130
danlıq, alətlər, peşə vərdişləri, ixtisas və ustalıq lazımdır.
Xalq arasında
əbəs yerə demirlər ki, «çörəyi çörəkçiyə
yapdır, hər işi öz ustasına gördür».
Nəzərə almaq lazımdır ki, konkret əmək istehsal
olunmuş, hazırlanmış müxtəlif təyinatlı əmtəələrin isteh-
lak dəyərinin yeganə mənbəyi deyildir. İnsan öz gündəlik
istehsal və xidmət fəaliyyətində
təbiətin ona verdiyi
nemətləri (maddələri) məqsədyönlü, şüurlu surətdə öz
tələbatlarına uyğun formalara salır. Eyni zamanda o öz
biliyi və zəkası ilə təbiətdə
mövcud olmayan birləşmələr,
yeni keyfiyyətlərə malik maddələr yaradaraq, bunlardan
öz konkret məqsədləri üçün bacarıqla faydalanır. Ayrı-ayrı
istehlak dəyərləri, təbiət cisimləri
və insan əməyinin bir-
ləşməsinin şüurlu konkret nəticəsidir.
Mücərrəd, abstrakt əmək dedikdə
- hər hansı bir
əmtəənin (dəzgahın, tikinti materiallarının, ərzağın), yəni
müxtəlif təyinatlı konkret əmək məhsulunun, ümumiyyətlə
insan əməyinin, onun enerjisinin, ağlının, zəhmətinin məh-
sulu kimi başa düşürük. Sözün geniş mənasında, hər əmtəə
dar bir peşə sahibinin konkret əməyinin nəticəsi olmaqla
yanaşı, eyni zamanda ümumi,
bəşəri ictimai əməyin kiçik
hissəsi, sanki vahid materiyanın saysız-hesabsız atom-
larından biridir. Müxtəlif istehsalçıların konkret əməkləri
belə bir ümumi iqtisadi cəhəti ifadə edir ki, konkret forma-
sından asılı
olmayaraq, onların əməyi ümumiyyətlə icti-
mai əmək, yaxud abstrakt və mücərrəd əməkdir.
Dostları ilə paylaş: