Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


BRAZİLİYA Braziliya Birinci dünya müharibəsindən sonrakı ilk illərdə və kapitalizmin nisbi sabitləşməsi dövründə



Yüklə 0,59 Mb.
səhifə116/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   156
avropa amerka tarıxı

BRAZİLİYA

Braziliya Birinci dünya müharibəsindən sonrakı ilk illərdə və kapitalizmin nisbi sabitləşməsi dövründə


Birinci dünya müharibəsi başlayarkən Braziliya öz bitərəfliyini elan etsə də, tezliklə Antantaya tərəf daha çox meyl etməyə başladı. 1917-ci ilin oktyabrında isə Antanta tərəfində müharibəyə girdi. Birinci dünya müharibəsindən sonra Braziliyada sinfi qüvvələrin yerləşməsində, iqtisadiyyatda nəzərə çarpan dəyişikliklər əmələ gəldi. Ərzaq və xammalın Antanta ölkələrinə satılması sənaye məhsullarının idxalını azaltdı, sənayenin inkişafına kömək etdi. 1915-1919-cu illərdə

6 min sənaye müəssisəsi tikildi ki, bunların da əksəriyyəti yüngül, yeyinti sənayesinə aid idi. Əsas ixrac qəhvə idi. Braziliya kənd təsərrüfatı ölkəsi idi.Məhsuldar torpaqların 70%-i mülkədar-latifundistlərə məxsus idi. Sənayedə fəhlə sinfi 275 min nəfərə qədər idi. 1918-ci noyabrında Rio-de Janeyroda ümumi tətil baş verdi. Ölkədə mühasirə vəziyyəti elan olundu.

Prezident Pessona (1918-22-ci illər) ölkəni böhrandan çıxarmaq üçün tədbirlər həyata keçirdi. Ölkədə suvarma qurğuları, dəmiryolları, elektrik stansiyaları tikildi. İbtidai və dünyəvi məktəblər dövlət tərəfindən maliyyələşdirilməyə başlanıldı. Hərbi quruculuğa diqqət artırıldı. Ölkədə ABŞ və İngilis kapitalının mövqeyi gücləəndi. Ölkədə fəaliyyət göstərən xarici səhmdarların yarısı amerikanlar idi. Xüsusilə dağ-mədən, kimya, əczaçılıq, avtomobilqayırma sənayesində ABŞ kapitalı üstünlük təşkil edirdi.

1922-1926-cı illərdə prezident Artur-de Silva Bernardes oldu. Onun dövründə iqtisadiyyatı böhrandan çıxarmaq üçün fövqaladə qanunlar verildi. Sol təmayüllü mətbuat və partiyalar bağlandı. Federal hökumətin idarəçilik, maliyyə və siyasi sahədə hüquqlarını genişləndirmək məqsədilə 1924-cü ildə

konstitusiyada dəyişiklik edildi. İşçilərin əmək münasibətlərini tənzimləmək üçün Milli Əmək Şurası yaradıldı.

1922-ci ildə Rio-de-Janeyroda keçirilən qurultayda Bra- ziliya Kommunist partiyası təşkil edildi.

1922-ci il iyulun 5-də hərbi məktəbin kadetlər korpusu və gənc zabitlər (cəmi 52 adam) hökuməti devirmək üçün üsyan qaldırdılar. Bu tenentistlər (portuqalça-leytenant deməkdir) üsyanı adlandı. Tenentistlərin ideyası müstəqil Braziliya Respublikası yaratmaq idi.

1920-ci illərin ortalarında ölkədə yüksəliş baş verdi. Lakin milli burjuaziya İngiltərə və ABŞ inhisarları tərəfindən sıxışdırılırdı. 20-ci illərdə hakimiyyətdə respublika partiyası dururdu ki, onlar da Minas Jerays və San-Paula ştatlarının sə- naye burjuaziyasının mənafeyini müdafiə edirdilər. Onları

«paulistlər» də adlandırırdılar. Onlar İngiltərəyə meyl edirdilər. Müxalifətdə liberallar partiyası dururdu ki, onları Riu-Qrandi – du - Sul ştatının iri hedvandarları müdafiə edirdi. Onlar ABŞ-a meyl edirdilər.

Respublikada diktatura rejimi hökm sürürdü. 1924-cü ilin iyulun 5-də Rio-de-Janeyroda tenentistlər üsyanının iki illiyi münasibəti ilə İsidoro Lopesin başçılığı altında yenidən üsyan başlandı. 1924-cü ilin oktyabrında ölkənin cənubunda da üsyan baş verdi. Üsyana Karlos Prestes başçılıq edirdi. Hökumət aqrar islahat keçirməklə kəndliləri tenentistlərdən ayırmağı bacardı. Karlos Prestesin «Məğlubedilməz kolonnası" (Braziliyada onu belə adlandırırdılar) döyüşlə 14 ştatın ərazisindən keçdi, 26 min kv.km yol qət etdi, partizan müharibəsi apararaq Braziliyanın 18 generalını məğlubiyyətə uğratdı. Onlar Boliviya sərhədinə qədər gəlib çatdılar. Lakin irticanın güclənməsi onları ölkəni tərk etməyə məcbur etdi.

1926-cı ilin noyabrında keçirilən prezident seçkilərində Vaşinqton Luis qalib gəldi və 1930-cu ilə qədər ölkənin prezdenti oldu. Hökumət mühasirə vəziyyətini ləğv etdi.

Həmkarlar hərakatı tam fəaliyyət sərbəstliyi aldı. Ölkəyə xarici kapitalın nüfuz etməsi üçün əlverişli şərait yaradıldı. Braziliyada ABŞ-ın mövqeyi gücləndi, İngiltərəninki isə zəiflədi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin