Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir


Yeni biliyin öyrədilməsinə xidmət edən  sözlü metodlar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə45/48
tarix25.02.2022
ölçüsü0,98 Mb.
#53079
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   48
Yeni biliyin öyrədilməsinə xidmət edən  sözlü metodlar. 

Bu metodlar  ənənəvi  pedaqoqikada şərh üsulları kimi, gedir. Lakin burada şərhin bütün növləri deyil, 

ancaq yeni biliyin öyrədilməsində daha çox rolu olan  metodlardan  bəhs  ediləcəkdir: izah, nəql, mühazirə, 

müsahibə. 

İzah təlimin ən geniş yayılmış  usuludur. Bu  öyrəniləcək yeni  materialı şifahi söz  vasitəsilə  dəlillərlə 

isbat  etməkdir.  İzah  vasitəsilə    öyrənənlər  yeni    fakt  və  ya    hadisənin,    elmi    təlimatın    səbəb  və  nəticə 

əlaqələrini dərk edir,  mənimsəyir. Bu zaman həm də yeni dərk olunan  material əvvəl dərk  olunmuşlarla  

əlaqələndirilir, beləliklə  də  yeni  öyrənilən  məlum  biliklər  sisteminə  daxil edilir. Məlum    biliklərə   istinad  

edilərək  öyrənilənin yeni cəhətləri aşkar edilir. Bu əlaqə  mədəniyyət müəssisələrindəki texniki-yaradıcılıq 

dərnəklərində  daha    qabarıq  nəzərə  çarpır.  Problemli  izah  vasitəsilə  «kəşf»  edilmiş  elmi    məlumatları 

insanlar  daha  yaxşı  dərk  edirlər.  Belə  dərk  olunmuş  elmi  məlumatlar  onların  malına  çevrilir.  Öyrətmə 

zamanı, daha  döğrusu izah  zamanı müxtəlif  vasitələrdən də  istifadə etmək olar. Yəni  öyrədən öz  fikirini 

daha aydın  izah etmək üçün müxtəlif əyani vasitələrdən, illüstrativ və  demonstrativ vasitələrdən istifadə 



edə  bilər.  İzah  zamanı  həmçinin  öyrətmənin  səmərəliyini  təmin    edən  induktiv  və  dediktiv  təlim  

formalarından  da  istifadə  edilir.  İndiktiv  və  dediktiv  izah    formalarından  istifadə  təlimin  məqsədindən 

asılıdır. İzah  üsulundan dəqiq  elmlərin  mənimsədilməsində daha geniş  istifadə edilir. Humanitar elmlərin 

öyrədilməsi  prosesində  hadisə  və  faktlar  arasında  səbəb  –  nəticə  əlaqələrinin    üzə  çıxarılması  zamanı  da  

izahdan geniş istifadə edilir.  

Nəql yeni materialın  təsvirə əsaslanaraq  öyrədilməsi üsuludur. Nəql vasitəsilə yeni  material  sistemli 

və ardıcıl şəkildə təsvir  edilir. Nəql  müsahibə və izahla əlaqəli şəkildə də aparılır. Nəql şərhin  nisbətən 

asan    forması  olub,  öyrənənləri  az  idraki  çətinliyə  salır.  Nəqldən    öyrətmənin  bütün    dövrlərində    bütün 

siniflərdə, təlim  mərhələlərində istifadə  edilir.  

Nəqlə təlim metodu kimi bir sıra pedaqoji tələbələr verilir: nəql edmi cəhətdən əsaslandırılmış hadisə 

və  faktlara  istinad  etməlidir;  məntiqi  cəhətdən  düzgün  qurulmalıdır; irəli  sürülən    məsələnin doğruluğunu 

sübüt  edən  misallarla  təmin  edilməlidir;  düzgün  planlaşdırmalı,  aydın  şərh  edilməlidir;  əsas  məsələlər 

xüsusilə nəzərə çatdırılmalıdır; sadə, aydın dildə şərh olunmalıdır; nəql ifadəli və emosional  aparılmalıdır, 

nəqlin səmərəlliyi öyrədənin ona diqqətli və hərtərəfli  hazırlığını tələb edir. 

Mühazirə    şərhin  nəqlə  və  izaha    nisbətən  geniş  və    uzunmüddətli  növü  olub  özünün    ciddiliyi, 

prinsipial  cəhətdən  vacib  məsələlərə  həsr  olunması  ilə    xarakterizə  edilir.  Beləki    mühazirə  öyrənənlərin 

başqa mənbələrdən mənimsədikləri məlumat və faktların  ümumiləşdirərək dəqiqləşdirilməsinə həsr edilir. 

