıl mübadilə vasitəsi və ümumi
ekvivalent kimi çoxdan məlum olsa da, lakin onun əsl
hökmranlığı XIX əsrdən başlanmış,
müəyyən istisnalarla
indiyədək davam etməkdədir.
Dostları ilə paylaş: