Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin



Yüklə 0,59 Mb.
səhifə114/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   156
avropa amerka tarıxı

Kanada 30-cu illərdə.


1929-1933-cü illərdə ABŞ-ın ardınca Kanadanı güclü iqtisadi böhran bürüdü. Sənaye istehsalı iki dəfə aşağı düşdü. Artıq 1933-cü ilin əvvəllərində ölkədə 1,3 milyon nəfər işsiz var idi ki, bu da ölkə əhalisinin 12%-ni təşkil edirdi. Kənd təsərrüfatı məhsullarının qiyməti düşdü. Xüsusilə buğdanın qiyməti 88% endi. 240 min fermer təsərrüfatı tənəzzülə uğradı. İnfilyasiya artdı. Orta hesabla zəhmətkeşlərin gəliri 48% aşağı düşdü.

1930-cu ilin iyulun 30-da keçirilən parlament seçki- lərində liberallar böhranı aradan qaldırmaqda heç bir fəallıq göstərmədikləri üçün məğlub oldular. Seçkilərdə qələbə qaza- nan mühafizəkarlar Bennetin başçılığı altında hökumət təşkil etdilər və bu hökumət 1935-ci ilə qədər hakimiyyətdə qaldı. Sənaye mallarının tarifi qaldırıldı. Bu hökumət işsizliyi aradan qaldırmaq üçün 1930-cu ildən 1942-ci ilə qədər 20 milyon



dollar vəsait ayırdı. Bu hökumətin dövründə zəhmətkeşlər işsizlərin sığorta edilməsi haqqında qanun qəbul edilməsinə nail oldular. ABŞ-ın nümunəsi əsasında Kanadada "əmək düşərgələri" təşkil edildi. Kommunist partiyasının fəaliyyəti qadağan edildi.

Fəhlə sinfinin həyati maraqlarının müdafiəsində 1929- cu ildə təşkil edilmiş Fəhlə birliyi liqası mühüm rol oynadı. Bu dövrdə fəhlələrin mübarizə formalarından biri "arzuedilməz mühacirlərin" ölkədən qovulmasına qarşı mübarizə idi. 1929- 1934-cü illərdə Kanadadan müxtəlif bəhanələrlə 27 min adam qovulmuşdu.

Böhran dövründə Kanadada siyasi partiyaların yenidən qurulması baş verdi ki, bu da xırda burjuaziya təbəqələrinin tərəddüdü ilə əlaqədar idi. Kanadada həm faşist, həm də sosial- demokrat tipli təşkilatlar bu dövrdə yenidən formalaşmağa başladı. Albert əyalətində antiinhisar meylli "sosial kredit" hərəkatı gücləndi. Onlar 1935-ci ildə əyalət seçkilərində əksəriyyət qazandılar və əyalətdə hökümət təşkil etdilər.

1931-ci il Bestministr statusuna əsasən Kanada İngiltərə parlamentinin qəbul etdiyi qanunları dəyişmək və təxirə salmaq hüququ əldə etdi. Bu andan London Kanada üçün Kanadanın razılığı olmadan qanunlar vermək hüququnu itirdi. Bununla bərabər, bu status Kanada federal hökumətinin əyalətlərə münasibətdə qanunvericilik hüququnu xeyli məhdudlaşdırdı. Böyük Britaniya müəyyən səviyyədə Kanadanın xarici siyasətində öz nəzarətini saxlayırdı. Lakin hər halda bu status Kanadanın suverenliyinin gələcəkdə təsdiqi üçün imkan yaratmış oldu.

1935-ci il oktyabrın 14-dəki parlament seçkilərində mü- hafizəkarlar uğur qazanmadılar. Hakimiyyətə yenidən M.Kin- qin başçılıq etdiyi liberallar hökuməti gəldi.Bu hökumət 1957- ci ilə qədər hakimiyyətdə qaldı. Bu hökumət tədricən "əmək düşərgələri"ni ləğv etdi. Bir sıra əyalətlərdə həmkarlar

ittifaqlarının tanınması, kollektiv müqavilələr, minimum əmək haqqı haqqında qanunlar qəbul edildi.

1937-1938-ci illərdə Kanada yenidən iqtisadi böhranla üzləşdi ki, bu da ölkədə sosial-siyasi şəraiti gərginləşdirdi.

30-cu illərin ikinci yarısında Kanada ilə ABŞ-ın əmək- daşlığı gücləndi. 1935-ci ildə bağlanmış ticarət sazişinə görə Kanada ABŞ mallarının idxalında kömrüyü azaltmağı öhdəsinə götürdü. Bu ölkələr arasında hərbi əməkdaşlıq başlandı. 30-cu illərin sonuna yaxın Kanadanın 1500 kampaniyası ABŞ inhisarçılarının əlində idi. 1939-cu ildə Kanadaya xarici ölkələrin kapital qoyuluşu 6913 milyon dollar təşkil edirdi ki, bunun 4151 milyon dolları ABŞ-a məxsus idi. 1939-cu ildə Kanadanın xarici ölkələrə, ilk növbədə ABŞ-a və Latın Ame- rikası ölkələrinə kapital qoyuluşu isə 1865 milyon dollar təşkil edirdi.

Kanada ABŞ, İngiltərə, Fransa meylli xarici siyasət yeridirdi. O, İspaniyada baş verən hadisələrə "qarışmamaq" siyasətini müdafiə etdi. İtaliyanın Efiopiyaya təcavüzü zamanı ona qarşı sanksiya tətbiq etmədi. 1937-ci ildə Kanada İspaniyaya silah və hərbi materiallar ixracı üzərində embarqo qoydu. Kanada Münxen sazişini bəyəndi. İkinci dünya müharibəsində Kanada antihitler koalizasiyasının tərəfində iştirak etdi. 1939-cu ilin sentyabrın 10-da Kanada Almaniyaya müharibə elan etdi. Ölkə iqtisadiyyatı hərbi relsə keçirildi. Hərbi əməliyyatlar ölkə ərazisində aparılmadığından yeni sənaye müəssisələrinin yaranması üçün əlverişli şərait yarandı. Kanadanın hərbi məhsulunun 53%-i antihitler koalisiyası üzvlərinə verlirdi. Kanadanın müharibə dövründə olan 70 min ordusundan 1939-40-cı illərin qışından İngiltərəyə hərbi yardım məqsədilə hərbi hissələr göndərildi. Lakin onlar 1943-cü ilin yayınadək böyük döyüşlərdə iştirak etmədilər. Kinq hökumətinin 1943-44-cü illərdə Avropaya göndərdiyi hərbi hissələr Aralıq dənizində aparılan hərbi əməliyyatlarda,ikinci

cəbhənin açılmasında yaxından iştirak etdi. ABŞ və İngiltərə ilə münasibətlər daha da yaxşılaşdı. Kanada Hayd-park bəyannaməsini imzalayaraq Lend-liz sisteminə qoşuldu.



    1. Yüklə 0,59 Mb.

      Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin