MÖVZU 8.
ƏMTƏƏ, DƏYƏR VƏ PUL NƏZƏRİYYƏLƏRİ
a)
Əmtəə-iqtisadi kateqoriya kimi.
b)
Əmtəənin dəyəri və istehlak dəyəri, onların formalaş-
masına təsir göstərən amillər.
c)
Pulun meydana çıxması, mahiyyəti və formaları.
ç) Pulun vəzifələri (funksiyaları).
d)
Pul tədavülü və onun tənzimlənməsi.
a)
Gündəlik həyat və müxtəlif təyinatlı istehsal pro-
sesləri gedişində nemət, məhsul, xidmət, əmtəə kimi iqti-
sadi kateqoriyalarla tez-tez rastlaşırıq.
Təbiətin bəxş etdiyi və insan əməyinin sərf olun-
madığı hava, bulaq suyu, meşələr, təbii sərvətlər nemətdir.
İnsan əməyi ilə yaradılmış, hazırlanmış, becərilmiş,
yetişdirilmiş, lakin satış, bazar, alver üçün deyil, şəxsi
yaxud ailəvi ehtiyac üçün olan şeylər məhsuldur.
Bəs əmtəə nədir və onu nemətdən, xidmətdən fərq-
ləndirən cəhətlər hansılardır?
Əmtəə alqı-satqı obyekti olub, bazar və satış, yaxud
mübadilə, yəni hansısa başqa bir məhsulla, xidmətlə də-
yişdirmək üçündür.
Bu mənada çay və dənizdəki balıq nemətdir, onu öz
ehtiyacımız üçün tutub sərf etsək məhsuldur, lakin bazara
çıxarıb satmaq məqsədiylə ovlasaq, o zaman əmtəədir.
Deməli, meşələrin sərvəti, əkilən taxıl, bağ-bağçadakı
meyvə-tərəvəz, göstərilən müxtəlif xidmətlər öz təyinatı
və istifadəsi baxımından nemət, məhsul, əmtəə kimi
səciyyələndirilə bilər.
127
Nemətlər anlayışı, maddi və qeyri-maddi kimi iki
hissəyə ayrılır. Maddi nemətlərə torpaq, təbii sərvətlər, bi-
nalar, texnika, avadanlıq və müxtəlif təyinatlı materiallar
daxildir. Qeyri-maddi nemətlərə-insanın fiziki və intellek-
tual qabiliyyəti, elm, təhsil, səhiyyə, mədəniyyət, incəsə-
nət sahəsindəki fəaliyyət növləri aid edilə bilər.
Eyni zamanda, istehsalın fasiləsiz davamı və inkişafı
hazırkı (paltar, mebel, qab-qacaq, televizor, raket) məhsul-
larla yanaşı, bunların gələcək model, habelə variantlarının
da olacağını şərtləndirir.
Müxtəlif təyinatlı məhsul və əmtəələr qısamüddətli
(çörək, ət, süd), həm də uzunmüddətli (soyuducu, avtomo-
bil, paltaryuyan maşın) ola bilər.
Əmtəə
- cəmiyyətin və onun üzvlərinin (insanın)
müəyyən bir maddi yaxud mənəvi tələbatını ödəyir, habelə
satış üçün nəzərdə tutulur. Bu iki səciyyəvi cəhət, yəni
müəyyən bir tələbatı ödəməsi və bazara çıxarmaq üçün
hazırlanması, əmtəənin mühüm xassələridir.
Bütün əmtəələrin istehlak dəyəri və mübadilə dəyəri
vardır. Əmtəənin insanların müəyyən bir tələbatını ödə-
məsi, onun istehlak dəyəri adlanır. Buna əmtəənin fayda-
lılığı da deyilir.
Hər hansı bir əmtəənin digər əmtəələrə (xidmətlərə)
dəyişilməsi, onun mübadilə dəyəri, yəni dəyişdirilə bilmək
qabiliyyəti adlanır. Şübhəsiz ki, bu mübadilə (qızıl-taxıla,
dəmir-şəkərə, paltar-meyvəyə) müəyyən bir nisbətlə, ekvi-
valentlik əsasında baş verir. Aristotel, hələ eramızdan əv-
vəl IV əsrdə yazmışdır ki, bərabərlik yoxdursa, mübadilə
də yoxdur, çünki bu prosesdə nisbətlər gözlənilməlidir.
Soruşula bilər ki, insanların son dərəcə müxtəlif
tələbatlarının ödənilməsi üçün bir-birinə mübadilə olunan
128
əmtəələrin (xidmətlərin) dəyişdirilməsinin əsasında nə
durur?
Bu suala müxtəlif dövrlərdə fərqli cavablar verilmiş-
dir. Bəziləri göstərir ki, əmtəələrin mübadiləsinin əsasında
ona sərf olunmuş əmək, digərləri ictimai zəruri iş vaxtı,
başqaları əmtəənin istehsalına çəkilmiş xərclər, bir qismi
əmtəənin faydalılığı, nəhayət tələblə-təklif durur.
Məsələn, klassik iqtisadi nəzəriyyənin banilərindən
biri A.Smit, dəyərin ölçü vahidi kimi bəzən əmtəənin is-
tehsalına sərf olunan iş vaxtı, bəzən də əməyin özünün
dəyərini əsas götürmüşdü.
D.Rikardo isə iddia edirdi ki, dəyərin ölçü vahidi,
istehsalın ən pis şəraitində sərf olunan iş vaxtıdır.
J.Sismondi dəyər kəmiyyətini, cəmiyyətin məcmu
(bütövlükdə) tələbatı ilə onun bu tələbatını ödəmək üçün
lazım olan əməyin miqdarı arasında yaranmış nisbət kimi
izah etmişdi.
K.Marks əmtəənin dəyərini onun istehsalına sərf
olunmuş ictimai zəruri iş vaxtı ilə müəyyənləşdirməyi irəli
sürmüşdü. Avstriya iqtisad məktəbinin nümayəndələri əm-
təənin dəyərini onun faydalılığı ilə ölçməyi zəruri hesab
etmişlər.
P.Samuelson, C.Klark və başqa iqtisadçılar əmtəənin
dəyər kəmiyyətinin ona sərf olunmuş son xərclər əsasında
formalaşdığını göstərmişlər.
Tanınmış ingilis iqtisadçısı A.Marşall dəyər nəzəriy-
yəsi tarixində yenilik yaradaraq, daha doğrusu güzəştli
variant taparaq, dəyərin kompleks amillər (xərclər, fayda-
lılıq, tələb, təklif, qiymət) əsasında formalaşdığını irəli
sürmüşdür.
Müasir dövrdə, bu problem ətrafında iqtisadçılar ara-
129
sında müxtəlif istiqamətlərin nümayəndələri kimi mübahi-
sələr davam etsə də, lakin bir amilə üstünlük vermək fikri
yox, çoxamillilik əsasında dəyərin formalaşması mövqeyi
bəyənilir.
Müxtəlif istehsal proseslərinin bilavasitə, yaxud do-
layı yollarla başlıca amili və əmtəə dəyərinin yaradıl-
masının mühüm şərti olan əmək - sadə, mürəkkəb, konkret
və mücərrəd (abstrakt) kimi səciyyələndirilə bilər.
Əmək
yalnız insana məxsus olub, onun şüurlu və
məqsədyönlü fəaliyyətidir. İstehsal və xidmət dairəsində
çalışan insanlar, fiziki-əqli (zehni) qüvvələrini işə salmaq-
la müxtəlif təyinatlı əmtəələr hazırlayırlar, yaxud xid-
mətlər göstərirlər.
Dostları ilə paylaş: |