Mühazirə  məktəb,  ali  məktəb  və  təlimdən  kənar  müəssisələrdə    olmaqla    müxtəlif    növlərə  ayrılır.    Bu 

mühazirə növləri içərisində  orta məktəb  mühazirəsi konkret  məsələnin  geniş  şərhinə həsr olunması ilə  

fərqlənir.  Mühazirənin  bu    növünün  müddəti  də  öz    qısalığına  görə    digərlərindən  fərqlənir.  Orta  təhsil 

mühazirəsi digər  mühazirə  növlərinə  nisbətən qısa  müddət, 20-30 dəqiqə ərzində aparılır.  İzah və nəqlə  

nisbətən  mühazirə gərgin diqqət tələb  etdiyinə görə onu dinləmək izah və nəqlə nisbətən çətindir. Ona görə 

də    mühazirədən  ancaq  10-11-ci  siniflərdə  məcburi    tələblər,  ehtiyac  olduqda  istifadə  edirlər.  Ali  məktəb  

mühazirəsinə nisbətən orta məktəb  mühazirəsi  aramla, asta-asta aparılır ki, lazımlı hissələri şagirdlər yaza  

bilsinlər. 

Mühazirə ali məktəblərdə ən çox  istifadə edilən təlim üsuludur.Bu  mühazirələr daha geniş məsələlərin 

yığcam  şərhinə  həsr  olunur.  Buna    səbəb ali  məktəb tələbələrinin  yüksək  intellektual inkişafı  və  müstəqil 

işləmə qabiliyyətləridir. Şərh edilən məsələ yığcam şəkildə izah edilir, tələbələrə  nəzəri  istiqamət verilir, 

məsələ  ətrafında daha  geniş və ətraflı işləmə isə  tələbələrin  özlərinə  tapşırılır. Ali  məktəb mühazirəsi  

80-dəqiqə  ərzində  aparılır.  Mühazirə  zamanı  şərh    edilən  məsələlərin  əsas  mahiyyəti    tələbələrə    qeyd  

etdirilir və ya da  mühazirənin məzmunu qısa tezislər şəklində  yazdırıla bilər. 

Mədəniyyət    müəssisələrində  aparılan    mühazirələr  dövrün  aktual    problemlərinə  həsr  edilir.  Bu  

mühazirənin  ən    uzunmüddətli aparılan    formasıdır. Bu    tip  mühazirələr  müxtəlif  yaş  qrupları ilə   aparıla  

bilər.  Yaşlılarla    mühazirələr  müxtəlif  elm  və  ya    texnika  sahəsindəki    yeniliklərə  həsr  edilir.  Bu  tip  

mühazirələr yeni elmi  kəşflərlə yanaşı  qabaqcıl təcrüələrin  tətbiqinə də həsr edilir.  

Müsahibə. 

Müsahibə  təlimin  bütün    mərhələlərində  istifadə  edilən  sual-cavab    üsuludur.Təlim    prosesində 

müsahibənin aşağıdakı növlərini göstərmək olar: 

1.Yeni materialın mənimsənilməsi prosesində. 

2.Biliklərin   möhkəmləndirilməsinə xidmət edən  müsahibə. 

3.Biliklərin yoxlanılması və  qiymətləndirilməsinə xidmət  edən  müsahibə. 

4.Təkrarlama  müsahibəsi. 

Yeni  materialın  öyrədilməsi prosesində  müsahibədən o zaman  istifadə olunur ki,  öyrədilən material 

haqqında öyrənilənlər müəyyən məlumata malik  olsunlar. Müsahibənin bu  növündən ən çox problemli izah 

zamanı istifadə  edilir. Beləki, müəllim  uşaqlara  məlum olan  materialları sual-cavabla üzə  çıxardıqdan 

sonra  onu    evrestik  müsahibə  ilə  yeni  «problemə»  bağlayır,  məntiqi    ardıcılıqla,  düşündürüjc  suallar 

vasitəsilə onları problemin  açılışına  qoşur. Evrestik müsahibə  düşündürücü, araşdırıcı  müsahibədir. Bu 

zaman    öyrənənlər  idraki  fəallıq  gösətərir,    sualın    cavabını  şüurlu  sürətdə  axtarırlar.  Sualların 

qoyuluşundaki məntiqi ardıcılıq isə onların  araşdırmasına, idraki fəaliyyətinə istiqamət verir. Bununla da  

mənimsəmədə  müsahibənin rolu artır, öyrənmə  şüurluluq və  fəallıq  şəraitində keçir.  Müsahibə   müxtəlif  

əşya  və    ya  hadisələr  üzərində  də    aparıla  bilər.  Yeni    materialın  öyrədilməsi  prosesində    müsahibə  həm  

indiktiv həm də dediktiv yolla aparıla bilər. 

     İnduktiv  yolla  müsahibə  zamanı  müəllim,  təlimatçı,  usta  və  digər  öyrətmə  ilə  məşğul  olan  şəxs 

öyrənənləri  onlara  məlum  olan  hadisə,    fakt  və  qanunlara  istinad  edərək  yeni  qənaət,  nəticə    çıxarmağa 

gətirir. 



      Dediktiv müsahibə zamanı isə məlum  həqiqətlər, elmi nəticələr ayrı-ayrı hallar və  vəziyyətlərdə 

tətbiq edilir, tərkib  hissələrinə ayrılır. Materialın  induktiv və  ya dediktiv izahı özü bilavasitə  müsahibədə 

əks olunur.  

     Müsahibə təlimin mürəkkəb   metodu olub onun səmərəli  keçirilməsinə  aşağıdakı tələblər verilir: 

müsahibədə məntiqi ardıcılıq gözlənilməlidir;  qoyulan suallar  təfəkkürü  inkişaf  etdirməlidir; suallar aydın  

şəkildə qoyulmalıdır. 

      Həmçinin  suallara  verilən  cavablara  da  müəyyən  tələblər  verilir.  Beləki,  cavab    aydın  və  məntiqi 

olmalı, cavab verənin  münasibətini əks  etdirməli, təfəkkürün məhsulu olduğunu sübüt etməlidir. 

Biliklərin  möhkəmləndirilməsinə  xidmət edən  müsahibələr də təlimdə böyük  əhəmiyyət kəsb edir. 

Bu tip  müsahibə, əsasən, yeni material öyrədildikdən sonra, yeni  öyrədilmişi daha da  möhkəmləndirməyə 

xidmət  edir.  Bu  müsahibə  bilavasitə  müəllimin  izahından,  yeni  materiala  aid  çalışmalar  icrasından  və  ya 

sonrakı dərsdə ev  tapşırıqlarının  yoxlanılmasından sonra  aparılır.  

Möhkəmləndirmə ilə bərabər  qiymətləndirmə və yoxlama müsahibəsi  də aparıla bilər. İstənilən sual-

cavaba    öyrənənin      bilik  və  mənimsəmə  səviyyəsini  müəyyən  etmək  olar.  Yoxlama    məqsədilə  aparılan  

müsahibə  də  suallar  aydın    qurulmalı,  düşündürücü  olmalı,  qeyri-müəyyən  cavab  üçün  imkan  verən, 

alternativ suallar  verilməməlidir. Suallar  dəqiq, qısa, məntiqi  ardıcılıqla qurulmalıdır. 

Müsahibə üsulu təlimin bütün  mərhələlərində, bütün təlim  tipli  məşğələlərin  hamısında geniş şəkildə 

tətbiq  olunur.  Bura  həmçinin    mədəniyyət    müəssisələrindəki  təlim    işləri,    öyrədici  rejissor  işləri,  ritorik 

xarakterli öyrədici tətbirlərin təşkili və s. daxildir. Belə tip məşğələlərdə çox vaxt  müsahibə  diskusiyalar 

şəklində  aparılır. Diskusiyalar ən çox  ali təhsil müəssisələri, mədəniyyət və incəsənət  müəssisələrindəki 

təlim  işlərində  təşkil  edilir.  Diskusiyalar  zamanı  iştirakçılar  (tələbə,  şagird,  tədqiqatçı  və  s.)  öz  fikirini 

əsaslandırılmış  dəlil  və  sübutlarla  isbat  etməyi  öyrətmək  lazımdır.  Bu  uşaq  və  yeniyetmələrin,  eləcə  də 

böyüklərin əqli inkişafını sistemə salır, onların fikrini  cilalayır, onlarda məntiqi inkişaf etdirir. 

Ekskursiyalar  müstəqillik  elementləri  üstünlük  təşkil  edən  metodlardan  biridir.  Ekskursiya  təlim 

prosesinə  həm  təlim  üsulu  həm  də  təlimin  təşkilat  forması  kimi  daxil    olmuşdur.  Ekskursiyalar  zamanı 

öyrənənlər həm yeni  məlumatlar əldə edir, yeni biliklərə yiyələnirlər, həm də öyrəndiklərini  təkrar  edir, 

hafizədə    möhkəmləndirir,  öyrəndiklərinin  əməli  əhəmiyyəti,  biliklərin  tətbiqi  ilə  bilavasitə  tanış  olurlar. 

Ekskursiyalar zamanı izah və şərhin digər növlərindən də  istifadə edilir. Orta ümumtəhsil məktəblərində, 

orta ixtisas məktəbləri,  peşə  məktəblərində ekskursiyalar  tədris planı və proqramı əsasında xüsusi dərslər 

kimi  aparılır.  Bunlar  tədris  işinin  mühüm  tərkib  hissəsi  hesab  olunur.  Mədəniyyət  müəssisələrində 

ekskursiyalar, əsasən marağa  görə təşkil edilən  məşğələlərdə  təşkil edilir. Məsələn mü\əyyən texniki,elmi 

işin  istehsalda    qoyuluşu  vəziyyətini  öyrənmək  məqsədilə,  həmçinin    məşğələdə  əldə  edilmiş  yeniliyin 

istehsalda tətbiqi və onun əhəmiyyətini öyrənmək məqsədilə ekskursiyalar təşkil edilə bilər. 

Labarator  məşğələlər  və    praktikumlar  da  tədqiqatçılıq    metodlarından  biri  olub,  yeninin  axtarıcılığı 

mənimsəməsində  mühüm  əhəmiyyətə  malikdir.  Praktikum  və  labarator  məşğələlərdən  həmçinin  biliklərin  

möhkəmləndirilməsi  məqsədilə də  istifadə edilir. Bu məşğələlərin xüsusi əhəmiyyəti ondan  ibarətdir ki 

müxtəlif təbii, kimyəvi, texniki hadisələr üzərində uzun  müddət  müşahidə apara və müstəqil nəticə çıxara  

bilirlər.  Məsələn,  bitkilərin  becərilməsi  üzərində  iş,  kimyəvi    reaksiyalarla  yeni  element    və    maddələrin  

alınması və s.  

Mədəniyyət müəssisələrində labarator  məşğələləri  və praktikumlar marağa  görə  təşkil edilir və sırf  

yaradıcılıq  məqsədi daşıyır. Bu  məşğələlərdə yeni bitki növü üzərində iş, yeni texniki yaradıcılıq və s. işlər 

aparılır. 

Kitab  və  müxtəlif  mənbələr  üzərində  iş  həm  biliklərə  müstəqil  yiyələnmə,  həm  də  möhkəmləndirmə 

metodu  kimi  məlumdur.  Bu  üsulla  təhsilin    müxtəlif    mərhələlərində,  həmçinin  təlim  xarakterli  bütün 

fəaliyyət sahələrində geniş istifadə edilir. Təlimin ilk  mərhələlərində kitab üzərində işdən sinifdə və evdə  

istifadə  edilir.  Sinifdə  öyrətmə,  evdə  təkrarlama  və  möhkəmlətmə    vasitəsi  kimi  tətbiq  edilir.  Təlimin 

sonrakı  mərhələlərində  isə  kitabdan  müstəqil  iş  vasitəsi  kimi    istifadə  edilməyə    başlanılır.  Kitab  və  ilk 

mənbələr  üzərində  iş  hər  kəsdən  müəyyən  bacarıq  və  vərdişlərə  malik  olmağı  tələb  edir.  Bu  bacarıq  və 

vərdişlərə  müxtəlif yaddaşlardan istifadə,  sitatlara istinad etmə şərtlərini bilmə, cədvəllərdən istifadə, elmi-

texniki ədəbiyyat oxuma, müxtəlif işarə və   atlaslardan istifadə  və s. daxildir.  

Kitab və ilk mənbələr üzərində iş  insanlara bütün  həyatı  boyunca, fəaliyyəti prosesində lazım olan 

vacib  və  əhəmiyyətli  bir   üsuldur.  Ona  görə  də  təlimin  ilk    günlərindən    başlayaraq  şagird  və  tələbələrdə 

kitab  üzərində    müstəqil    iş  bacarıq  və  vərdişləri    formalaşdırılmalıdır.  Kitab    üzərində    iş  bacarığın  

formalaşdırılmasının insanların gələcək fəaliyyətində böyük əhəmiyyəti vardır. Beləki, bu  təhsilin  bütün  

mərhələlərində  elmi  məlumatları  daha  ətraflı  və  dəqiq    mənimsəmə  üçün,  xüsusi  məqsədli  müstəqil  iş, 

axtarıcılıq işi və onun səmərəliliyini təmin edən mühüm  şərtlərindən biridir. Kitab üzərində iş qaydalarına 

aşağıdakılar aid edilə bilər: öyrədənin izahı ilə kitabda verilənin əlaqələndirilməsi, öyrənilmişlərin təkrarı, 



yarımçıq  öyrənilmiş  materialın  tamamlanması,  çətin  və  anlaşılmayan  ifadə  və    sözlərin    aydınlaşdırılması 

(lüğət üzərində iş), materialın  planlaşdırılması, plan üzrə  materialın  seçilməsi, oxunun şifahi şərhlə ifadəsi. 

Kitab üzərində iş, müəyyən mənada , insanların  fəaliyyətinin  müvəffəqiyyətinin əsasını  təşkil  edir. 

Beləki,    kitabdan  səmərəli  istifadə    qaydalarını  bilən  hər  kəs  həyatda,  müstəqil  fəaliyyətdə    müxtəlif  

mənbələrdən (kitab, maşınlar və yeni  avadanlığı işlətmək və ya  tətbiq etmək üçün verilmiş təlimatlar, arxiv  

materialı, kəşf edilmiş yeniliklər və s.) istifadə edə  bilirlrər. Məsələ, istehsalatda qabağcıl olmaq  dövrün 

iqtisadi  tələblərindən  geri    qalmamaq  elmi-texniki    tərəqqini,    yenilikləri    izləməyi    tələb  edir.  Bu  isə  

sahibkardan və ya  istehsalatçıdan mövcud dövrü  mətbuatı, elmi-texniki  materialları oxuyub dərk etməyi 

tələb edir. Və yaxud mədəniyyət  müəssisələrində təşkil edilmiş dərnəklər özü o zaman səmərəli  nəticə verir 

ki,  iştirakçıların hamısı  mənbələrdən  səmərəli  istifadə edə bilsinlər. 

Ona görə də hələ  təlimin   ilk  mərhələlərindən  başlayaraq  uşaqlarda kitab üzərində işləmə  bacarığı  

formalaşdırılmalıdır.  Bəzən  elə şagird  olur  ki,  onun hafizəsi həddindən  artıq iti  olur, o,  müəllimin  izahını  

bütünlüklə  mənimsəyir və  yadda saxlayır. Ona görə  də o, kitab  oxumur, kitabdan istifadə etmir. Bu cəhət 

müəllimin nəzərindən  qaçmamalı, həmin  şagirdə kitab üzərində  işləmək üçün əlavə  tapşırıqlar verməlidir. 

Əks  halda  həmin    şagirddə  nəinki  kitab  üzərində  iş  bacarığı    formalaşmır,  həmçinin  onda  oxu  vərdişinin  

səviyyəsi aşağı  düşər. 

Kitab  üzərində      ilk  olaraq  mətni  düzgün  başa  düşmək,  qavramaq,  mətn  əsasında  qeydlər  aparmaq 

bacarığı    öyrədilməlidir.  Bura    həmçinin  mətnin  planını  tutmaq,    tezislərlə    konspektləşdirə  bilmək  də 

daxildir. 

Təlimdə  oyun    üsulundan,  əsasən,    məktəbəqədər  təlimdə  geniş  istifadə    edilir.  Oyun    vasitəsilə 

uşaqlara  təbiət  və  cəmiyyət  hadisələri  haqqında  konkret,  təcrübi  məlumatlar  verilir.  Didaktik    oyunların 

nisbətən    mürəkkəb    formalarından    ibtidai  siniflərdə  istifadə  edilir.  Oyun  izah  edilən  məsələ  ətrafında  

üşündürürməklə  yanaşı,  uşaqların    diqqətini  nəinki  yayınmağa    qoymur,  hətta  onları  inkişaf  etdirir. 

Oyunlarla  təlim  həmçinin    materialın  şüurlu    mənimsənilməsinə  onu  həyatla    əlaqələndirilməsinə    imkan 

yaradır,  uşaqlarda    müstəqillik,  fəallıq,  yaradıcılıq    tərbiyə  edir.  K.D.  Uşinski  oyuna  insanların  mənəvi 

formalaşma,  əqli,  iradi  inkişafı    vasitəsi  kimi  baxırdır.  Onun  fikrincə  oyun  uşaqlarda    müstəqillik,  iradə, 

diqqət,  yaradıcılıq,  müxtəlif  qabiliyyətlər  inkişaf  etdirməklə  yanaşı  onların  müəyyən  mənada  gədəcək 

taleyini həll edir: 

Təlimdə oyun  mənimsəməsi   yüngülləşdirir, maraqlı edir və uzun müddət yaddaşda qalmasına səbəb 

olur. Müasir dövrdə dünya didaktikasında oyunla təlimə xüsusi əhəmiyyət verilir. Oyun həmçinin  insanların 

asudə  vaxtlarının  səmərəli  təşkili,  fiziki  inkişaf  və    sağlamlığın  təmini  vasitəsi  kimi  də    əhəmiyyətli    yer 

tutur. Mədəniyyət müəssisələrində müxtəlif dərnəklərdə  süjetlər qurulması, dramlaşdırma, texniki yarışlar, 

idman yarışları oyunla təlimə misal  ola bilər. 

Məsələn  dil  dərnəklərində danışıq dilini  mənimsəmə  məqsədi  ilə dialoq  xarakterli     süjetli  oyunların 

təşkili  zamanı  sözlərin  öyrənilməsi,  tələffüzü  şüurlu  şəkildə,  həyatda  olduğu  kimi  aparılır.  Belə  halda 

öyrənilən material şüurlu mənimsənilməklə yanaşı daha  möhkəm yadda qalır. Çünki oyun vasitəsi ilə yadda 

saxlama şəraiti, ona təsir edən amillər daha səmərəli təşkil edilir (adamların  tələffüz tərzi,   cestləri,  ifadə 

tərzləri, hətta  buraxdıqları səhvləri).  

Texniki  yarış  xarakterli  oyunlarda  dərnəklər  üzvü  həm  işini    bilavasitə tətbiq edir,   səhvlərini  görür, 

yeniliyin əhəmiyyətini dərk edir. 

Beləliklə oyunla təlim işi öyrətmənin və  öyrənmənin bütün  mərhələlərində səmərəli təlim üsulu kimi 

çıxış edir. Onun  müvəffəqiyyəti isə öyrədənin pedaqoji ustalığı və  bacarığından çox asılıdır. 

Biliklər,  bacarıq  və  vərdişlər  formalaşdırılması  və  möhkəmləndirilməsi  metodlarından  biri  də 

çalışmalar və məsələlərdir. 

Çalışmalar müxtəlif  olub, təlim  materialının  məzmunundan asılıdır. Məsələn riyaziyyat üçün məsələ 

və  misal  həlli,  dil  dərsləri  üçün  qrammatik  və  üslub    cəhətdən  düzgün    yazı  çalışmaları;  kimya  və  fizika 

fənləri üzrə məsələ və misal həlli,  labarator çalışmalar və s. spesifik çalışmalar  hesab edilir.  Çalışmalar 

vasitəsilə  biliklərin  şüurluluğu,  tətbiqi  təmin  edilir,  öyrənilmiş    materiallar  hafizədə    daha  da  

möhkəmləndirilir. Çalışmaların müvəffəqiyyətli  icrasına  verilən əsas tələbələr  şüurluluq və  ardıcılılıqdır. 

Çalışmanı icra edən hər kəsə bu prosesdəki təlim məqsədi, çalışmanın şərti və onun  həlli ardıcılığı aydın  

olmalıdır.  Təlim    materialın  məzmunundan  asılı  olaraq    çalışmaların  məzmunu  da  getdikcə  

mürəkkəbləşdirilməlidir.  Hər  dəfə  yeni    öyrənilmiş  materiala  aid  verilən  çalışmalarda  yaradıjılıq  və  

müstəqillik  elementləri  olmalı,  öyrənənə  yenini  ona  məlum  biliklər  sisteminə  daxil  etmə  şəraiti  və  imkan  

yaradılmalıdır.  Çalışmaların  rəngarəngliyi  və  müxtəlifliyi  də  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  çalışmaları  

maraqlı edir və təlimdə  yeknəsəkliyi aradan  qaldırır. Eyni  çalışmanın müxtəlif  variantlarda həlli də təlimi  

maraqlı və  şüurlu edir. Çalışmaların tərtibi və seçilməsində sistematiklik də əhəmiyyətli yer tutur. Beləki 

çalışmaların getdikcə çətinlik dərəcəsi artırılması, idraki  fəallıq  gücləndirilməsidir. 



 Müstəqillik  insanların  heç    kəsin,  heç  bir  kənar  şəxsin    təsir  və    müdaxiləsi    olmadan,  mövcud 

situasiyaya üyğun fəaliyyət üsulu seçərək sərbəst hərəkət etmə xassəsidir,  keyfiyyətidir. Təlim prosesində 

müstəqilliyin  inkişafı,  öyrənənlərin  müstəqilliyə    alışdırılması  təlimin  mənimsəmə  səviyyəsini  artırmaqla 

yanaşı  insanların həyata şüurlu yaradıcı kimi  hazırlanmasını da təmin edir. Müstəqil şəxs həyatda qarşısına 

çıxan problemi həll etdikdə  çaşmır, özünü itirmir, düşündüyü vəziyyətdən çıxmaq üçün, mövcud problemi 

həll etmək üçün yollar  axtarır. Böyüyən nəsldə müstəqillik  tərbiyə edilməsi daha da çox  aktuallıq  tələb 

edir.  Beləki    müasir  elmi-texniki  tərəqqi  insanlardan    müstəqillik,  yeniliklərin  fəaliyyətlərinə  tətbiqində 

sərbəstlik və yaradıjılıq tələb edir.Bu isə müasir  fasiləsiz təhsil sistemi təmin edir. Məhz təhsil vasitəsilə hər 

bir  yeniyetmə  və  gənclər  təcrubi  və  psixoloji  cəhətdən    daima  öyrənməyə,  yeni    biliklərə    yiyələnmə 

meylinə,    öyrəndiklərini    fəaliyyətləri  tətbiq  edə    bilməyə    hazırlanırlar.  Bu  cəhət    həmçinin  təhsilin  

həyatiliyini təmin edən əsas  şərtlərdən biridir. 

Təlimin  problemləşdirilməsi  də  müasir  dövrün  aktual  təlim    üsullarından  biridir.  Təlimin  

problemləşdirilməsi öyrətmə prosesində  problemlilik şəraiti yarammağı əhatə edir. Öyrətmənin səmərəliyi 

öyrənənlərin yüksək  fəallığı,  faktları müstəqil analiz,  ümumiləşdirmə, nətijələr  çıxarma şəraitində daha 

yüksək  səviyyədə  keçir.  Yəni  yeni  material  öyrədənlərin  nə  qədər  yüksək  idraki  fəallığı,    tədqiqatcılığı, 

təhlil  tərkib  aparmaları  əsasında    aparılarsa  mənimsəmə  bir  o  qədər  yüksək  səviyyədə  keçər.  Bu  işə 

problemli suallar sistemi, şüurlu sual və tapşırıqların icrası şəraitinin  yaradılması vasitəsilə həyata keçirilə 

bilər.  Belə  yolla  mənimsəmə  prosesində  öyrənənlərin  fəallığı  üstünlük  təşkil  edir.  Bu  zaman  öyrədən 

problemli  suallar  əsasında  öyrənənləri    tədqiqatçılığa,  problemi  müstəqil  həll  etməyə  çəlb  edir. 

Öyrədən(müəllim,  təlimatçı,  dərnək  rəhbəri  və  s.)  düşündürücü  suallar  vasitəsilə  öyrənənləri    problemi 

açmağa  doğru  aparır,  onlara  “bələdçilik”  edir.  Belə  vəziyyətdə  mənimsəmə  prosesində  (müəllimin) 

öyrədənin  izahına  az ehtiyac qalır. Materiala aid  müstəqil məsələ və  misalların, tapşırıq və  sualların həlli 

zamanı  öyrədənin  izahına ehtiyac yaranır. Belə mənimsəmə üsulu  evristik  mənimsətmə üsulları adlanır. 

Problemli  evristik yolla mənimsəmə zamanı öyrədən öyrənənlərin fəal iştirakı ilə yenini “kəşf” etdirir. Yeni 

öyrədənin həll edilməli məsələyə aid  ümumiləşdirmələr vasitəsilə  fəallaşdırdığı məlum faktlar əsasında üzə  

çıxarılır.  Öyrənənlərə  məlum    faktlar  məntiqi,    evristik  suallar    vasitəsilə  elə    məharətlə    fəallaşdırılır  ki, 

öyrənənlər özləri bu məlum faktları yeni ilə, “ problemlə”  əlaqələndirərək onun  mahiyyətini aça  bilirlər. 

Bu  proses  həmçinin,  müəyyən  mənada,  tədqiqatçılıq   prosesidir.  Belə    mənimsəmə  prosesində  öyrənənlər 

hələ kiçik  yaşlarından  tədqiqatçılığa  alışırlar. 

 Öyrənənlərdə  qarşıya  çıxan  problemləri,    tapşırıqları  müstəqil  həll  etmə    bacarığı      formalaşdırılır. 

Deməli həm idraki fəallıq təmin edilir, həm də həyat üçün zəruri olan bacarıq və vərdişlər formalaşdırılır. 

Bu isə müasir dövrdə təlimə  verilən ən aktual  tələblərdən  biridir. 

Problemli  tədqiqatcılıq  təlimin  son    mərhələlərində  problemli  proqramlaşdırma  ilə  paralel    aparılır. 

Daha  doğrusu  problemli  –  proqramlaşdırma  da  təlimin  digər    problemli  üsulları  kimi  idraki  fəallığı  və  

müstəqilliyi təmin edən təlim üsullarından biridir. Proqramlaşdırılmış təlimi   müasir pedaqoq, psixoloq və 

qibernetiklər  təşkil    etmişlər.  Təlimin  bu  növü    öyrənənlərin  xüsusən  də  şagirdlərin  şüurlu  fəaliyyətinin 

səmərəliyini  artırır.  Proqramlaşdırılmış  təlimin  xüsusiyyəti  ondan  ibarətdir  ki,  öyrənənlər  xüsusi  təşkil 

edilmiş proqramlar və texniki  vasitələrdən istifadə edərək yenini  özü  tapa  bilir. Ona görə də ona yeni bilik 

və  bacarıqlara müstəqil yiyələnmə  vasitəsi kimi  baxılır. 

Proqramlaşdırılmış təlimə  özüntəhsil vasitəsi, proqramlaşdırma  vəsaitlərinə isə özü öyrədən, müstəqil 

öyrənmə  vasitəsi kimi  baxmaq olar. Təlim üsulu kimi proqramlaşdırmaya təlimin,  öyrətmənin müstəqil 

tipi kimi çıxış etmir, tapşırıqların sistemli  proqramlaşdırılması  yollarını əhatə edir.  

Problemli  –proqramlaşdırma  üsulu  təlimdə  problemliyin    hesaba  alınması,    məlum  biliklərə  istinad  

edilməsi,  öyrənənlərin  yaradıjılığının təmin edilməsi və s. üzərində qurulur. Mədəniyyət ve qeyri  təhsil  

müəssisələrində proqramlaşdırma əsas təlim  üsulu kimi tətbiq  edilir. Çünki bu  müəssisələrdə həll ediləcək 

təlim  işi,  əksər  hallarda,  problem  kimi  qarşıya  çıxır  onun    həlli  müəyyən    proqramlaşdırmalar  əsasında 

aparılır.  Bu  üsula  mənimsəmə  səviyyəsi    problemin  müstəqil  həll  etmə  imkanları  və  situasiyasından  asılı 

olur. Problemli proqramlaşdırma  metodunun tətbiqi  prosesində təlimin digər  metodlarından istifadə edilir. 

Proqramlaşdırma aşağıdakı şəkildə tətbiq edilir. Beləki,  hərbir məsələ,  tapşırıq işin müəyyən mərhələsini 

təşkil edir. Hər bir  mərhələ də sual , cavab, tapşırıq və s. şəkildə  öyrənilən materialın müəyyən hissəsini 

təşkil edir. Bu mərhələlər suallara hazır cavab şəklində və yaxud da düzgün  cavabı yoxlama şəklində tərtib  

edilir. 


Təlim üsulları bir  biri ilə  qarşılıqlı əlaqədədir. Beləki, təlimin, öyrədiləcək materialın məzmunundan 

asılı olaraq təlim üsulları  tərzi formasında çıxış edir. Yəni bir  materialın  öyrədilməsi prosesində yalnız bir 

təlim üsullarından istifadə  edilmir. Bir üsul  aparıcı, həlledici rol oynayır, digərləri isə təlim  məqsədinin  

muvəffəqiyyətlə  icrasına kömək  edən tərzlər kimi çıxış edir. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin