Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


KANADA Birinci dünya müharibəsinin Kanada üçün nəticələri



Yüklə 0,59 Mb.
səhifə112/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   156
avropa amerka tarıxı

KANADA




Birinci dünya müharibəsinin Kanada üçün nəticələri

1914-cü ilin avqustun 4-də Böyük Britaniyanın dominionu olduğu üçün Kanada da Birinci dünya müharibəsinə qoşuldu. Onun 400 mindən çox əsgəri Avropada hərbi əməliyyatlarda iştirak etdi. Bununla belə, müharibə dövründə Kanadanın ərazisi hərbi əməliyyatlar meydanına çevrilmədi. Ölkədə iqtisadiyyat xeyli inkişaf etdi. 1917-1920-ci illərdə Kanadada R.Z.Bordenin başçılıq etdiyi mühafizəkar və liberallar partiyasının üzvlərindən ibarət olan koalisiyalı hökumət hakimiyyətdə idi. 1918-ci ilin fevralında Kanadada ordudan tərxis edilmiş əsgərləri işlə təmin etmək üçün xüsusi departament təşkil edildi. İşsizlərə kömək, səhiyyə, texniki təhsilin inkişafı üçün bir sıra tədbirlər görüldü.

Müharibə dövlət-inhisarçı kapitalizmin inkişafını sürət- ləndirdi. Bunun təzahürlərindən biri 1918-1923-cü illərdə də- mir yollarının milliləşdirilməsi idi. Müharibədən sonra Kana- daya ABŞ kapitalının müdaxiləsi gücləndi.

Fəhlə hərəkatının güclənməsindən ehtiyat edən Borden hökuməti əməklə kapitalın sinfi əməkdaşlığı siyasətini yeri- dirdi. "Sosial sülh" yaratmaq məqsədi ilə 1918-ci ildə həm- karlar ittifaqları ilə hökumət arasında bir sıra müşavirələr keçirildi.

Fermerlərin mübarizəsi 1919-cu ildə xırda burjua- ziyanın mənafeyinin təmsilçisi olan Milli mütərəqqi partiyanın yaranması ilə nətiəcələndi.

1920-ci ildə Kanadanı iqtisadi böhran bürüdü. Sənaye məhsulları istehsalı 11%, ixrac 13% azaldı. Aqrar böhran 1921- ci ildə xüsusilə dərinləşdi. Avropaya buğda göndərilməsi, demək olar ki, dayandırıldı. Zəhmətkeşlərin vəziyyəti pisləşdi.

1921-ci ilin parlament seçkilərindən sonra hakimiyyəti 1926-cı ilə qədər M.Kinqin başçılıq etdiyi liberallar hökuməti idarə etdi. Bu hökumət ölkənin qərbindəki fermerlərlə şərqindəki sənayeçilər arasında manevr etmək siyasəti yeridirdi. O, fermerlərin mənafeyini nəzərə alaraq kömrük tariflərini aşağı salsa da, sənayeçilərin xeyrinə olaraq dəmiryolu tariflərini qaldırdı. Tədricən Mütərəqqi partiya öz nüfuzunu itirdi və 1926-cı il seçkilərində məğlubiyyətə uğradı. Bu dövrdə Kanadada Böyük Britaniyadakı Leyborist partiyası tipində yaranmış leyborist partiyanın fəaliyyəti artdı. Həmçinin 1921-ci ilin iyununda Kanadada gizli şəraitdə Kanada Kommunist partiyası yaradıldı.

Müharibədən sonra Kanadanın beynəlxalq aləmdə nü- fuzu artdı. Belə ki, o Paris sülh konfransında bütün müqavi- lələrə müstəqil imza atdı. Vaşinqton konfransında iştirak etdi. 1922-ci ildə Sovet Rusiyasını de-fakto tanıdı.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin