Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə70/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   160
Mikroiqtisadiyyat (1)

b)
 
Dəyər kateqoriyası hər bir əmtəənin təbii və icti-
mai xassəsidir. Dəyəri, onun əmtəədəki varlığını hər hansı 
bir fiziki, yaxud kimyəvi üsullarla aşkar etmək mümkün 
deyildir. Dəyər öz xassəsini əmtəə istehsalçılarının bazar 
sövdələşmələrində, münasibətlərində, qarşılıqlı mübadilə-
lərində üzə çıxarır. 


131 
Müxtəlif istehsalçılar öz əmtəələrini onlara lazım 
olan başqa əmtəələrə mübadilə etdikdə, yaxud müəyyən 
qiymətə satdıqda dəyərin mahiyyəti aydınlaşır. 
Öz dəyərini (A) başqa bir əmtəədə (B) ifadə, edən 
əmtəə - nisbi dəyər forması adlanır. Başqa əmtəənin (A) 
dəyərini ifadə edən əmtəə - (B)- ekvivalent dəyər forması 
adlanır. Deməli, nisbi və ekvivalent dəyər formaları, eyni 
dəyər ifadəsinin bir-birindən asılı, eyni zamanda bir-birinə 
əks olan tərəfləridir. 
Məsələn: 1 balta = l qoyuna 
10 balıq = 1 səbət meyvəyə 
1 kisə taxıl = l ov alətinə mübadilə oluna bilər. 
Bu misalda balta, balıq, taxıl nisbi, qoyun, meyvə, ov 
aləti isə ekvivalent dəyər forması rolunu oynayır. 
Qeyd etmək lazımdır ki, nisbi dəyər forması aktiv, 
fəal, üstün; ekvivalent dəyər forması isə passiv, seyrçi rol 
oynaması ilə fərqlənir. Çünki, ekvivalent (passiv) əmtəə, 
başqa (aktiv) olan əmtəənin dəyərini ifadə etmək üçün va-
sitəçi rolunu oynayır. Baltanın qoyuna və taxılın ov sila-
hına mübadiləsi göstərir ki, onların istehsalına təxminən 
eyni əmək sərf olunmuşdur, habelə bu mübadilə hər iki 
tərəfə faydalıdır. 
Şübhəsiz, müxtəlif əmtəə istehsalçıları öz məhsulla-
rını mübadilə edərkən, yaxud satarkən həmin əmtəələrin 
hazırlanmasına sərf etdikləri əməyin kəmiyyəti (miqdarı) 
ilə hesablaşmağa məcburdurlar. Əgər fövqəladə bir hadisə 
baş verməmişsə və ciddi ehtiyac yoxdursa, heç kəs 10 
saata hazırladığı məhsulu, 5 saata başa gəlmiş əmtəəyə, 
yaxud illik zəhmətini 2 aya başa gələn bir işə mübadilə 
etməz. 
Təsadüfi deyildir ki,F.Engels bu məsələni aydınlaş-


132 
dıraraq yazmışdı: «Orta əsrlərdəki kəndli mübadilə 
vasitəsilə əldə etdiyi şeylərin hazırlanması üçün lazım 
olan iş vaxtının qədərini kifayət qədər dürüst bilirdi. Kənd 
dəmirçisi və araba hazırlayanı, həmçinin dərzi və çəkməçi 
kəndlinin gözləri qarşısında işləyirdi».

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin